GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudovun bankirini qoruyan kimlərdir? - İLGİNC

Eldar Mahmudovun bankirini qoruyan kimlərdir? - İLGİNC

Tarix: 24-02-2021, 10:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 361
Eldar Mahmudovun bankirini qoruyan kimlərdir? - İLGİNC


2020-ci ilin yayında Mərkəzi Bank “AGBank”ın ləğvi haqda qərarını açıqladı. Qərarda qeyd olunurdu ki, “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Bankın əsas səhmdarı və İdarə Heyətinin sədri Çingiz Əsədullayev yaxasını kənara çəkməklə, 1992-ci ildən fəaliyyətdə olan bankın ləğvinə seyrçi mövqe tutdu. Çünki Çingiz Əsədullayevin itirəcəyi bir şey yox idi, bank “xortumlanmış” və əsas aktivlər xaricə qaçırılmışdı. Çingiz Əsədullayevin bankı uzun illər Eldar Mahmudovun “çətiri” altında idi. E.Mahmudov milli təhlükəsizlik naziri olduğu dönəmdə Çingiz Əsədullayev bankı qanunsuzluq yuvasına çevirmişdi. Bank işini nüfuzdan salan, əhalinin banklara inamını azaldan əmanətlərə xəyanətlər, girovların satılaraq bankın əsas və faizlərinin çıxılmasından sonra yerdə qalan hissəsinin sahiblərinə qaytarılmaması, “çirkli pulyuma” əməliyyatları adi hallar idi. Nə qədər ki, Mahmudov vəzifədə idi, Çingiz Əsədullayev də cibində deputat mandatı bankı öz cibi kimi idarə edirdi. Mahmudov vəzifədən çıxarılandan sonra isə Çingiz Əsədullayevin da “dağlarına qar yağdı”.

Azərbaycandan 5 milyardı kimlər çıxardıb?

İllərlə Mərkəzi Bankın qanuni tələblərini yaxına buraxmayan Əsədullayev çox çətin duruma düşdü. Bankçılıqdan uzaq bankında problemlər günü-gündən artmağa başladı. Bankdakı qanunsuzluqlar nəhayət ki, kölgədən çıxarıldı və ittiham aktlarında Çingiz Əsədullayevin adı yer almağa başladı.

2020-ci ildə bankın ləğvinə qərar verildiyi günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam edirdi. Külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işinin araşdırılması zamanı üzə çıxan faktlar bankın çöküşünün labüdlüyünü ortaya qoyurdu. Məsələn, şahid qismində ifadə verən, bankda kassir işləmiş Vidadi Əliyev dindirilərkən demişdi ki, onu işə təqsirləndirilən Malik Əliyev dəvət edib. Təkcə 2014-cü ilin oktyabrında “Elektromaş” MMC-nin adına 10 milyona yaxın pul köçürülüb. Proses zamanı o da məlum olub ki, elə gün olub ki, 100 milyona yaxın məbləğ mədaxil edilərək götürülüb. Məlumata görə, həmin məbləğlərin Vidadi Əliyev tərəfindən götürülməsi və mədaxil edilməsi ilə bağlı sənəd də imzalanıb. Bununla da Malik Əliyevin rəhbərliyi ilə bu şəbəkə “AGBank”ın ofisində icarədar kimi ofis götürərək bank kimi fəaliyyət göstərib. Bununla da onlar fəaliyyətlərinə bank görüntüsü yaradıblar. Daha sonra həmin pullar nağdlaşdırılaraq ölkədən çıxarılıb. Bütün bu əməliyyatlar 2013-2015-ci illərdə həyata keçirilib və ümumi olaraq 5 milyard 500 milyon manat xaricdə olan ayrı-ayrı şirkətlərin hesablarına köçürülərək ölkədən çıxarılıb. Məbləğlər 9 ayrı şirkət adına qəbul edilib. Bu şirkətlər də təqsirləndirilən şəxslərin adına açılıb.

İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına, sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib. Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb. Ümumi məbləğ 5 milyard 500 milyon manatdır. Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər. Onlar hansısa təzyiqlərdən qorxaraq bunu gizlədirlər. Yoxsa gün ərzində milyonlar daşıyan adamın pulların əsl sahibini tanımaması nə qədər inandırıcıdır?

Bu məhkəmə prosesi davam etdiyi günlərdə belə xəbərlər vardı ki, bank kimi fəaliyyət göstərən şəbəkənin ölkədən çıxardığı pullar sabiq nazir Eldar Mahmudova məxsus olub. Eldar Mahmudovun oğlu Anar Mahmudovun ofşor hesablara sahib olması barədə dəfələrlə məlumatlar dərc etmişik. Eldar Mahmudovun yaxın adamı olan Sahib Ağayevin işində məlum olmuşdu ki, təkcə Avropa Oyunları ərəfəsində 30 milyon manat bir gündə ölkədən çıxarılıb. Həmin məbləğ Avropa Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmışdı. 30 milyon manat Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb.

Bu, təkcə bir gün ərzində ofşorda olan hesaba köçürülən məbləğ idi. Aydındır ki, Eldar Mahmudov ölkədən pulqaçırma əməliyyatlarını etibar etdiyi, güvəndiyi şəxsin - Çingiz Əsədullayevin bankı üzərindən həyata keçirib. Ölkədən onun rəhbərlik etdiyi bank üzərindən 6 milyard manatdan artıq pul qaçırılıb və Çingiz Əsədullayev heç nə olmamış kimi ortalıqda gəzir. Halbuki ölkədən qaçırılan, büdcə vəsaitləri olması şübhə doğurmayan məbləğlərin geri qaytarılması zamanı çoxdan çatıb. Əsədullayev kimi xalqın cibindən oğurlanmış vəsaitlərə əli bulaşmış hər kəs əməlinə görə cavab verməlidir. Həmin məbləğlərlə işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı xalqın, ölkənin bir çox problemlərini də çözmək olar. İndi milyardları oğurlayanlardan hesab sormaq zamanıdır./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "AGBank" və "NBC Bank"ın lisenziyaları ləğv edildi

    "AGBank" və "NBC Bank"ın ...

    12-05-2020, 13:09

  • 
  • Eldar Mahmudovun bankı çökür... - müflislik həddindən çıxa bilməyib

    Eldar Mahmudovun bankı çökür... - müflislik ...

    24-06-2019, 11:34

  • 
  • Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb? – Maraqlı DOSYE

    Bu gün ləğv olunan bankların arxasında hansı ...

    13-05-2020, 12:37

  • 
  •  “AG Bank”ın iflasında Eldar Mahmudov izi

     “AG Bank”ın iflasında Eldar Mahmudov izi ...

    12-11-2018, 11:05

  • 
  • Ramiz Mehdiyevin bankı zərərdən qurtula bilmir

    Ramiz Mehdiyevin bankı zərərdən qurtula bilmir ...

    30-07-2020, 11:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (289)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu