“Artıq türkdilli dövlətlər güclüdür. Vətən müharibəsi ilə işğal altındakı torpaqlarını 44 gün ərzində azad edən Azərbaycan bunu bütün dünyaya göstərdi".
Gundemxeber.Az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Xaric İşlər Nazirliyinin (XİN) Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Bu zəfər Azərbaycanın olduğu qədər bizim də zəfərimizdir. Eyni zamanda, bu onu göstərir ki, birlikdə öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur”, - deyə XİN başçısının müavini vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?