Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayla bağlı müraciətinə cavab verib.
Bu barədə partiyanın Səbayel Rayon Təşkilatının sədri Razim Əmiraslanlı facebookda məlumat paylaşıb. O bildirib ki, BŞİH Müsavat partiyasının sentyabrın 27- də keçiriləcək qurultayı üçün Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib. Müsavat başqanının müavini Gülağa Aslanlı isə “Qafqazinfo”-ya açıqlamasında səhər BŞİH-dən ona zəng gəldiyini bildirib: “Mənə zəng edib dedilər ki, məktub hazırdır. İndi məktubu götürmək üçün bir nəfəri göndərmişik. Məktub əlimdə olmadığı üçün orada nə yazıldığından xəbərim yoxdur”.
Sorğu
Yeni dizaynımız necədir?