GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Broker Əbülfəz” dirilib - dərman, saxta gübrə, sement, “PAPA JOHN’S” və... - Şok faktlar

“Broker Əbülfəz” dirilib - dərman, saxta gübrə, sement, “PAPA JOHN’S” və... - Şok faktlar

Tarix: 1-04-2021, 21:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 794
“Broker Əbülfəz” dirilib - dərman, saxta gübrə, sement, “PAPA JOHN’S” və... - Şok faktlar


Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə Səfər Mehdiyevin gətirilməsindən sonra təvazökar adamlar ümid bəsləyirdilər ki, bu sahədə bəzi müsbət irəliləyişlər əldə olunacaq, şəffaflıq yaradılacaq, inhisarçılıq və bürokatik əngəllər müəyyən qədər aradan qaldırılacaq.

Çünki Aydın Əliyevin dövründə gömrükdə “qara bazar”, kölgə iqtisadiyyatı real gəlirləri dəfələrlə üstələyirdi, sahibkarların “dərisinə saman təpilirdi”, brokerlər, monopolistlər “meydan sulayırdılar”.
Amma onu müavini Səfər Mehdiyevin sədr təyinatı ilə gömrükdə heç də yaxşılığa doğru nəticələrin müşahidə olunduğunu söyləmək olmur; yenə iş adamlarının “qanını içirlər”, monopoliya ləğv olunmayıb, avtomobil idxalında soyğunçuluq davam edir, hətta Türkiyədən olan TIR şoferləri belə bu vəziyyətə üsyan edirlər, bu günlərdə onların video çıxışları yayılmışdı.
Ona görə ki gömrükdə ənənəvi idarəçilik və yanaşma davam edir, sahibkarlar narazıdırlar, “qara əllər” yığışdırılmayıb.

Oğluna açdığı 8 restoran...

GundemXeber.Az media üzərindən bu günlərdə yayılan məlumatlara istinadən xatırladır ki, vaxtilə gömrükdə qeyri-leqal gəlirlərin baş fiqurlarından olmuş, “broker Əbülfəz” adı ilə tanınan “Trans Broker” MMC rəhbəri Əbülfəz Məlikov yenidən “zühur” edib. Onun gömrük sahəsində yenə fəaliyyətinin, təsirlərinin olduğu bildirilir.
Həmçinin, Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayır. Bir neçə gün qabaq Əbülfəz Məlikova məxsus restoranlar şəbəkəsi də aşkarlanıb.
KİV-də gedən xəbərlərdə iddia olunur ki, “PAPA JOHN’S” restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəz Məlikovun oğlu Murad Məlikova məxsusdur.
Məlumatda əlavə edilir ki, bu brend altında 8 restoran açıb. Gömrük brokerinin oğlunun şəriki isə Kamran Əliyev adlı şəxsdir.
Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu “PJA Limited Azerbaijan” şirkəti üzərindən idarə olunur. Təbii ki, gənc M.Məlikovun bu yaşında biznes uğurunda atasının brokerlik fəaliyyəti rol oynayıb.
Onun gənc yaşında restoranlar açması üçün ən azı 30 il işləməsi, pul yığması və xərcləməməsi lazımdır. “Broker Əbülfəz”i isə cəmiyyətə təqdim etməyə ehtiyac yoxdur. O, gömrükdə “qara kassir” kimi uzun illər sahibkarların boğazına çökmüş monopoliya əfsanəsidir.
Ölkə mediası uzun illər onun vağzalda siqaret satmasından, iranlı Mənüçöhr Əhədpurla çirkli pullar yuymasından nələr yazmayıb.
DGK əməkdaşları özləri qeyri-rəsmi etiraf edirdilər ki, Ə.Məlikovun əlinə baxıblar, onun icazəsi olmadan gömrük əməkdaşı addım ata bilməyib. Ən dəhşətlisi budur ki, “Broker” kontorunun işçilərinin sayı DGK-nın işçilərindən çox olub.
Əbülfəz Məlikov Gürcüstandan Azərbaycana gətirilən hər danaya, inəyə görə, 100 dollar, hər qoyuna görə 40 dollar rüşvət qoyurmuş. İndisə Səfər Mehdiyev DGK sədridir və yenə “Broker Əbülfəz”in əl-qolu açılıb.

Aksizsiz siqaret biznesi, gül, sement...

Ona görə Çexiyada, Avropanın digər ölkələrində biznesinin, əmlakının sayı-hesabı yoxdur. Mediada yayılan son məlumatlara görə, Əbülfəz Məlikovun yenidən “dirildiyi” və gömrük əməliyyatlarında əvvəlki qədər olmasa da müəyyən rol alması haqda iddialar var.
Bildirilir ki, son vaxtlara qədər şəxsi biznesini idarə etməklə baş qatan Əbülfəz Məlikov yenidən brokerlik fəaliyyətinə qayıdıb.
Bəzi məhsulların, əsasən ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində Məlikova imkanlar tanınıb.
Əbülfəz Məlikovla bağlı mediada yer alan səs-küylü iddialardan biri də pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələrin ölkəyə gətirilməsindən milyonlar qazanmasıdır.
Ümumiyyətlə isə daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına onun nəzarət etdiyi bildirilir. Eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsində də Əbülfəz Məlikovun böyük payçılardan olduğu iddiaları var.
Mediada gedən xəbərlərə görə, Əbülfəz Məlikovun DGK sədri Səfər Mehdiyevlə uzun illərə dayanan ortaqlığı olub. Mehdiyev DGK-da müavin olarkən tərəflər arasında ciddi işbirliyi varmış. Hazırda isə ölkədə aksizsiz siqaret biznesinin Əbülfəz Məlikova dövr edildiyi bildirilir.
Qara bazarda aksiz markası olmayan siqaretlərin kütləvi şəkildə satılması fakt olsa da DGK-nin bu mövzudakı susqunluğu da gəzən söhbətlərin inandırıcılıq əmsalını yüksəltməkdədir.

“Broker”in sahibkarın başına açdığı oyun

Qeyd edək ki, 2006-cı ildən təsis edilən və tez bir zamanda monopolist şirkətə çevrilən “Trans Broker” MMC-nin qeyri-rəsmi sahibi Əbülfəz Məlikovla onun yaxın qohumu olan Anar adlı şəxsdir. Əvvəllər Əbülfəz Məlikovla “çiyin-çiyinə” çalışan bu şəxs hazırda beynəlxalq əlaqələr üzrə menecer statusunda Azərbaycanda qazanılan milyonlarla vəsaiti ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlaka yatırması haqda ölkə mətbuatında iddialar yer almaqdadır.
Adı zaman-zaman mediada şübhəli və kriminal əməllərdə hallanan Ə.Məlikov öz bioqrafiyasını nə qədər gizli saxlasa da, göründüyü kimi, mediaya məlumatlar sızmaqdadır.
Həmçinin, iş adamları da onun gömrükdəki əməllərini zaman-zaman ifşa ediblər. Bir müddət əvvəl “Grant Aqro Servis” MMC-nin rəhbəri Fərhad Babayev gerçəkləri çılpaqlığı ilə açıqlamışdı. O, Səfər Mehdiyevə məktubunda reallıqları göstərmişdi. Belə ki, sahibkarın idxal etdiyi məhsul məcburən dövlətə məxsus olmayan, AVELA MMC-yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib.
Sitat: “Məsələylə əlaqədar kiminlə əlaqə saxladıqsa, aşağıda şikayətçi olduğumuz şirkətin Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu, bu səbəbdən cəzasızlıqlarına əmin olduqları bildirildi.
Əslində, sahibkarlara saxlama terminalını sərbəst seçmək imkanının verilməməsi, digər sahibkarların da bu tip terminallar yaradıb gömrük orqanları ilə əməkdaşlıq etmək imkanının olmaması, Avela MMC-nin və 1-2 digər şirkətin bu sahədə monopolist və bununla da özbaşına olması, gömrük məmurları ilə sıx əlaqəsi olmayan şəxslərin bu sahəyə müdaxiləsinin mümkün olmaması, şirkətin əməkdaşlarının “kimə istəyirsiz şikayət edin” deməsi və sadalaya biləcəyimiz yüzlərlə digər cavabsız suallar yaranmış şübhələri qidalandıran amillərdəndir”.
Bu, bir sübutdur ki, gömrük kimlərin əlindədir və nələr baş verir. Ancaq faktlar yuxarıdakı məlumatlarla məhdudlaşmır, yeni nüansları növbəti araşdırma məqaləmizdə təqdim edəcəyik. Deyilənlərlə bağlı adıçəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi – Eksklüziv

    Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə ...

    7-12-2018, 13:38

  • 
  • Gömrükdə YOXLAMA GÖZLƏNİLİR - Səfər Mehdiyev dövləti aldadıb?

    Gömrükdə YOXLAMA GÖZLƏNİLİR - Səfər Mehdiyev ...

    24-06-2020, 12:23

  • 
  • Əbülfəz Məlikovun ən böyük arzusu nə imiş... - İDDİA

    Əbülfəz Məlikovun ən böyük arzusu nə imiş... - ...

    1-02-2019, 14:25

  • 
  • Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə çalxalanma gözlənilir

    Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə ...

    8-07-2020, 11:54

  • 
  • Gömrükdə 680 milyon manat SKANDALI

    Gömrükdə 680 milyon manat SKANDALI ...

    11-02-2021, 12:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu