GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » KƏND TƏSƏRRÜFATI NAZIRLIYINDƏ KIÇIK HƏŞƏRAT YALNIZ BÖYÜK HƏŞƏRATDAN QORXUR, ALLAHDAN VƏ QANUNDAN YOX - VIDEO

KƏND TƏSƏRRÜFATI NAZIRLIYINDƏ KIÇIK HƏŞƏRAT YALNIZ BÖYÜK HƏŞƏRATDAN QORXUR, ALLAHDAN VƏ QANUNDAN YOX - VIDEO

Tarix: 16-03-2021, 14:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 582
KƏND TƏSƏRRÜFATI NAZIRLIYINDƏ KIÇIK HƏŞƏRAT YALNIZ BÖYÜK HƏŞƏRATDAN QORXUR, ALLAHDAN VƏ QANUNDAN YOX - VIDEO


Kənd Təsərrüfatı Nazirliyinin kadr siyasətindəki boşluqlara hələ sabiq nazirlərin rəhbərliyi dövründən yol verilməyə başlayıb və təəssüf ki, həmin boşluqlar indi – hazırki nazir İnam Kərimovun vaxtında da ətalət qüvvəsi ilə qalmaqda, aradan qaldırılmaq əvəzinə, əksinə, daha da dərinləşməkdə davam edir. Bu mövzuda indiyədək kütləvi informasiya vasitələrində, eləcə də bizim saytımızda xeyli tənqidi məqalələr dərc olunub. Həmin müstəvidə rast gəldiyimiz neqativ halları KTN rəhbərliyinin və digər aidiyyati qurumların, o cümlədən, hüquq-mühafizə və cinayət təqibi orqanlarının vəzifəli şəxslərin diqqətinə çatdırmaq və onlardan cavab almaq məqsədilə bulunduğumuz, əksəriyyəti uğursuz alınan cəhdlərimiz barədə xatırlatma verməkdən əvvəl bu günlərdə redaksiyamıza daxil olmuş bir ilginc məlumatı oxucularımızla paylaşmaq istərdik.

Neftçala rayon Baytarlıq İdarəsinin 14 nəfər əməkdaşının redaksiyamıza etdiyi müraciətlərində İdarənin aparıcı baytar həkimi Tahirov Qəhrəman Baloğlan oğlundan şikayətlənir, onun tutduğu vəzifəyə layiq olmadığını, korrupsiya hüquqpozmalarına yol verdiyini qeyd edir, ən azı işdən kənarlaşdırılmasına kifayət qədər əsaslar olduğu halda kimlərinsə tərəfindən himayə edildiyindən narahatçılığını ifadə edirlər.

Redaksiyaya daxil olan şikayət ərizəsində imzası olanlardan birinə, Abdullayev Rəfael Əbülfəz oğluna zəng edib yazdıqlarının nə dərəcədə həqiqət olduğunu öyrənmək istədik.
Abdullayevin verdiyi məlumatda Tahirov nənki işlədiyi kollektivdə, hətta öz ailə üzvləri, qohum-əqrəbası arasında da mənfi xarakterizə olunan, neqativ adam kimi təqdim olunur. Müraciət müəllifi ilk növbədə bildirir ki, Tahirov saxtakardır: “Qəhrəman Tahirovun diplomlarının tarixlərinə baxsaq görərik ki, o, Leninqradda institutda (indiki Sankt-Peterburq Baytarlıq Akademiyası) ali təhsil alan zaman həm də Şamaxı Kənd Təsərrüfatı Texnikumunda əyani təhsil alırmış. Guya eyni ildə (1991) bitirdiyi hər iki təhsil müəssisələri arasında olan məsafə, mövcud olan qanunvericilik, bir də sağlam düşüncə bunun mümkünsüz olduğuna işarə edir ki, bu da öz növbəsində Leninqrad Baytarlıq İnstitutuna məxsus ali təhsil haqqında diplomun saxtalığını sübut edir. O, ilk dəfə Neftçala rayon Surra kənd baytarlıq məntəqəsində işə qəbul olunan zaman ali təhsilini təsdiqləyən sənədi deyil, orta ixtisas təhsili diplomunu təqdim edib. Leninqrad institutundan verildiyini dediyi diplomda xeyli hərf səhvləri var. Həmin institutdan legitim diplom almış Əlniyaz doktorun diplomuna baxıb, onun əsasında rərəmləri dəyişdirməklə özü üçün də saxta diplom tərtib edib. Məntəqədə işləyən vaxt iş yoldaşları ondan prokurorluğa şikayət ediblər. Nə yollasa məsuliyyətdən qurtara bilib. Sonra rayon Baytarlıq İdarəsinə aparıcı baytar həkim vəzifəsinə gətirilib”.

Müraciət müəlliflərinin redaksiyamıza göndərdiyi mataeriallardan görünür ki, Q.Tahirov idarədə bir sıra işçiləri əsassız şəkildə təhqir etdiyinə, səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək qanunvericiliyi və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi qaydada icra etmədiyinə, müəssisədaxili intizam qaydalarını pozduğuna görə barəsində rayon baytarlıq idarəsinin 14 nəfərdən ibarət bir qrup işçisi tərəfindən 2020- ci ilin avqust ayında kollektiv şikayət ərizəsi yazılaraq KTN yanında Aqrar Xidmətlər Agentliyinə göndərilib. Bundan 5 ay sonra Agentliyin Nəzarət və Qiymətləndirmə şöbəsindən rayona təftişçilər göndərilir. Vəziyyətlə yerində tanışlıqdan sonra Nəzarət Şöbəsi müdirinin 21.01.2021-ci il tarixli məruzəsi əsasında Agentliyin 04.02.2021-ci il tarixli, 67 saylı əmri ilə Q.Tahirovun barəsində “əmək funksiyası və vəzifə borcunu yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını pozduğuna görə” müvafiq tədbir görülməsi Agentliyin Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinə və Neftçala Rayon Baytarlıq İdarəsinin səlahiyyətlərinə buraxılır. Nə qədər qəribə görünsə də, “müvafiq tədbir” o olur ki, heç bir tədbir görülmür, şikayətçilərin əli boşda qalır. Müəllifin sözlərinə görə, Hüquq Şöbəsində qəbulunda olduqları Elşad müəllim Sankt-Peterburq Baytarlkıq Akademiyasına Tahirovun həmin ali təhsil müəssisəsinin məzunu olub-olmadığını öyrənmək məqsədilə sorğu göndərəcəyini vəd etsə də, hələ də o məsələdən xəbər-ətər yoxdur.



Halbuki, Qəhrəmanın vəzifədən kənarlaşdırılacağına şübhə etməyən şikayətçilər insafla Elşad müəllimdən xahiş edibmişlər ki, Qəhrəmanı öz ərizəsi ilə könüllü işdən çıxmağa razı salsınlar, əks təqdirdə heç yerdə işə götürməzlər.

R.Abdullayev daha sonra Q.Tahirovun korruptiv əməllərindən söz açır: “Vaxtilə bu adam qardaşı ilə birlikdə çobanlıq edib. Sonra o, pul verərək orta ixtisas baytarlıq, qardaşı isə zootexnik diplomu alıb. İdarəniun sabiq rəisinə 3000 manat rüşvət verib işə düzəldiyini hər kəsə deyirdi. Kollektiv ondan şikayət edəndən sonra da işdən çıxarılmamasının səbəbini yenə də komissiyaya guya 5000 manat rüşvət verməsi ilə izah edib, onu xərcə saldıqlarına görə bəzi baytarlıq aptekləri işlədən şəxslərlə dalaşıb da. Mənimlə də mübahisəsi olub. Hətta bir dəfə şiferi başıma vurmağa cəhd edib. Çünki mən onun təklif etdiyi korruptiv planlara getmirdim. Özünə əlavə süni mayalanma texniki ştatı götürərək, təbii üsulla doğulmuş bala heyvanları guya süni mayalanma yolu ilə cins heyvanların dölü olaraq doğulmuş kimi göstərir, bu işi stimullaşdırmaq üçün dövlətin hər balaya görə verdiyi 100 manat subsidiyanı mənimsəyib ortaqları ilə pay-püşk edirdi. Hətta özünün yerli cinsdən törəyən 6 aylıq danasını guya xarici cinsin dölü olan 2 aylıq bala dana kimi göstərib ona da pul almışdır. Onun kütləvi şəkildə, bəzən 70 heyvan üçün birdən tərtib etdiyi belə qanunsuz aktlara qol qoymadığıma, rast gəldiyim bu cür faktları ifşa etdiyimə, etirazımı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə bildirdiyimə görə mənimlə düz gəlmirdi. Çifayda, barəsində heç bir tədbir görülmür, ondan heç bir məsuliyyət sorulmur. Tahirov baytarlıq sahə həkimlərinə, məntəqə müdirləriunə “tas” qoyur, ona vaxtaşırı hesabat kimi təqdim etdikləri “ambulator jurnalı”nın arasına pul qoymağı onlardan tələb edir. “Tahirov Məşğulluq Mərkəzinin xətti ilə DOST Xidmətindən Baytarlıq İdarəsinə göndərilmiş ictimai işçilər arasına öz oğlunun da adını yazdırmışdır, — deyir Abdullayev — oğlu işə çıxmadığına, havayı maaş aldığına görə mənə deyir ki, onunla işin olmasın”.

Müraciət müəllifi həmçinin Q.Abdullayevin əxladının da kamil olmadığını bildirir: “İşdə kompütürin arxasında oturub iyrənc, ikrah hissi doğuran videolara baxır, digər işçilərə də göstərib şit zarafatlar edir. Başqasının arvadını yoldan çıxardığına görə öyünür. Bir sözlə, heç kimin ona gücü çatmır. İşi dara düşən kimi etnik azlığın nümayəndəsi – talış olduğunu qabardır. Halbuki, heç kəs onu etnik mənsubiyyətinə görə təqib etmir”.

İndi isə məqalənin əvvəlində oxuculara vəd etdiyimiz məsələyə qayıdaq. Dəfələrlə Kənd Təsərrüaftı Nazirliyinin aparatında və Nazirliyin yerlərdəki struktur vahidlərində baş alıb gedən korrupsiya halları barədə redaksiyamıza daxil olan məlumatlar əsasında hazırladığımız sorğuları cənab nazirin özünə və digər vəzifəli şəxslərə göndərsək də, toxunduğumuz məsələlərə onların münasibətlərini ifadə edəcək cavablar almamışıq. Onu da qeyd edək ki, bu istiqamətdə cəhdlərimizin uğurlu alınmamasında KTN-də özümüzə “bir köynək yaxın” hesab etdiyimiz Anar müəllimin Nazirliyin mətbuatla əlaqələrinə cavabdehlik vəzifəsini həvalə etdiyi Vüqar bəyin səriştəsizliyi (yumşaq ifadədir – red.) az rol oynamayıb. Belə ki, özünü bizim silsilə yazılardan xəbəri yoxmuş kimi göstərən Vüqar bəyə bütün məqalələrimizin keçid linklərini yolladıq. Həmçinin işgüzar yazışmalarımızı xatırlatdıq ki, bəs hər dəfə məqalə dərc olunmazdan əvvəl daxil olan faktları müşayiətedici məktubla cənab nazirə ünvanlamışıq. Vüqar bəy isə cavabında nə desə yaxşıdır?: “Niyə məktublarınızı mənə deyil, nazirə göndərmisiniz?”

Qəribədir, deyilmi? Bəllidir ki, dövlət orqanlarında, hökumət strukturlarında ictimaiyyətlə, KİV-lə əlaqələrə məsul edilmiş şəxs jurnalistlərin onun təmsil etdikləri qurumdan səhih və operativ informasiya almalarını asanlaşdırmaq üçün seçilir. Və həmin şəxsin özünün də jurnalist olması, həmkarları üçün əlçatan olması arzuolunandır. Daha ona da ənənəvi poçtla məktub yazıb bir ay gedib-qayıtmasını gözləyəcəyiksə, oxucularımnızı necə çevik informasiya ilə təmin edə bilərik? Mətbuat katibi vəzifəsinin maaşını necə halal hesab edib “həzm-rabedən” keçirə bilirsən axı?
Əslində isə məsələ başqa cürdür: Nazirliyə (nazirə) ünvanlanan ərizə və şikayətlər bir qayda olaraq nazirliyin ümumi şöbəsinə yox, Daxili Nəzarət və Audit şöbəsinə daxil olur. Müraciətlər xarakterinə görə bölünür, şikayət xarakterlilər kargüzarlıq qaydalarına zidd olaraq nazirin diqqətindən yayındırılır, “aidiyyəti üzrə” nazir və müavinlərinə yox, Daxili nəzarət və Audit Şöbəsinin müdiri Fuad Mayılova və Kadrlar Şöbəsinin müdiri Elvin Paşayevə ötürülür.
Sonra da Fuad Mayılov və Elvin Paşayev, barəsində şikayət edilən və onların yaxınları olmayan idarə rəislərini yanlarına çağırtdırıb “məhşər ayağına” çəkirlər. Bu dəst-xətt heç də özündə şikayətin predmeti olan problemin həllini nəzərdə tutmur, əsla. İdarə rəisləri gəlib həmin şəxslərə “imtahan” verib “qıl körpüsündən” keçəndən sonra qayıdıb düşürlər şikayətçilərin üstünə, onlara təzyiq göstərirlər. Bu yolla potensial şikayətçilərə — məsələn, KTN-nin sütruktur vahidlərində çalışan, hüquqpozmalara məruz qalan sıravi işçilərinə, dövlətin onlara ayırdığı subsidiyaları mənimsənilmiş fermerlərə təlqin olunur ki, şikayət etmək mənasızdır, “dünya elə belə gəlib, belə gedəcək, kənd təsərrüfatında kiçik həşərat yalnız böyük həşəratdan qorxur, Allahdan, qanundan qorxan yoxdur”./deryaz.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik rəsmisindən BMCMİ-nin keçirdiyi əməliyyat barədə AÇIQLAMA

    Nazirlik rəsmisindən BMCMİ-nin keçirdiyi ...

    9-07-2020, 15:26

  • 
  • Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNATLAR

    Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNATLAR ...

    4-02-2019, 11:51

  • 
  • Yeni kənd təsərrüfatı naziri İnam Kərimov kollektivə təqdim edilib

    Yeni kənd təsərrüfatı naziri İnam Kərimov ...

    24-04-2018, 14:18

  • 
  • Pambıqçıların zəhərlənməsinə görə 3 vəzifəli şəxs həbs olundu

    Pambıqçıların zəhərlənməsinə görə 3 vəzifəli şəxs ...

    22-06-2018, 11:26

  • 
  • Nazirin adından istifadə edib rüşvət yığır - ŞİKAYƏT

    Nazirin adından istifadə edib rüşvət yığır - ...

    17-12-2018, 14:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (520)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu