Koronavirus pandemiyası səbəbindən 2020-ci ilin ilk ayları istisna digər aylarda ölkədə fəaliyyət göstərən təhsil müəssisələri fəalliyyət göstərməyib.
Gundemxeber.Az BAXAR.AZa istinadən xəbər verir ki, universitetlərdə təhsil distant formada davam etdirilib. Bu müddət ərzində universitetin əməkdaşları istisna hallarda təhsil ocaqlarına baş çəkib. Çünki təhsil ocaqlarında əyani iş fəaliyyəti dayandırılmışdı. Bu dayanma hər kəsə təsir etsə də, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərova təsir etməyib. Araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti "AZƏRMƏTBUATYAYIM ASC"-yə "2020-ci il üçün mətbuatın dövri abunə xidməti" adı ilə 01.03.2021 tarixində 35488.8 AZN vəsait ödəyib. Təxmini hesablamaya görə, 35 min manata 70000 tiraj qəzet, xeyli sayda jurnal almaq mümkündür. Ölkədə gündəlik(həftənin 5 günü) fəaliyyət göstərən 5-6 qəzet redaksiyası mövcuddur ki, bu qəzetlər də ilin təxminən 250 günü tirajlanır. Hesablamadan belə çıxır ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti gün ərzində 270 qəzet alır. Pandemiya dövründə isə universitet fəaliyyət göstərməyib. Bəs, Cəfər Cəfərov bu qəzetləri kimə alıb? Nə üçün 35 min manatı sözügedən şirkətə ödəyib? Ölkədə minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən qovulduğu dönəmdə ADPU-nun 35min manatı göyə sovurması ciddi şübhələr yaradır. Pandemiya dövründə universitetlər bağlı olub, universitetin əməkdaşları onlayn şəkildə fəaliyyət göstərib. Sözügedən şirkət mətbuatda Əli Həsənovun "kurasiyası"nda göstərilir. Cəfər Cəfərovun isə pandemiya dövründə 35488.8 manatı "AZƏRMƏTBUATYAYIM ASC"-yə köçürməsinin bir neçə variantı ola bilər: A) Əli Həsənova xidmət B) 70min tiraj qəzeti yemək C) Tələbələrin min bir zülmlə ödədiyi təhsil haqqını göyə sovurmaqdan həzz almaq D) Pandemiya dövründə qəzetləri boş-boşuna almaq Cavabı Sizə buraxırıq, əziz oxucu! Mövzu ilə bağlı Cəfər Cəfərovun və adı hallanan digər tərəflərin də mövqeyini dərc etməyə hazırıq. Xüsusilə də, Cəfər Cəfərovun variantını. Araşdırmamız davam edir.
Sorğu
Yeni dizaynımız necədir?