GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BƏS, HACIBALA ABUTALIBOV? - Onun digər korrupsionerlərdən nəyi əskikdir?...

BƏS, HACIBALA ABUTALIBOV? - Onun digər korrupsionerlərdən nəyi əskikdir?...

Tarix: 3-03-2021, 12:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 344
BƏS, HACIBALA ABUTALIBOV? - Onun digər korrupsionerlərdən nəyi əskikdir?...


“Günlərin birində Abutalıbov məni yanına çağırıb dedi ki, Bakı Əl Oyunları Sarayındakı tablo xarabdır, onu təmir etmək lazımdır. Mən də işçimlə gedib həmin tablonu təmir etdik. Prezident Əl Oyunları Sarayına gələndə tablonu bəyəndi. Hacıbala Abutalıbov da bizi əli ilə göstərib Prezidentə yalandan dedi ki, tablonu Venqriyadan (Macarıstan-red.) gələn ustalar düzəldib. Guya biz Venqriyadan gəlmişik…”

Bunu hələ 2012-ci ildə, Hacıbala Abutalıbov Bakını “sevə-sevə tikəndə” Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) vəzifəsindən azad edilən işçilərindən biri mətbuata açıqlamasında demişdi. Öz işçilərini Macarıstan şirkətinin əməkdaşları kimi təqdim edərək ölkə başçısını aldatmaqda məqsədin nə olduğunu anlamaq çətin deyil. Azərbaycanda uzun illər bu və ya digər layihəni hansısa xarici şirkət adı altında məmurların əlaqəli, yaxud şərik olduğu şirkətlərə verib, bundan milyonlar, yüz milyonlar mənimsənilməsi adi hal olub. Özü də bu istiqamət korrupsiya mexanizmlərinin çoxsaylı tərkib hissələrindən yalnız biridir. Hacıbala Abutalıbov isə Azərbaycanda sözügedən mexanizmlərin formalaşmasını və tətbiqini reallaşdıran ilk “qaranquşlardan” sayılır...

Lakin bu gün Ramiz Mehdiyev, Ziya Məmmədov, Fazil Məmmədov, Əli Həsənov, Zakir Qaralov, Oqtay Əsədov, Əhməd Əhmədzadə, Cavid Qurbanov, Heydər Əsədov, Səlim Müslümov və digər çoxsaylı iri kalibrli məmur-oliqarxların mənimsədikləri pullar, malik olduqları varidat, biznes, eləcə də oğurlanan vəsaitlərin büdcəyə geri qaytarılmasının vacibliyi barədə danışanda, nədənsə, yuxarıda sadalanan məmurlardan heç də geri qalmayan, hətta onların bir çoxunu üstələyən Hacıbala Abutalıbovun adı demək olar ki, çəkilmir.

Halbuki məntiq və reallıq nəzərə alındıqda, 5 il Suraxanı rayonunun icra başçısı, 18 ilə yaxın isə Bakının meri olmuş Hacıbala Abutalıbovun hansı varidata sahib olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Abutalıbov hələ Suraxanıda icra başçısı işləyən zaman buradakı böyük boş ərazilər rayonun o vaxtkı baş memarının əli ilə pay-pürüş edilməyə, açıq satışa çıxarılmağa başlamışdı. Özü də bu proses Abutalıbov tərəfindən çox “yaradıcı” formada həyata keçirilirdi. Belə ki, həmin vaxt digər rayon başçılarından fərqli olaraq, onun kabinetinin qapısı daim açıq olardı. İstənilən rayon sakini asanlıqla onun qəbuluna düşə, dərdini deyə bilərdi. O isə camaatın başını yalançı vədlərlə, şirin dillə aldadıb, insanları yola salar, onları rüşvət toplamaqla məşğul olan əməkdaşlarının üstünə göndərərdi (Abutalıbov eyni “iş prinsipini” Bakı meri olanda da davam etdirib-C.M). Baş memarın otağı isə başçının kabinetindən elə də uzaqda yerləşmirdi və deyilənə görə, H.Abutalıbovun öz kabinetinin qapısını açıq qoymaqda əsas məqsədi torpaq almaq üçün memarın yanına gələnlərin sayına və kimliyinə nəzarət etmək imiş... Hər necə olsa, qısa müddətdə Suraxanıda “böyük uğurlara” imza atmış Abutalıbov (Bu gün də Suraxanı rayonundakı ən bahalı ərazilərin böyük hissəsinin H.Abutalıbovun özünə və yaxın qohum-əqrabasına malik olduğu bildirilir - C.M) öz missiyasını Bakı meri postunda davam etdirdi. Məhz onun dövründə paytaxtda ərazilər qarış-qarış satılmağa, tikintiyə razılıq sənədləri başda olmaqla, istənilən sənəd və arayışların verilməsi, tenderlər, dövlət satınalmaları və s. əsl pulyığan maşına çevrilməyə başladı, bir sözlə, BŞİH böyük bir torpaq alqı-satqısı kontoru, “makler köşkü”, “korrupsiya yuvası” kimi ad çıxardı.

BŞİH-lə bağlı son qaqlmaqallı işlərdən biri kimi Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş korrupsiya faktlarıyla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işinin açılmasını göstərmək olar. Qeyd edək ki, həmin vaxt mətbuatda sözügedən qurumun rəhbəri Qüdrət Şükürovun adı liftlərlə bağlı maxinasiyalarda və korrupsiyada hallanırdı, müxtəlif mətbu orqanlar onun bir sıra ölkələrdə, xüsusən də Türkiyə, Avropa və Rusiyada mal-mülk alması, banklardan milyonlarla pul çəkməsi barədə məqalələr dərc edilmişdi. Üstəlik, Bakı merinin tabeçiliyindəki “baş liftçi”nin adı beynəlxalq korrupsiya qalmaqalında, daha dəqiq desək, ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulmasında da hallanmışdı. Məhz bu fakta görə ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələmişdi.

Demək istədiyimiz odur ki, təkcə liftlərlə bağlı işdə milyonlar, on milyonlar havada uçuşurkən, görün digər istiqamətlərdəki korrupsiyanın səviyyəsi hansı rəqəmlərlə ölçülürmüş. Özü də bu proses bir-iki il yox, 20 ilə yaxın davam edib.

Bütün bunları nəzərə aldıqda, Abutalıbovun təxmin edilən varidatı Ziya Məmmədov, Fazil Məmmədov və digərlərinin var-dövlətindən heç də geri qala bilməz. Onun təkcə oğlunun xaricdəki biznesinin miqyasının on milyonlar, hətta yüz milyonlarla ölçüldüyünə dair məlumatlar dərc edilib. Lakin H.Abutalıbovu digər iri ranqlı məmur-oliqarxlardan fərqləndirən əsas cəhət odur ki, bu şəxs özünü cəmiyyətə sadə, əlçatan və sadəlövh şəxs kimi tanıtmağı az-çox bacarıb. Öz maddi imkanlarını, var-dövlətini digər görməmişlər kimi reklam etdirməkdən yayınıb, ən əsası isə özünü hakimiyyətə sadiq, istənilən tapşırığı can-başla yerinə yetirməyə hazır şəxs kimi göstərməyə nail olub. Görünür, bütün bu və digər məsələlər nəzərə alındığından heç də göründüyü qədər sadə olmayan Abutalıbov barəsində hansısa ciddi istintaq araşdırmasına, mətbuata “bomba effekti” verəcək kompramat sızdırılmasına gedilməyib. Ancaq bu o demək deyil ki, sabiq merin “dosyesi” təmizdir...

Sonda qeyd edək ki, mətbuatda yaxın günlərdə hakim YAP-ın qurultay keçirəcəyinə dair məlumat yayılıb. Kifayət qədər gözlənilməz olan bu qərarla bağlı həmin məlumatda partiyanın İdarə Heyətinin yenidən formalaşdırılacağı, bir zamanlar hakim partiyanın əsas simalarından olan Hacıbala Abutalıbov da daxil olmaqla, bir neçə şəxsin partiyadakı postlarıyla vidalaşacağı qeyd olunur. Həmin şəxslər də əsas etibarilə Abutalıbov qədər olmasa da, vaxtilə hakimiyyətdən gen-bol bəhrələnmiş, varlanmış Abel Məhərəmov, Əli Həsənov, Vaqif Əliyev və digərləridir. Hakim partiyanın çətiri altında daldalanan bu şəxslərin əksəriyyətinin artıq keçmiş fəaliyyətini araşdırsan, xirtdəyəcən qanunsuzluq, korrupsiya, mənimsəmə faktlarına rast gəlmək olar. Odur ki, əgər ölkədə doğrudan da korrupsiya ilə mübarizə, büdcədən oğurlanan vəsaitlərin geri qaytarılması istiqamətində ciddi addımlar atılması, islahatlar aparılması nəzərdə tutulursa, o zaman keçmiş fəaliyyəti yoxlanmalı olan qurumlar bir-bir nəzərdən keçirilməlidir və sözsüz ki, onların sırasında BŞİH ilk yerlərdə durmalıdır... /“AzPolitika.info”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıbala Abutalıbov Prezidentə hesabat verdi

    Hacıbala Abutalıbov Prezidentə hesabat verdi ...

    23-12-2013, 14:00

  • 
  • Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

    Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir” ...

    21-05-2015, 23:50

  • 
  • Abutalıbov işdən çıxması xəbərindən danışdı

    Abutalıbov işdən çıxması xəbərindən danışdı ...

    9-12-2013, 11:29

  • 
  • Hacıbala Abutalıbov məhkəməyə verildi

    Hacıbala Abutalıbov məhkəməyə verildi ...

    1-08-2014, 01:29

  • 
  • Hacıbala Abutalıbov Müsavata Əmircanı göstərdi

    Hacıbala Abutalıbov Müsavata Əmircanı göstərdi ...

    10-09-2014, 13:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu