Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə səlahiyyəti genişlənən Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı cəmiyyəti yaxından maraqlandıracaq daha bir plan var.
Bu barədə Mia.az-a hökumət dairələrindən məlumat daxil olub. Bildirilir ki, hazırda «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi məsələsi gündəmə gətirilib: «Artıq Heydər Əsədov bununla bağlı Nazirlər Kabineti və Prezident Administrasiyasının müvafiq şöbəsinin qarşısında məsələ qaldırıb. Nazir bu il taxıl və digər əkinlərin proqnozlaşdırıldığından aşağı göstərici verməsini birbaşa Əhməd Əhmədzadənin sədri olduğu «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin fəaliyyətsizliyi ilə də əlaqələndirib. Nazir təkliflər paketində xüsusi vurğulayıb ki, əkin sahələrinin böyük hissəsinin son 20 ildə erroziyaya uğraması və buna görə ölkənin əkin sahəsinin böyük hissəsində məhsuldarlığın kəskin düşməsi sözügedən ASC-nin bu istiqamətdə heç bir iş görməməsi ilə bağlıdır. Etiraf etmək gərəkdir ki, KTN bu məsələdə haqlıdır. Əsasən taxılçılıq rayonlarında əkin və həyətyanı sahələr son illər ciddi şəkildə şoranlaşıb. Və ASC son 20 ildə əkin sahələrini bu təhlükədən qoruyan kollektorlarda əsaslı iş aparmayıb. Bəzi rayonlarda isə, ümumiyyətlə, 20 il əvvələ qədər olan kollektorlar zir-zibillə dolub. Bəli, ASC isə ayrılan pullara rəğmən, heç bir təmizlik işləri aparılmadığından torpaqların böyük hissəsi şoranlaşıb. Yerli təsərrüfatşılar isə ciddi xərc tələb edən bu problemi öz vəsaitləri ilə həll edə bilmirlər. Bu isə həm faktiki əkin sahələrinin azalmasına, həm də bəzi sahələrdə məhsuldarlığın kəskin azalmasına səbəb olub».
Mia.az xəbər verir ki, KTN rəhbəri məhsuldarlığın artması məsqsədi ilə kənd təsərrüfatı sahəsinin stimullaşdırılmasını vacib sayıb və problemləri sistemli həll etmək üçün ASC-nin nazirliyə birləşdirilməsini məqsədəuyğun hesab edib:
"Heydər Əsədov Azərbaycanın yenidən kənd təsərrüfatı ölkəsinə çevirmək və iqtisadiyyatımızda bu sahənin əvvəlki yerini təmin etmək üçün daha bir təklif verib. O, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin də KTN-ə birləşdirilməsi təklifini verib. Bildirilib ki, bu həm də kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyalara ciddi nəzarət etməkdən tutmuş, həm də bu sahənin vahid mərkəzdən effektli idarəedilməsinə səbəb olacaq. Ancaq «Meliorasiya və Su Təsərrüfatı» ASC-dən fərqli olaraq, komitənin ləğv edilərək, nazirliyin tərkibində fəalliyyət göstərməsinə sıcaq baxılmayıb. Daha dəqiqi, Heydər Əsədovun diqqətinə çatdırılıb ki, qarşıdakı aylarda «Elektron Kənd Təsərrüfatı» sistemi yaradılacaq və buna o zaman baxmaq olar. Amma Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumun KTN-ə birləşdirilməsinə ilkin razılıq verilib".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?