GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhməd Əhmədzadənin milyonluq mülklərinin siyahısı yayıldı

Əhməd Əhmədzadənin milyonluq mülklərinin siyahısı yayıldı

Tarix: 3-04-2021, 14:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 533
Əhməd Əhmədzadənin milyonluq mülklərinin siyahısı yayıldı


Aprelin 2-də Prezident İlham Əliyevin sərəncamı ilə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edilib.

76 yaşlı məmur uzun illərdir ölkənin su təsərrüfatına rəhbərlik edirdi. Belə ki, 1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Nazirliyin yanında Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-2021-ci illərdə isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olub.
Ə.Əhmədzadənin rəhbərlik etdiyi dövrdə ASC-nin fəaliyyəti mediada daim sərt tənqid mənbəyi olub. Dövlət vəsaitlərinin müxtəlif yollarla mənimsənilməsi, su təsərrüfatının düzgün qurulmaması, artezianların iri məbləğlər qarşılığında satılması, su hövzələrinin oliqarxların sərəncamına verilməsi və s. ittihamlar bu qəbildəndir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev kənd təsərrüfatının su təchizatını prioritet məsələlərdən biri kimi qoyub və su mənbələrinin yaradılması, yeni artezianların qazılması üçün yüzmilyonlarla dövlət investisiyasını bu sahəyə yönəldib.
Lakin ASC bir artezianın qazılıb istifadəyə verilməsini 70 min manata sənədləşdirib. Amma bu vəsait faktiki olaraq mənimsənilir, artezianlar isə ayrı-ayrı şəxslərə 30-50 min manata satılıb. Bundan başqa hər il kanalların, kollektorların təmizlənməsi, yenilənməsi adı ilə külli miqdarda dövlət vəsaitləri havaya sovrulub. ASC-nin özünün və yerli şöbələrinin keçirdiyi tenderlərdə bir qayda olaraq "dost-qardaş" şirkətlər qalib elan olunub.
Məsələn, ASC-nin tabeliyində fəaliyyət göstərən Xızı Suvarma Sistemləri İdarəsi ötən ay toplam dəyəri 299 312.77 AZN olan iki satınalma müqaviləsi imzalayıb. Müqavilələrdən biri "Körpü-Bina Construction” MMC, digəri isə fərdi sahibkar Fərzəliyev Sabir Təvəl oğlu ilə bağlanıb. "Körpü-Bina Construction” MMC ilə imzalanan və maliyyə dəyəri 249707.93 AZN təşkil edən müavilədə cari təmir işləri üçün mal-materialın, Sabir Fərzəliyevlə bağlanan 49604.84 AZN-lik müqavilədə isə nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Körpü-Bina Construction” MMC 23 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Beyləqan rayonu Eyvazallar kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Nəsirli Tural Vasif oğludur. Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə məlumat var.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin, onun tabeliyində olan qurumların keçirdiyi satınalma müsabiqələrində adətən bu tip şirkətlər qalib gəlib. Əhmədzadənin yaxın qohumları Qax və Zaqatala rayonlarında əsas dövlət vəziflərini tutur. Qardaşı oğlanları Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini, Rəşad Əhmədzadə isə polis orqanlarında bölmə rəisi, xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı, qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri, qardaşı oğlu Tərlan Əhmədzadə isə Qax Mərkəzi Xəstəxanasının baş həkimidir. Əhmədzadənin 74 yaşlı qardaşı Mübariz Əhmədzadə isə 12 ildir Zaqatala rayonuna başçılıq edir. Bölgənin ən böyük turizm, biznes qurumları, fermer təsərrüfatları da onlara məxsusdur.
Ə.Əhmədzadə Mərkəzi Bankın sədri Elman Rüstəmovla qudadır. Baş bankirin qızı Günel Rüstəmova Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə ailə qurub. Mətbuatda yayılmış məlumatlara görə, Əhmədzadələr və Rüstəmovlar ailəsinin ölkədə və xaricdə milyardlıq sərvətləri var. Məsələn, jurnalistlər üzə çıxarmışdılar ki, C.Əhmədzadənin "Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.
Azpolitika.info saytına istinadla Əhməd Əhmədzadənin sahibi olduğu müəlklərin, yerli və xarici şirkətlərin bir qisminin siyahısını təqdim ediirk:

Villalar və mənzillər

Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;
Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;
Londonda "69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci mərtəbələrdən ibarət malikanə;
Kiprdə dəbdəbəli malikanə;
Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;
Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;
Qax, M.F.Axundov küç, ev 15 ünvanında mənzil;
Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.
Hotellər və restoranlar
Qaxda "El Resort” otel kompleksi;
Qax, İlisu kəndində "Yurd Hotel” istirahət kompleksi;
İlisu kəndində "Yaşıl Park” otel kompleksi;
"Səngər Qala” otel kompleksi;
"Ulu Dag” oteli;
Qax rayonu, “Eden Park Hotel”;
Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence” ailəvi istirahət mərkəzi;
Bakı, Koroğlu Rəhimov küçəsindəki "Növbahar” restoranı;
Bakıda "Zakura Yapon mətbəxi” restoranı:

YERLİ ŞİRKƏTLƏRİ və OBYEKTLƏRİ:

Qax Fındıq Zavodu;
Qax rayon taxıl məhsulları kombinatı;
Qax Rayon Avtovağzalı;
"ULUYURD” şirkətlər qrupu;
"Advisors CO.” şirkəti;
"Proyekt”, MMC şirkət;i
"Çağdaş" MMC şirkəti;
"Elit-R1" MMC şirkəti;
"Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;
"Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;
"İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;

Xaricdə olan şirkətləri

Çexiyada "ALPS s.r.o.” şirkəti;
İngiltərədə "GYUNEL LİMİTED” şirkəti;
İngiltərədə "GLOBALLY LTD” adlı daha bir şirkəti;
Türkiyədə "Etiler Dış Ticaret Limited” şirkəti;
Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Əhməd Əhmədzadəni vəzifəsindən azad etdi - SƏRƏNCAM

    Prezident Əhməd Əhmədzadəni vəzifəsindən azad ...

    2-04-2021, 16:11

  • 
  • Zaqatalanın da, daha iki rayonun da başçısı dəyişəcək... - "Ağsaqqal"ın ardından KİMLƏR GEDİR?

    Zaqatalanın da, daha iki rayonun da başçısı ...

    2-04-2021, 16:04

  • 
  • Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edilib

    Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edilib ...

    6-01-2020, 15:37

  • 
  • Əhməd Əhmədzadənin imperiyası belə çökür

    Əhməd Əhmədzadənin imperiyası belə çökür ...

    20-01-2013, 13:33

  • 
  • Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu bitirir

    Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu ...

    13-10-2014, 16:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu