GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”

Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”

Tarix: 19-02-2021, 12:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 488
Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”


“İki azyaşlı övladımı təkbaşına saxlayıram, buna saxlamaq demək mümkündürsə… Nə uşaqpulu var, nə ünvanlı sosial yardım verilir, aldığım maaşı bilmirəm gözləri tutulmaq üzrə olan uşağın dərmanına verim, yoxsa qarınlarına yemək alım… Mağazalara borcum başımdan aşır”.

Gundemxeber.Az DİA.AZ-a istinadən bildirir ki, bunu Ağstafa rayonu, Qaçaq Kərəm kənd sakini Tahirə Abullayeva deyir. Tahirə xanım təkbaşına iki azyaşlı övladını böyüdür. Ancaq deyir ki, imkansızlıq onu əməlli-başlı əldən salıb.

Tahirə xanımın həyat yoldaşı vəfat etdikdən sonra qayğıları birə beş artıb. Deyir, Dağ Kəsəmənli kənd orta məktəbində yarımştat iş cədvəli üzrə xadimə işləyir, aylıq məvacibi 128 manatdır ki, bununla da ailəni dolandırmaq çətindir.

“Uşaqlardan birinin 11, o birinin 12 yaşı var, qızımın gözləri tutulmaq üzrədir, televiziyalardan birinə də çıxmışam uşaqla, söz verdilər ki, müalicəsinə, əməliyyatına kömək edəcəklər, ancaq sonra yolpulu tapmadım ki, uşağı təzədən Bakıya – pulsuz müalicəni, əməliyyatı söz verən həkimin yanına aparım… Ünvanlı sosial yardım üçün müraciət edirəm, adımda Sadıxlı kəndində pay torpağı olduğunu bəhanə gətirib ünvanlı sosial yardım təyin etmirlər. O pay torpağını əkib-becərmək də pul tələb edir, o vaxt atamgilə verilib, necə veriblərsə, eləcə də qalıb orda, əkib-becərməyə pul lazımdır, o da yoxdur. Hökumət bir dəfə qapını döyüb soruşmur ki, sənə verilən pay torpağından istifadə edə bilirsənmi? Bu uşaqlar acdır, susuzdur, geyimləri var, yoxdur, hökumətə maraqlı deyil. Adamlar köhnə geyim verməsə, uşaqlarım çılpaq gəzər…”, – qadın deyir.

Tahirə xanımın qayğılarından ən böyüyü işlə bağlıdır: “Başqa kəndin məktəbində yarımştat xadiməyəm, dediyim kimi, cəmi 128 manat maaş alıram. Məmurlara sual verirəm, özləri 128 manat maaşla dolana bilərmi? Nə kommunalı, nə mağazalara yığılıb qalmış borcları, nə uşaqların dərmanını, yeməyini ödəyə bilirəm. Üstəlik, xəstə, azyaşlı uşaqları evdə nəzarətsiz qoyub başqa kəndə işə gedirəm. Həm uşaqların həyatı təhlükədə olur, həm də aldığım cüzi maaşın hər gün 1 manat 20 qəpiyini yolpulu etməli oluram. Dəfələrlə rayonun təhsil şöbəsinə müraciət etmişəm ki, mənim iş yerimi öz kəndimizdəki məktəbə dəyişsinlər və məni tam ştata götürsünlər. Həm uşaqlarıma yaxın olum, həm də maaşım artsın. Hər dəfə yalandan ümid verirlər, ancaq özüm də şahidiyəm ki, onlardan istədiyim işi başqasına verirlər”.

Dia.az bildirir ki, vətəndaşın belə bir çilə çəkdiyi məqamda Ağstafaya rəhbərlik edən Seymur Orucov haqqında da mətbuatda ilginc xəbərlər yayılmaqdadır. Məsələn "gundelik-baku.com" saytı iddia edir ki, Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucovla dəyəri 350 min manat olan 10 NK 200 dövlət qeydiyyat nişanlı amerikan istehsalı olan GMC Yukon Denali markalı avtomobilin sahibidir. Ancaq avtomobil İcra başçısının qardaşı Vasif Orucovun adına sənədləşdirilib. Deyilənə görə, avtomobil zirehlidir. Mənbənin məlumatına görə, avtomobili başçının həyat yoldaşı Çeşmə xanım idarə edir. Çeşmə xanım Maştağa qəsəbəsində bağça müdirəsidir.

Bu faktı ona görə xatırlatdıq ki, sakini çilə içində olan icra başçısının təmtəraqlı yaşam şəraiti təbii ki şübhələrə yol açır...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Adil Vəliyevin rayonunda ürəkağrıdan mənzərə - Nazirliyin işçiləri də baxıb gediblər...

    Adil Vəliyevin rayonunda ürəkağrıdan mənzərə - ...

    2-11-2020, 13:34

  • 
  • Səlim Müslümovun kadrından tələb:"8 ayını bizə ver..." VİDEO

    Səlim Müslümovun kadrından tələb:"8 ayını ...

    2-03-2016, 20:18

  • 
  • "Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY

    "Günlərlə quru çörəyi belə tapmırıq" - ...

    14-09-2020, 16:14

  • 
  • Gəncədə anasının bıçaqladığı uşaq öldü

    Gəncədə anasının bıçaqladığı uşaq öldü ...

    29-06-2015, 10:33

  • 
  • Yaşlı qadın su quyusuna düşərək öldü

    Yaşlı qadın su quyusuna düşərək öldü ...

    12-01-2015, 20:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu