Əlverişsiz hava şəraiti İstanbulun hava limanlarında uçuşların təxirə salınmasına səbəb olub.
Bu barədə Türkiyənin Mülki aviasiya idarəsinin saytında məlumat verilib. Məlumatda qeyd olunur ki, “Türk hava Yolları” (THY) Atatürk hava limanında bu dünən və bu gün üçün 19 reysi ləğv edib. Eyni zamanda, Sabiha Gökçən hava limanının rəhbərliyi bu günə nəzərdə tutulan uçuşları 10 faiz azaldacağını elan edib. İstanbulda əlverişsiz hava şəraitinin həftənin sonunadək davam edəcəyi proqnozlaşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?