GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bura bazardır, yoxsa təhsil ocağı... - İTTİHAM

Bura bazardır, yoxsa təhsil ocağı... - İTTİHAM

Tarix: 15-03-2021, 11:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 515
Bura bazardır, yoxsa təhsil ocağı... - İTTİHAM


"Qazax Dövlət Sosial-İqtisadi Kollecində ciddi qanun pozuntuları, yeyintilər və direktorun özbaşına qərarlarını, əmrlərini göstərən çoxsaylı faktlar mövcuddur".

Gundemxeber.Az bildirir ki, bunu kollecin sabiq tədris işləri üzrə direktor müavini Nicat Göyüşov "arqument.az"a deyib.

O bildirir ki, Təhsil Nazirliyinin isə məsələyə göz yumur: "Bu da direktorun daha da qol-qanad açmasına, öz əməllərini şiddətləndirməsinə şərait yaratmaq anlamına gəlir".

Sabiq müavin Kollecdəki qanunsuzluqlara, dövlətin pullarının qanunsuz işlənməsinə, hansısa maraq qarşılığında ixtisası uyğun gəlməyən şəxsləri müəllim olaraq işə götürüb, onlara maaş verilməsi kimi cinayət sayılacaq əməllərə ortaqlıq etmək istəmədiyi üçün direktorun süni təzyiqləri ilə üzləşib.

Dediyinə görə, paralel şəkildə onun gözdən salınması üçün planlı işlər görülüb. Təhsil Nazirliyinə bu haqda etdiyi müraciətlər isə cavabsız qalanda məcburi şəkildə ərizəsini yazaraq işdən ayrılıb ki, saxta ittihamlarala maddə alıb əmək kitabçası ləkələnməsin: "İşlədiyim və məcburi ərizə yazıb işdən ayrıldığım gündən sonra müxtəlif vaxtlarda Təhsil Nazirliyinə müraciətlər edirəm. Şəxsən Nazirliyə ünvanladığım məktublarıma cavab ala bilmədiyim üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da məktub yazdım. Həmin məktubum cavablandırılması üçün Təhsil Nazirliyinə göndərilib. Nəhayət ki, Nazirlikdən cavab aldım, amma bu cavab xatirinə cavab idi. Yazıblar ki, sizin işə bərpa olunmaqla bağlı Birinci vitse-prezident Katibliyinə etdiyiniz müraciətə Təhsil Nazirliyində baxıldı. Məktubun elə bu cümlə ilə başlaması cavabın cavab xatirinə verildiyini göstərir, çünki mən Birinci vitse-prezidentə işə bərpa olunmaqla bağlı deyil, Kollecdəki qanunsuzluqların aradan qaldırılmasına köməklik göstərməsi üçün müraciət etmişdim. Sonda da əlavə etmişdim ki, dövlətimizə zərər vuran şəxslərin əməlləri lazımınca qiymətləndirilərsə, mənim də işimə bərpa olunmağıma şəriat yaranar. Əlqərəz, bu cavaba uyğun olaraq yenidən hörmətli Mehriban xanım Əliyevaya müraciət etdim, Kollecdə ciddi yeyintilərin, qanunsuzluqların olduğunu bildirdim və əvvəlki müraciətimdə də bunları yazmağıma baxmayaraq Nazirliyin həmin fikirlərin üstündən sükutla keçdiyini vurğuladım. Məktubum yenidən cavablandırılması üçün Təhsil Nazirliyinə göndərilib. Təhsil Nazirliyi isə bu dəfə daha maraqlı cavab verdi. Deməli cavab yazıblar ki, Koronavirus pandemiyası səbəbilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Pandemiyadan sonrakı dövrdə sözügedən məsələ ilə bağlı əsaslı sübutlar və faktlar təqdim edildiyi təqdirdə müvafiq araşdırma başlanıla bilər”.

Nicat Göyüşov Təhsil Nazirlyinə hansı qanunsuzluq faktlarını təqdim etdiyinin siyahısını da açıqlayıb:

1. Təsərrüfat sahəsində alınmayan 10 minlərlə manat dəyərində malların, avadanlıqların qaimələri.
2. Dizel yanacağı ilə işləyən qızdırıcıların təhsil müəssisələrində işlədilməsinin qadağan olunduğu halda 2083 litr dizel yanacağı işlənməsinə dair yanacaqdoldurma məntəqəsinin Kollecə təqdim etdiyi qaimə. Bu qədər dizel yanacağı hara işlənib?
3. İxtisası Kollecdə tədris olunan heç bir fənni keçməyə imkan verməyən şəxslərə dərs yükünün bölünməsi ilə bağlı direktorun absurd əmri.
4. Vüqar Eyyubov adlı şəxsi özbaşına özünə Tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin etməsini sübut edən əmr və təqdimatlar. Halbuki Tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinatı yalnız Təhsil naziri həyata keçirə bilər.
5. Nazirlər Kabinetinin qəbul etdiyi 2016-cı il tarixli qərarına məhəl qoymayan direktorun 2017-ci ildə yalnız dövlət hesablı təhsil alan tələbələrə təqaüd əmri.

Nazirlər Kabinetinin həmin qərarına görə 2016-cı ildən etibarən ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd almaq hüququna sahibdirlər.

6. 2017-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (maddə ilə) işdən azad etdiyi Əyani şöbə müdirini heç bir məhkəmə qərarı olmadan 2018-ci ildə işə bərpa edib 2020-ci ilə qədər maaş verməsi. Bu hal həm də onu göstərir ki, direktor istədiyi adamı maddə ilə işdən çıxara, maraqlarını təmin edəndən sonra da işinə bərpa edə bilər.

7. Təhsil Nazirliyinə müvafiq ştatlara maaşa əlavə yardımların verilməsi üçün icazə almaq məqsədilə göndərdiyi cədvələ müsbət cavab veriləndən sonra həmin cədvəldə qeyd olunan ştatlarda dəyişiklik edib Qazax rayon Maliyə İdarəsinə təqdim etdiyi sənədlər. Əslində isə Maliyyə İdarəsinə Təhsil Nazirliyinin icazə verdiyi cədvəl təqdim edilməli idi.

8. Tələbələrə təqaüd verilməsi üçün Nazirliyə göndərilən cədvələ Tədris işləri üzrə direktor müavini qol çəkməli olduğu halda, Tədris hissə müdirinin imza atdığı sənəd.

Nicat Göyüşov bildirir ki, mən dərsə gəlməyən tələbələrə qiymət yazıldığına və onların bəzilərinə bu səbəbdən təqaüd düşdüyünə görə bunun dövlətə ziyan vurmaq olduğunu görüb müvafiq sənədləri təsdiqləməkdən imtina etdim. Direktor isə bu qanunsuzluqları aradan qaldırmaq əvəzinə daha asan yol tapdı, mənim qol çəkməli olduğum sənədi Tədris hissə müdirinə imzalatdı. Maraqlıdır, Təhsil Nazirliyi də o sənədi geri qaytarmadı ki, burada Tədris hissə müdirinin yox, Tədris işləri üzrə direktor müavininin imzası olmalıdır.

9. Tədris planlarında nəzərdə tutulmayan yüklərin müəllimlərə verilməsini göstərən və bu problemin aradan qaldırılması üçün direktora ünvanlanan hər iki əyani şöbə müdirinin təqdimatı.

Əyani şöbə müdirləri bu təqdimatla 4380 saat yükün şişirdilərək müəllimlərə bölünməsini direktora bildiriblər. Bu qədər akademik yük 8 müəllimin tam, 1 nəfər müəllimin isə yarım ştat dərslə təminatı deməkdir. Bu da il ərzində təxminən 20 000 (iyirmi min) manatın havaya sovrulmasıdır.

10. Direktorun qanunsuz əməlləri, bundan qazandığı sərvəti barədə Təhsil nazirinə Kollecin hər iki əyani şöbə müdirinin birgə məktubu.
11. Ümumi orta təhsil bazasından qəbul olunan tələbələrin birinci kursda 18 fəndən imtahan edilməli olduqları halda əsasən 15, bir neçə qrupda isə 16 fəndən imtahan edildiklərinə dair müvəffəqiyyət (forma 7) cədvəlləri.

İmtahan olunmayanlar Xarici dil, Azərbaycan tarixi, Azərbaycan dili və nitq mədəniyyəti fənləridir.

Deməli, o zamankı qaydalara görə 1-ci kursda 2 fəndən çox kəsri olan tələbə tələbələr sırasından xaric edilirdi. Burada isə bir çox qrup (tələbə yox, məhz qrup) 3 fəndən imtahan edilməyib. Bəs direktor onların kursdan-kursa keçmə əmrini necə verib, necə onları sonda təcrübələrə, dövlət imtahanlarına buraxıb, onların diplom almasını təmin edib? O diplomlar geri çağırıla bilərmi və ya direktor buna görə cavab verəcəkmi?

12. Qanunsuz dərs yükü bölgüsü əsasında işlənmiş tarifikasiya sənədinin yenə də Tədris işləri üzrə direktor müavini əvəzindən Tədris hissə müdirinə imzaladıldığını göstərən fakt.
Bunu da Nazirlik geri göndərməli və soruşmalı idi ki, tarifikasiyanı Tədris işləri üzrə direktor müavini vəzifəsinin başında olduğu halda niyə Tədris hissə müdirinə imzalatmısınız?

13. Dərs yükü bölgüsü zamanı Dövlət Attestasiya Komissiyasının (bundan sonra DAK) üzvlərinin təyin əmri olmadan onların hər birinə 30 saat akademik yükün ayrılması faktı.

Burada iki qanunsuzluq birdən edilib. Deməli, DAK-ın sədri və üzvləri tədris ilinin ikinci yarımilində müəyyənləşir. Dərs ilinin əvvəlindən onlara yük ayırmaq ümumi dərs yükünü şişirtmək üçün atılmış addımdır. İkinci tərəfdən isə mövcud qaydalara əsasən Dövlət İmtahanı nəticələrinin yoxlanmasına 2 tələbəyə üçün 1 akademik saat yük ayrıla bilər. Deməli, maksimum tərkibi olan bir qrup üçün DAK-ın sədri və üzvlərinin hər birinə 15 saat akademik yük nəzərdə tutula bilər, bəs Kollecin dərs yükü bölgüsündəki 30 saat hardan çıxıb? DAK üzvlərinə 30 saat yük vermək üçün qrupda 60 nəfər tələbə təhsil almalıdır. Qaydalara görə isə qruplar maksimum 30 nəfərdən ibarət təşkil edilir.

14. 2018-ci ildə Təhsil Nazirliyindən Kolleclərə göndərilən təlimatda qeyd olunur ki, ümumi orta təhsil bazasından qəbul olunan tələbələr bundan sonra 3 fəndən – tədris dili, riyaziyyat, xarici dil fənlərindən imtahan olunmalıdırlar. Dərs yükünü şişirtmək üçün bu qaydanın nəzərə alınmadığını göstərən fakt. Məsələn, dərs yükü bölgüsündə 1-ci kursda təhsil alan tələbələrin mənimsədiyi informatika fənninə imtahan nəzərdə tutulmadığı halda imtahan nəticələrinin yoxlanılması üçün saatlar nəzərdə tutulub".

O, ciddi maliyyə itkisinə, qanunsuzluğa, dövlətə vurulan 10 minlərlə manat dəyərində ziyanın araşdırılması üçün yoxlamanın gəlmədiyinə təəccübləndiyini bildirir və məsələni ictimailəşdirməklə ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istədiyini vurğulayır.

Qazax Dövlət Sosial-İqtisadi Kollecindən isə məsələyə münasibət bildirilməyib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA

    Bakı İqtisadiyyat və Humanitar Kollecində ...

    13-11-2019, 13:58

  • 
  • Humanitar Sosial İqtisad Kollecində «Əliyeva bacıları»nın birgə «əməliyyatı»

    Humanitar Sosial İqtisad Kollecində «Əliyeva ...

    9-02-2016, 16:54

  • 
  • Nazir direktorun işini prokurorluğa göndərdi

    Nazir direktorun işini prokurorluğa göndərdi ...

    13-12-2013, 12:56

  • 
  • Laçınlı valideynlər rüşvətxor direktorun işdən cıxarılmasını istəyir

    Laçınlı valideynlər rüşvətxor direktorun işdən ...

    9-10-2014, 12:12

  • 
  • Eldar Mahmudovun kollec direktoru olan qohumu ərköyünlük edir...

    Eldar Mahmudovun kollec direktoru olan qohumu ...

    27-09-2018, 14:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu