“Famil Yaqubov "rədd ol çıx çölə" deyərək, məni təhqir etdi. Mən onu mədəni davranışa dəvət edərək, "şikayətçilərə qarşı mədəni davranmaq sizin borcunuzdur" dedikdə o özündən çıxaraq küçə sözləri ilə mənə hədə-qorxu gəlməyə başladı.”
Bu sözlər Masallı şəhər Mehdi Hüseyn küçəsi ev 32 ünvanında yaşayan Mirzəyev Faiq Ulduzxan oğlu Asiya.az-a yazdığı şikayət məktubunda qeyd edilib.
Şikayətçi yazır:
“Bu gün səhər saatlarında yaşadığım evdə işıqlarımız bir neçə saatlıq sönmüşdü. İşıqların hansı səbəbdən kəsilməsini öyrənmək üçün Masallı Elektrik Şəbəkəsinə getdim. İdarədən bu gün və sabah qeyri iş günü olmasını bildirib, iki gün sonra müraciət etməyimi məsləhət gördülər. “İki gün işıqsız necə qalaq?” – deyərək israr etdikdə sonra mənə montyor nömrəsi verdilər. Evə qayıtdıqdan sonra öyrəndim ki, baş verən texniki nasazlıq təkcə bizim evdə deyil, qonşlarda da baş verib. Verilən nömrə ilə əlaqə saxlayaraq montyora məlumat verdim. Montyor bu nasazlığın öhtəsindən gələ bilməyəcəyini bildirərək mənə başqa bir mobil nömrə verdi. Həmin nömrəyə zəng etməmişdən əvvəl yenidən idarəyə gedərək texniki nasazlığın təkcə bizim evin xəttimdə deyil, ümumi xəttdə olduğunu bildirdim. Montyor çağırıb, sonradan sayğaca, xəttə müdaxilə ittihamı ilə qarşılaşmamaq üçün idarənin özünün tədbir görməsini tələb etdim.
Bu vaxt sonradan kimliyini bildiyim idarənin balans şöbəsinin rəisi Famil Yaqubov "yeri get mantyor tapıb işığını düzəlt də" - deyərək, mənə kobud cavab verdi. "Bu sizin problemdi axı, mən niyə montyor tapmalıyam?" haqlı sualıma, Famil Yaqubov "rədd ol çıx çölə" deyərək, məni təhqir etdi. Mən onu mədəni davranışa dəvət edərək, "şikayətçilərə qarşı mədəni davranmaq sizin borcunuzdur" dedikdə o özündən çıxaraq küçə sözləri ilə mənə hədə-qorxu gəlməyə başladı. Bu an kənardan digər işçi müdaxilə edərək mənim sinəmdən itələyək piləkənlərdən aşağı salmağa çalışdı və arxadan gələn balans şöbəsinin müdiri küçə söyüşləri ilə məni təhqir etməyə başladı. Hay-küyə çölə çıxan idarənin digər işçiləri üstümə gələrək məni idarənin həyətimdən çıxardılar".
Asiya.az-ın əldə etdiyi məlumata görə Faiq Mirzəyev hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?