Ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində cəza tədbirlərinin görülməsi davam edir. Əldə etdiyimiz məlumata əsasən, görülən tədbirlər çərçivəsində Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun qardaşı, 2016-2018-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Nizami Əhmədovun qanunsuz əməlləri üzə çıxıb. Belə ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin külli miqdarda dövlət əmlakını mənimsədiyi müəyyən edilib.
“İstintaq zamanı 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin sabiq müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilmişdir”, – deyə etibarlı qaynaqlardan bildirilir.
Vurğulanır ki, həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Halbuki, eyni əməllərlə DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində həbs olunanlar, Elçin Ələkbərov, Bəyalı Xəlilov, DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla, pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək, vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib. Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyalı Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilmişdi.
Adıçəkilən şəxslərdən Elçin Ələkbərov, Bəyalı Xəlilov, Arif Qənbərov, Şahin Məmmədov, Gəncə Şəhər Ağır Çinayətlər məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilərək, İstindaq təcritxanasına göndərilsədə, digər şəxslər – Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun qardaşı Nizami Əhmədov, Səmayə Eminova hələ də azadlıqdadırlar və istədikəri kimi həyatlarını yaşayırlar. Qeyd edək ki, həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
Diqqətinizə çatdırırıq ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun ailə üzvlərindən ikinci şəxsdir ki, korrupsiyada adı çəkilir. Belə ki, həmin şəxsin digər qardaşı Natiq Əhmədov barəsində də Gəncə Şəhər “Su İdarəsinin” rəisi işlədiyi vaxtlarda qanunsuz əməlləri ilə bağlı Korrupsiya İdarəsində çinayət işi açılmışdır.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik. //hurriyyet.az//
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?