GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO

Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO

Tarix: 15-03-2021, 19:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 405
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO


İllərdir bizi içimizdən əzən, başımızı yerdən qaldırmağa qoymayan 20% torpaq utancımızı biz 30 il götürə-götürə gəldik.
Amma, bu illər ərzində Azərbaycan qadınları bu utanc hissinə bir gün son qoysun deyə elə ruhda, elə qeyrətli, igid oğullar yetişdirdilər ki, o oğullar canları, qanları, həyatları bahasına o torpaqlarda vuruşub, bu millətin nəyə qadir olduğunu düşmənə sübut etdilər.

Yeri gəlmişkən, 2020-ci ilin sentyabr ayında vətən müharibəsi başlayanda bir çox məmurların övladları artıq ölkə xaricində idi. Övladlarını ölkədən qaçıran, saxta sənədlər ilə hərbidən yayındıran məmurların indi saymadığı, dəyər vermədiyi vətəndaşların, kasıb təbəqənin övladlarının qələbəsi idi Şuşa qələbəsi.
44 günlük müharibə başa çatdıqdan dərhal sonra bütün ölkədə, bütün regionlarda fəaliyyət göstərən yerli İcra orqanlarının gerçək simaları, sözün əsl mənasında sahib olduqları vəzifə üçün heç bir işə yaramadıqları ortaya çıxdı.
Cənab Prezidentin "şəhid ailələri və qazilərimizin problemləri dərhal, gözlətmədən, yerində aradan qaldırılmalıdır" tapşırığına məhəl qoymayan yerli İcra məmurları nəyinki dərhal müdaxilə etmək, ümumiyyətlə çox zaman görüşməkdən imtina edirlər, müxtəlif bəhanələrlə get-gələ salırlar.
Ağır iqtisadi böhran, pandemiya şəraitində işsizlikdən əziyyət çəkən millətin, döyüşçü, qazi və ya şəhid ailələrinin istəyi nə qədər böyükdür ki, yerli İcra orqanları onu təmin etməkdə çətinlik çəkir?!
Hələ ümumi medianı, sosial şəbəkələri demirəm, təkcə DogruXeber.az İnformasiya agentliyinə daxil olan bütün qazi müraciətlərində onların istəyinin yalnız iş olduğunun izləyicilərimiz də dəfələrlə şahidi olublar. Sadəcə uyğun işlə təmin olunub, zəhmətlərinin qarşılığı əsasında alacaqları məvacib ilə dolanmaq istəyirlər ki, bu da onların doğal haqqıdır.
Yuxarıda qeyd etdiyimiz kimi igid oğullar yetişdirən qəhrəman analardan biri də Zülfiyyə xanım Məmmədovadır.
Ötən xəbərlərimizdən də sizə məlum olduğu kimi döyüşçü anası Zülfiyyə xanım övladlarına baxmaq üçün bir işinin olmasını istəyir. İş tapmaqda və kommunal borclarının ödənilməsində kömək etmələri üçün sakini olduğu Binəqədi rayonunun İcra hakimiyyətinə müraciət edib, lakin xanımın şikayətinə məhəl qoyulmayıb. Zülfiyyə xanımın redaksiyamıza müraciəti YouTube kanalımızda yayımlandıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla xanım redaksiyamız ilə əlaqə saxladı və Zülfiyyə xanımın yalan danışdığını, İcra Başçısı Elxan Allahverdiyevin onu şəxsən qəbul etdiyini, iş təklifi etdiklərini bildirdi.
Zülfiyyə xanımı “yalançı”lıqda ittiham edən Leyla xanımın sözlərinin nə dərəcədə həqiqət olması barədə isə bu videonu izləyərkən özünüz şahid olacaqsınız.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Məsələ diqqətimizdədir.



Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi iştirakçısının anasına qarşı hörmətsizlik - VİDEO

    Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi ...

    24-02-2021, 15:30

  • 
  • Türkiyə XİN: Azərbaycan Vətən müharibəsində qələbəsi ilə türkdilli dövlətlərin gücünü dünyaya göstərdi

    Türkiyə XİN: Azərbaycan Vətən müharibəsində ...

    24-02-2021, 19:43

  • 
  • Ərəblər Azərbaycanın qələbəsi üçün belə dua etdilər - "Allahım, Azərbaycana kafir ermənilər üzərində qələbə bəxş et" (Video)

    Ərəblər Azərbaycanın qələbəsi üçün belə dua ...

    7-04-2016, 14:54

  • 
  • Acınacaqlı durumda qalan qazi anasını Binəqədi rayon İcra başçısı qəbul etmədi-VİDEO

    Acınacaqlı durumda qalan qazi anasını Binəqədi ...

    18-02-2021, 16:17

  • 
  • Vətən müharibəsində 12 ermənini məhv edən igid - Video

    Vətən müharibəsində 12 ermənini məhv edən igid - ...

    8-01-2021, 09:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu