GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cahangir Əsgərova "OSMANLI TOKATI"... - Havadakı inhisarçılıq BİTİRMİ?

Cahangir Əsgərova "OSMANLI TOKATI"... - Havadakı inhisarçılıq BİTİRMİ?

Tarix: 12-03-2021, 12:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 352
Cahangir Əsgərova "OSMANLI TOKATI"... - Havadakı inhisarçılıq BİTİRMİ?


Tükiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” martın 19-dan İstanbul-Bakı-İstanbul istiqamərində müntəzəm uçuşlara başlayacaq.

Aviaşirkət uçuşların həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcəyini açıqlayıb.

Təyyarələr Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən Hava Limanından qalxacaq və ora geri dönəcək.

Turizm sahəsi üzrə ekspert Ülvi Həsənli deyir ki, gözlənildiyi kimi, Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir. İrəlidəki dövrdə bu əməkdaşlığın daha da dərinləşəcəyini görəcəyik: “AnadoluJet-in Azərbaycana gəlməsi də görünür ki, bu qəbildəndir və bunun uzun müddət davam edəcəyini ehtimal edirəm. Çünki “Peqasus” şirkətindən (Sabancı Holdinqə məxsusdur) fərqli olaraq AnadoluJet dövlət şirkətidir, Türk Hava Yollarına məxsus (THY) lou-kosterdir”.

Ülvi Həsənli bildirir ki, “Buta” Hava Yollarının Türkiyəyə uçuşlarından sonra AnadoluJet-in də Azərbaycana gəlməsi ehtimal olunurdu.

Onun sözlərinə görə, “Peqasus”un Qəbələdən baş tutan uçuşlarına həmin vaxtlar AZAL tərəfindən alternativ yox idi, ona görə AZAL rəqabətə tab gətirməyib onların uçuşlarına imkan vermədi, ancaq AnadoluJet ilə məsələ bir az fərqlidir: “AZAL və THY arasında qiymət fərqi olduğu kimi Buta və AnadoluJet uçuşlarında da fərq olacaq. İndi həmin şirkətlərin saytlarında qiymətlərə baxanda bunu görmək olur. Yəni Azərbaycan şirkətinin qiyməti cüzi də olsa, ucuz olacaq. Müşahidələr onu deyir ki, hökumətlər arasında bununla bağlı razılaşma var. Türkiyə tərəfi də bu məsələdə müqavimət göstərmir və Azərbaycan hökumətinin qoyduğu şərtləri qəbul edib”.

Ülvi Həsənli buna görə qiymətlərin ciddi şəkildə aşağı düşəcəyini gözləmir: “Pandemiya ilə bağlı onsuz da təyyarə biletləri bahalaşıb, buna görə hələlik, lou-koster olmağına baxmayaraq AnadoluJet-in Azərbaycan bazarına girməyi ilə qiymətlərdə endirim gözləmirəm. Qarşıdan isə turizm sezonu gəlir, Türkiyəyə gedənlərin sayı artacaq. Yəni indiki qiymətlərdə elə də ciddi fərq olmayacaq. Üstəlik, tələbatın kifayət qədər olduğunu nəzərə alsaq, AZAL və THY arasında toqquşmanın olmayacağını deyə bilərik. Bir daha qeyd edirəm, toqquşmanın olmayacağını həm də ona görə deyə bilərik ki, Qarabağ müharibəsində Türkiyənin xüsusi rolu var idi və bunun qarşılığında da Azərbaycan Türkiyə şirkətlərinə ölkədə şərait yaradır”.

Ekspert bildirir ki, aşağı büdcəli aviakompaniyaların Azərbaycana buraxılmaması illərdir müzakirə olunan, narazılıq yaradan məsələdir. Bunun səbəbkarı isə, əlbəttə, Azərbaycan hökuməti və AZAL-dır: “Oliqarxlar bazarda monopoliya yaradıb sərvət qazanırlar, bundan da əziyyət çəkən ilk növbədə Azərbaybaycan vətəndaşlarıdır. Qonşu Gürcüstan və Ermənistana Avropanın bir neçə lou-koster şirkəti uçuşlar həyata keçirir, amma həmin şirkətlərın çoxu Azərbaycana buraxılmır. Məsələn, yaxın günlərdə “WizzAir” şirkətinin mayın 31-dən yenidən Bakıya uçuşlara başlayacağını açıqladı. Qiymətlərə baxırıq, Bakıdan Budapeştə 180 avrodan, Kutaisidən 108 avrodan, Yerevandan Vyanaya isə 100 avrodan başlayan qiymətlərlə gedib gəlmək təklif olunur. Elə burdan aydın görmək olur ki, Azərbaycan və qonşu ölkələrin qiymətlərində 60-70 faiz fərq var. Bu da Azərbaycandakı monopoliyanın nəticəsidir. Lou-kosterlərin Azərbaycana buraxılmamasının və ya baha qiymətlərlə buraxılmasının səbəbkarı Azərbaycan hökumətinin siyasətidir”.

Avropanın ən böyük aşağı büdcəli aviaşirkəti olan “Ryanair” Avropa Birliyi ərazisindən Ermənistana birbaşa uçuşlar edir.

Yerevandan Berlin, Roma və Milana getmək mümkündür. Həmçinin Ermənistanın Gümrü şəhərindən Almaniyanın Memmingen şəhərinə də birbaşa reys var.

Qiymətlər də təxminən 29.99 (60 manat) avro olacaq.

Qonşu Gürcüstan da bir neçə aşağı büdcəli hava yolları şirkətlərinə qucaq açıb. Məsələn, Macarıstanın “WizzAir” şirkəti Gürcüstanın Kutaisi şəhərindən əvvəlcə 5, hazırda isə 10-dan artıq istiqamətdə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan (40 manat) başlayır.

Türkiyənin aşağı büdcəli hava yolu şirkətlərindən “Pegasus” və “AtlasJet” Gürcüstanın paytaxtı Tbilisidən Avropanın istənilən böyük şəhərlərinə uçuşlar təşkil edir. Qiyməti isə 70-80 avro civarındadır.

Azərbaycandan isə Avropaya ən sərfəli çıxış Macarıstan Hava Yolları Şirkəti “WizzAir”-lə mümkündür. Pandemiyadan öncə birinci və beşinci günlər təşkil edilən uçuş təkcə, Macarıstanın paytaxtı Budapeştə idi. Qiymətlər isə uzaq tarixə 80-160 avro (160- 320) arası dəyişirdi.

Bir müddət Türkiyənin aşağıbüdcəli aviaşirkəti “Pegasus” da Qəbələdən uçuşlar təşkil etsə də, sonradan iqtisadi sərfəli olmadığına görə faəliyyətini dayandırdı. Şirkət rəsmisi açıqlamasında belə deyirdi.

Azərbaycan həmişə ucuz uçuş həyata keçirən hava yolları şirkətləri ilə problemlər yaşayıb. İqtisadçı Natiq Cəfərli daha öncə Meydan TV-yə bildirmişdi ki, Azərbaycanda ucuz aviaşirkətlərin davam gətirə bilməməsinin fəsadlarını vətəndaş çəkir.

Bakıdan həyata keçirilən uçuşlarla qonşu ölkələrdəki uçuş qiymətləri arasında kəskin fərq yaranır: “Gürcüstana çoxlu sayda milli və beynəlxalq şirkət birbaşa uçuşlar həyata keçirir. Nəticədə rəqabət mühiti yaranır. Bundan da vətəndaşlar faydalanır. Ucuz qiymətə dünyanın istənilən nöqtəsinə gedə bilirlər. AZAL hazırki, monopolist mövqeyindən əl çəkməyənə qədər vəziyyət belə də davam edəcək”. ./dia.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı-İstanbul reysi ləğv edildi

    Bakı-İstanbul reysi ləğv edildi ...

    26-01-2016, 10:21

  • 
  • Türk Hava Yolları Naxçıvana uçuşları müvəqqəti dayandırdı

    Türk Hava Yolları Naxçıvana uçuşları müvəqqəti ...

    27-02-2020, 13:57

  • 
  • İstanbulun hava limanlarında reyslər təxirə salındı

    İstanbulun hava limanlarında reyslər təxirə ...

    15-12-2016, 00:09

  • 
  • 101 sərnişinin olduğu Türkiyə təyyarəsini ildırım vurdu - VİDEO

    101 sərnişinin olduğu Türkiyə təyyarəsini ildırım ...

    20-06-2017, 09:30

  • 
  • İstanbuldan gələn təyyarə gecikir

    İstanbuldan gələn təyyarə gecikir ...

    24-01-2016, 12:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu