GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Vüqar Əhmədova məktub da ünvanladıq..." - GİLEY

"Vüqar Əhmədova məktub da ünvanladıq..." - GİLEY

Tarix: 26-02-2021, 12:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 491
 "Vüqar Əhmədova məktub da ünvanladıq..." - GİLEY


Faktdır ki, ölkə əhalisinin sosial əhəmiyyət kəsb edən məsələlərinin həlli, hər zaman dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri olub.

Həqiqət naminə qeyd edək ki, indiyə kimi paytaxt Bakı şəhəri ilə bərabər digər şəhər və rayonlarda, ən ucqar dağ kəndlərində yaşayan sakinlərin də mavi qaza, elektrik enerjisinə, içməli suya olan ehtiyacları ödənilib. Hətta, digər çoxsaylı sosial problemləri də həllini tapıb. Bu yöndə lazımi addımlar atılsa da, hələ də Bakı şəhəri ərazisində yaşayan elə ailələr var ki, onların elektrik enerjisinə olan ehtiyacları “Azərişıq” ASC-i tərəfindən ödənilməyib. Belə ailələrdən biri də, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən kəndi, “Təkev” adı ilə tanınan ərazidə 25 ildən çox müddət ərzində yaşayan Həsənova Nazilə Şirməmməd qızıgilin ailə üzvləridir. Bu ailənin üzvü, ağbirçəyi olan Nazilə Həsənovanın redaksiyamıza çatdırdığı məlumatlarda bildirir ki, “Bu gün ailəmizdə 10 nəfər olsaq da, uzun illərdir ki, Bakı şəhəri, Binəqədi Rayon Elektrik Şəbəkəsi bizi işıq üzünə “həsrət qoyub”. Ailə üzvlərimizin çoxu məktəblidirlər və yaşadığımız evdə elektrik enerjisinin olmaması səbəbindən, onlar bu gün normal dərs oxuya bilmirlər. Bundan əlavə hər kəsə bəllidir ki, ötən ilin əvvəlki aylarından başlayaraq ölkəmizin ərazisində yayılan koronovirus (COVİD-19) infeksiyasının varlığı səbəbindən, respublikamızın bütün təhsil ocaqlarında dərslərin birbaşa tədrisi dayandırılıb və onlayn tədris sisteminə keçilib. Yaşadığımız evdə elektrik enerjisinin olmaması səbəbindən, məhz nəvələrim onlayn tədris sistemindən də yararlana bilmirlər.



Bundan əlavə, onu da bildirim ki, iki oğul övladım ötən illərdə SHXÇDX Nizami rayon idarəsindən hərbi xidmətə yola düşdülər və Vətən qarşısında borclarını şərəflə yerinə yetirib geri döndülər. Övladlarımdan biri hərbi xidmətdə kəşfiyyatçı, digəri isə tankist olub. 44 günlük Vətən müharibəsi başlayarkən kiçik oğlum Rauf Həsənov könüllü hərbi xidmətə getmək haqqında Nizami rayon idarəsinə müraciət etsə də, onu hansısa səbəbdən hərbi xidmətə aparmadılar və oğluma gözləməsini məsləhət görürlər.

Mən hazırda Bakı şəhəri, “Gənclik” metrostansiyasının yaxınlığındakı 5 saylı Şəhər Kliniki Xəstəxanasında işləyrəm. İndiyə kimi üz-üzə qaldığımız belə bir problemlə bağlı aidiyyatı dövlət qurumlarına bir neçə dəfə müraciətlər ünvanlasaq da, bir kimsə problemin həlli istiqamətində bizə yardımçı olmayıb. Ona görə də bu gün olmazın çətinliklərlə üz-üzə qalmışıq. Biz heç cür başa düşə bilmirik ki, kimə, hansı vəzifə sahibinə müraciət edək ki, problemimizin həllinə nail ola bilək. Qeyd edim ki, yaşadığımız fərdi yaşayış evinə havadan peyk vasitəsilə çəkilmiş və Xocasən bələdiyyəsinin sədri N.Məmmədovanın imzası ilə təsdiq olunmuş X-40.391778; Y-49.773826 sənəd də verlib. Bütün bunların qarşılığında heç cür yaşadığımız fərdi yaşayış evinə elektrik xətti çəkdirib, elektrik enerjisinə olan ehtiyacımızı ödəyə bilmirik. Heç cür başa düşə bilmirik ki, məgər biz də bu ölkənin vətəndaşı deyilikmi? Səbəb nədir ki, bizə qarşı belə bir “xor münasibət” bəslənilir?”

Onu da qeyd edək ki, Nazilə Həsənovanın redaksiyamıza ünvanladığı müraciəti əsasında ötən ilin dekabr ayında “Uzun illərdir ki, Binəqədidə on nəfərlik ailə elektrik enerjisinə həsrət qalıb- VİDEO/FAKT” başlıqlı tənqidi məqalə yayımladıq və problemin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədova rəsmi qaydada məktub da ünvanladıq. Təəssüf doğuran hal o oldu ki, adı çəkilən bu qurumun rəsmləri problemin həlli ilə maraqlanmaq, yaxud da ünvanladığımız məktubla bağlı müəyyən araşdırma aparıb redaksiyamıza rəsmi qaydada cavab əvəzinə, hələ də susmağa üstünlük verirlər. Daha biabırçı halın varlığı isə, “Azərişıq” ASC-nə məxsus şəhər nömrələrinə bir kimsənin cavab verməməsidir. Bu da o deməkdir ki, ölkə əhalisinin, o cümlədən Binəqədi rayonu, Xocasən kəndi, “Təkev” adı ilə tanınan ərazidə 25 ildən çox müddət ərzində yaşayan Nazilə Həsənovagilin ailə üzvlərinin elektrik enerjisinə olan tələbatını ödəməyə borclu olan bu qurumun rəhbərliyi, hələ də öz ampulasındadır.

Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra “Azərişıq” ASC-nin əməkdaşları hərəkətə keçib, uzun illərdən bəri elektrik enerjisinə həsrət qalmış on nəfərlik ailənin üz-üzə qaldığı problemin həlli istiqamətində lazımi addımlarını atacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq./Nyus.Az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev təbii qaza və elektrik enerjisinə görə güzəştli limitləri artırdı

    İlham Əliyev təbii qaza və elektrik enerjisinə ...

    22-12-2016, 21:39

  • 
  • Qazax Elektrik Şəbəkəsi rəsinin özbaşınalığı

    Qazax Elektrik Şəbəkəsi rəsinin özbaşınalığı ...

    11-04-2017, 16:05

  • 
  • Sumqayıtda 30-dan çox evin "leviy" elektrik işlətdiyi üzə çıxdı

    Sumqayıtda 30-dan çox evin "leviy" ...

    24-05-2018, 11:32

  • 
  • Azərbaycanın əksər hissəsində elektrik enerjisinin verilişi bərpa edilib

    Azərbaycanın əksər hissəsində elektrik ...

    3-07-2018, 10:51

  • 
  • Bu ay Azərbaycanda 33 şirkət fəaliyyətini dayandırıb – SİYAHI

    Bu ay Azərbaycanda 33 şirkət fəaliyyətini ...

    23-10-2019, 11:32


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu