"Hələ 2019-cu ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilən Şahin Mustafayev əslində həmin dönəmdə birdəfəlik olaraq karyerasını bitirəcəkdi, amma... Müəyyən səbəblər onunla bağlı sərt qərarların verilməsini ertələdi. Amma indi vəziyyət tamam fərqlidi".
Gundemxeber.az bildirir ki, bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, Şahin Mustafayev yaxın günlərdə sərt şəkildə cəzalandırılacaq.
Mənbənin dia.az-a söylədikləri: "Ola bilsin ki, o da Səlim Müslümovun qaibətini yaşasın... Amma cəza mütləq olacaq. Dəqiq nələrin baş verəcəyini təqmin etmək olmaz. Amma son günlər görünəni odur ki, şübhəli keçmişə malik olan hər kəslə bağlı haqq-hesab çürüdülməsi vaxtıdır".
Xatırladaq ki, yerli KİV-də Şahin Mustafayevin milli kimliyi ilə bağlı da müəyyən dolaşıq izahatlar yer almaqdadır və hətta onun ermənilərlə qohumlu əlaqələrinin olduğunu da iddia edirlər.
Bütün bunları diqqətə çəkən mənbə iddia edir ki, məhz bu kimi məqamlar Şahin Mustafayev və onun kimilərlə birdəfəlik qərarların verilməsini labüdləşdirir: "Yaxın günlərdə bütün sular duruılacaq".
Qeyd edək ki, artıq ilkin işartılar müşahidə olunur və adı müxtəlif xəyanətlərdə hallanan Rövşən Əkbərov kimi general belə 20 il əvvəlki cinayət bəhanəsi ilə həbsə atıldı. Yəni aydın olanı odur ki, burada motiv yox, səbəb daha ümdədir.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?