GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fuad Muradovun İsveçrə sərgüzəştləri: - Rəsmi Bernin notası Bakıya niyə yetişməyib?

Fuad Muradovun İsveçrə sərgüzəştləri: - Rəsmi Bernin notası Bakıya niyə yetişməyib?

Tarix: 6-03-2021, 11:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 474
Fuad Muradovun İsveçrə sərgüzəştləri: - Rəsmi Bernin notası Bakıya niyə yetişməyib?


44 günlük Vətən müharibəsi ərzində xaricdəki Azərbaycan diasporası qarşıya qoyulan vəzifələrin icrasındakı uğursuzluğu ilə bir daha gündəmə gəlib.

Bu iddia sosial şəbəkələrdə yayılıb.

“Çox maraqlı faktlar” adlı facebook səhifəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun yarıtmaz fəaliyyətində bəhs olunan yazıda bildirilir ki, Ermənistan xarici ölkələrdə fəaliyyət göstərən diaspora qurumlarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi bir vaxtda, sözügedən qurum öz fəaliyyətsizliyi ilə yadda qaldı.

“Rəsmi dövlət qurumu olan Diaspora Komitəsinin bu cür fəaliyyəti (uğursuz) elə birbaşa quruma rəhbərlik edən şəxslərlə əlaqəli idi. Qurumun keçmiş sədri olan Nazim İbrahimov 2018-ci ildə ciddi maliyyə maxinasiyaları və rəhbərliyi dövründə heç bir ciddi iş görmədiyi üçün vəzifədən uzaqlaşdırılıb. Prezident Administrasiyası Nazim İbrahimovun vəzifədən uzaqlaşdırılması ilə bağlı açıqlamada “dövlət tərəfindən ayrılan vəsaitlərin ünvanına çatmaması” faktını qeyd edib”.

Yazı müəllifinin iddiasına görə, Nazim İbrahimovun yerinə hakimiyyətin gənc kadrlarından hesab olunan Fuad Muradovun təyin olunması ilə Komitənin fəaliyyətində ciddi irəliləyişlərin olacağı düşünülürdü: “Yeni sədrin öz sələfinin buraxdığı səhvləri düzəldəcəyi və Azərbaycanın xaricdəki nüfuzu ilə bağlı konkret addımlar atacağı gözlənilirdi.

Lakin məlum olub ki, xaricdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq kimi bir vəzifəni icra etməli olan Fuad Muradov ayrılan vəsaitləri sadəcə kabab qonaqlıqları verməyə, xarici qonaqlara şəkərbura-paxlava paylamağa sərf edib. Əvəzində isə heç qrumda təmsil olunmayan azərbaycanlılar öz hesablarına, könüllü şəkildə Azərbaycanın dövlət maraqları üçün daha çox iş görüblər”.

Fuad Muradovun müharibədən sonra xaricdəki azərbaycanlıların fəaliyyətini öz uğurları kimi qələmə verərək, Azərbaycan qarşısında xidmətlərinə görə şəkərbura-paxlava yediyi şəxslərin, öz qohum əqrəbasının medalla təltif edilməsi üçün çalışdığı vurğulanan məqalədə iddia olunur ki, Diaspora Komitəsinin rəhbəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə bu günə qədər bir biznes və şəxsi gəlir sahəsi kimi yanaşıb:

“Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə biznes ortaqlığı quran Fuad Muradov, Berlində “Karabakh” (“Qarabağ”) və Kölndə “Old Baku” (“Qədim Bakı”) restoranlarının ortağı olub. Lakin bu ortaqlıq uzun çəkməyib və restoranların rentabelli işləmədiyini, alman müştərilərin maraq göstərmədiyini əsas gətirərək ortaqlıqdan çıxıb.

Xaricdəki soydaşlarımıza dəstək üçün nəzərdə tutulan və bu məqsədlə Azərbaycan hökümətindən ciddi maliyyələşdirilən Almaniyadakı “Azərbaycan evləri” mərkəzlərində öz restoran biznesini qurmağa başlayıb.

Yazıda o da iddia olunur ki, Fuad Muradov xaricdə kütləvi təbliğat tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan məkanlardan toy-nişan, doğum günü məclislərinin keçirildiyi şadlıq evi kimi istifadə edib: “Başı Almaniyada qurduğu restoran biznesinə və “Azərbaycan evləri” layihələrinə qarışan Fuad Muradov hansı məqsədlə xaricdə olduğunu tamamilə yaddan çıxarıb”, - iddiasını irəli sürən müəllif Fuad Muradov təkcə fəaliyyətsizliyi ilə yox, həm də şəxsi keyfiyyətləri baxımından Avropada Azərbaycanın nüfuzuna xələl gətirib.

“İsveçrəyə rəsmi səfərlərinin birində Bern şəhərində yerləşən 5 ulduz lüks oteldə yerləşən Fuad Muradov, xüsusi dəvət olunmuş eskort şəxslər ilə əyləniblər. Digər turistlərin ciddi narazılığına səbəb olan davranışlarına görə Fuad Muradov polis tərəfindən saxlanılıb və diplomatik pasportu müvəqqəti əlindən alınıb. Kimliyini dəqiqləşdirdikdən sonra isə İsveçrə höküməti Azərbaycana məsələ ilə bağlı rəsmi nota ünvanlayıb”,-yazıda belə iddia olunur.

Maraqlıdır ki, Fuad Muradov barəsində İsveçrə hökumətinin Azərbaycan səfirliyinə təqdim olunan nota rəsmi Bakıdan gizlədilib. Səfir Xanım İbrahimovanın bu hərəkəti hətta dünya tarixində “mürgü diplomatiyası”nın əsasını qoymaqla ad çıxarmış Elmar Məmmədyarovu da qəflətdən yuxusundan oyandıraraq qəzəbləndirib. Hər halda “Çox maraqlı faktlar” səhifəsi bu iddianı irəli sürərək bildirib:

“Hətta XİN keçmiş naziri Elmar Məmmədyərov bu məsələ haqda xəbər tutduqda, səfirin geri çağırılması məsələsini gündəmə gətirmiş, mövzü mətbutda dəfələrlə yazılmış, amma Fuad Muradovun himayədarları qarşısında aciz qalmışdır.

Fuad Muradovun keçmişi də Komitədəki fəaliyyətsizliyi ilə bir-birini tamamlayır”./ovqat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fuad Muradovun Gürcüstan səfəri ERMƏNİSTANI AYAĞA QALDIRDI

    Fuad Muradovun Gürcüstan səfəri ERMƏNİSTANI AYAĞA ...

    28-06-2018, 14:53

  • 
  • Diasporla İş üzrə Dövlət Komitəsində Ramin Məmmədov müəmması: sədr müavini işə niyə gəlmir?!

    Diasporla İş üzrə Dövlət Komitəsində Ramin ...

    18-11-2019, 20:35

  • 
  • Nazim İbrahimovun üstündəki "qara buludlar” dağıldı - Yeni vəzifə verildi

    Nazim İbrahimovun üstündəki "qara buludlar” ...

    31-05-2018, 13:53

  • 
  • AXSAQ DİASPORAMIZ... - Zərər görən Azərbaycan dövlətidir...

    AXSAQ DİASPORAMIZ... - Zərər görən Azərbaycan ...

    24-09-2019, 14:14

  • 
  • Nazim İbrahimovun 30 milyon manatlıq borcu

    Nazim İbrahimovun 30 milyon manatlıq borcu ...

    23-11-2018, 13:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu