Şəhər sakinlərindən qanunsuz olaraq ötən il işlətdikləri elektrikin pulunu tələb edirlər
Füzuli rayonundan redaksiyamıza şikayət daxil olub. Rayonun Horadiz şəhər sakinləri Elşən və Eldəniz Hüseynovlar "Azərenerji"nin Füzuli Regional Elektrik Şəbəkəsinin fəliyyətindən narazıdırlar. Onların "Gündəm Xəbər"ə ünvanladıqları məktubda yazırlar:
"Hörmətli redaksiya, mən Elşən Hüseynov Eldəniz Hüseynovla birlikdə nəzərinizə çatdırırıq ki, məcburi köçkünlərin istifadə etdiyi elektrik enerjisinin pulunun nəğd qaydada 2017-ci ilin yanvar ayından ödənilməyə başlanmasına baxmayaraq, Füzuli Regional Elektrik Şəbəkəsi bizdən keçən ilin sərfiyyatını da tələb edir. Baxmayaraq ki, keçən il məcburi köçkünlərin istifadə etdiyi elektrik enerjisinin pulunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ödəmişdir".
Şikayətçilər bu özbaşınalığa son qoymaq üçün Füzuli Regional Elektrik Şəbəkəsinə müraciət ediblər. Bu addım isə idarədə səlahiyyətliləri qəzəbləndirib. Belə ki, şikayətçilər təhqir olunub: "Biz ora getdik. İdarədə özünü rəis müavini kimi təqdim edən Hüseyn Kərimov bizi dinləmək, problemimizin həlli üçün köməklik göstərmək əvəzinə, ünvanımıza təhqiramiz sözlər dedi, məmura yaraşmayan ifadələr işlətdi və bizi otağından qovdu".
Sonra şikayətçilər bu özbaşınalığa son qoyulması, məmura yaraşmayan hərəkət edən Hüseyn Kərimovun cəzalandırılmasını tələb edirlər: "Hörmətli redaksiya! Xahiş edirik ki, səsimizi mətbuat vasitəsilə Cənab Prezidentə, Mehriban xanıma çatdırasınız. Bu cür məmurların cəzalandırlmasını və bizim problemimizin həllini tapmasını istəyirik".
Sorğu
Yeni dizaynımız necədir?