GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 6 saylı cəzaçəkmə müəssisəsində qanunlar belə işləyir-ŞİKAYƏT

6 saylı cəzaçəkmə müəssisəsində qanunlar belə işləyir-ŞİKAYƏT

Tarix: 17-03-2021, 15:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 702
6 saylı cəzaçəkmə müəssisəsində qanunlar belə işləyir-ŞİKAYƏT


Yardımlı rayonunun Arus kənd sakini, 32 yaşlı Azadə Qarayeva iki azyaşlı uşağını təkbaşına böyüdür. Həyat yoldaşı Dilqəm Qarayev üç ildir ki, həbsdədir. Deyir ki, bilmir, uşaqların yeməyinin, geyiminin dərdini çəksin, yoxsa həyat yoldaşının cəzaçəkmə müəssisəsindəki vəziyyətinin…

2018-ci ilin mayından həbsdə olan Dilqəm Qarayev 6 il azadlıqdan məhrum edilib. O, 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Həyat yoldaşı danışır ki, imkansızlıqdan ilyarımdır onun yanına gedə bilmirlər: “Yardımlı hara, Bakı hara… Heç yolpulu tapa bilmirik, hələ başqa şeyləri demirəm. Yoldaşım məcbur olub, orada verilən yeməyini ümidinə qalıb, başqa əlac yoxdur”.

Uşaqlardan birinin 9, ikincisinin isə 8 yaşı var. Kiçik uşaq epilepsiya xəstəsidir. Anası deyir ki, ailə o uşağa görə verilən 200 manatlıq müavinətin ümidinə qalıb: “Kənd yeridir, iş yoxdur ki, işləyim. Olsaydı, işləyərdim, təki uşaqlarım qarın dolusu yemək yeyə bilsin, ehtiyaclarını ödəyim, yoldaşıma kömək eləyə bilim. İşdir, hər kəsin başına gələ bilər. 200 manat uşaqların həm yeməyi, həm geyimi, həm də məktəb ləvazimatlarıdır. Arabir 5-10 manat kənara qoyub, bir az pul toplayanda da yoldaşıma göndərirəm. O da uşaqlarla telefonla danışmağa sərf edir. Çünki uşaqlar ataları üçün çox darıxır. Ağlayırlar, danışmaq istəyirlər. O da məcburən pul verməli olur”.

6 saylı cəzaçəkmə müəssisəsində qanunlar belə işləyir-ŞİKAYƏT


Azadə Qarayeva deyir ki, həyat yoldaşı saxlandığı müəssisədə tez-tez də cəzalandırılır. Səbəb isə onun cəzaçəkmə müəssisəsində rüşvət hallarına, ayrı-seçkiliyə etiraz etməsi olur: “Yoldaşım həftədə bir dəfə pulsuz zəng eləyə bilir. Əlavə zəng üçün pul ödənməlidir. Yoldaşımın da pulu olmur, qalır belə. Uşaqlar da ağlayıb, özünü öldürür. O da atadır, dözə bilmir. Bundan əvvəl bir neçə dəfə əlavə zəng eləmişdi, telefon borcları yığılmışdı, ödəyə bilmirdi. Buna görə mübahisə yaranmışdı. Haqlı-haqsız, döyüb salırlar “karsa”. Axırıncı dəfə martın 10-da danışmışam onunla. Ayın 11-də eşitdim ki, yenə “karsa” salıblar. Bu günə qədər ondan xəbər yoxdur. Yəqin yenə döyüblər, bu qışın günündə soyuq yerdə saxlayırlar. Çox nigaranam…”

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 19.7 maddəsində yazılıb ki, həbsdə olan şəxslərin həftədə iki dəfə 15 dəqiqəyə qədər telefonla danışmaq hüququ var. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun qohumlarının vəsaiti hesabına ödənilir.

Azadə Qarayevanın sözlərinə görə, həyat yoldaşının bu hüququ da pozulur: “Ona həftədə bir dəfə pulsuz danışmağa imkan verirlər. Bundan əvvəl onu “karsa” salıb cəzalandıranda qayınanam Penitensiar Xidmətə müraciət etmişdi. Oradan cavab gələn gün yoldaşımı da “kars”dan buraxdılar. İnanın, əgər pul olsa, verərik, nə uşaqlar əziyyət çəksin, nə də yoldaşım. Amma yoxdur. Bu zamanda 200 manatın ümidinə qalan, xəstə uşaqlar olan ailənin vəziyyətini təsəvvür eləmək çətin deyil…”/yenixeber.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar edilib

    Cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar ...

    24-12-2013, 11:39

  • 
  • Cəzaçəkmə müəssisəsində insident yaranıb - RƏSMİ

    Cəzaçəkmə müəssisəsində insident yaranıb - RƏSMİ ...

    22-12-2014, 21:32

  • 
  • Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb

    Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb ...

    9-08-2018, 15:24

  • 
  • 12 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - Nazirə şikayət olundu

    12 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - ...

    26-06-2020, 12:53

  • 
  • Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”

    Ağstafada vətəndaş fəryad edir, başçı isə öz ...

    19-02-2021, 12:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu