Meliorasiya və Su Təsərrüfatı ASC sədri Ə.Əhmədzadə işindən azad olunaraq pensiyaya göndərilib. Lakin illərdir bu idarədə baş verən büdcə pullarının küllü miqdarda yeyinyti faktlarının üstündən keçiləcəyi heç də inandırıcı görünmür. Bunu tək biz yox Meliorasiya və Su Təsərrüfatı ASC -nin məsul şəxsləridə bilir. Bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin regionlarda idarə müdürlərinin hamısının regional oliqarx olduqları heç kimə sirr deyil.Bu faktların mediada işıqlandırılmasına dəfələrlə rast gəlmişik.
Bunu Teref.az-a göndərilən məqalədə yazırlar. Daha sonra məqalədə yazırlar ki, Məsələn cumhuriyyət.az saytı yazır" O da heç kimə sirr deyil ki, bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlarda fəaliyyət göstərən idarə və müəsissə müdirləri milyonçuya çevriliblər. Əlbəttə ki milyonçuya çevrilən bu idarə müdirləri dövlət büdcəsindən oğurladıqları pullar hesabına kiçik oliqarxllara çevriliblər. Dövlət büdcəsininin pullarını oğurlayan bütün idarə müdirlərinin Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi havadarları mövcuddur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə qurumda idarə müdirlərinə havadarlıq edən ayrı-ayrı iri çaplı məmurlar əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin vitse prezidentləri və Aparat rəhbərliyi səviyyəsində hayata keçirilir. ASC-nin Aparat rəhbəri Cahan Məmmədov qurumda korrupsiyanın idarə olunmasında əsas “kuratorlardan” biridir. " İqtisadi.az saytı isə yazır ki, "Cahan Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qərb regionuna "xaç ata”lığı etməklə, həm də geniş əlaqələrə malikdir. Cahan Məmmədov şefi Əhməd Əhmədzadə kimi, o da ölkədə və xaricdə geniş biznes şəbəkəsinə malikdir." Artıq Əhmədzadənin müavinlərinin istədiklərini etdikləri vaxtlar keçdi. Və məsələ bundadır ki, yeni gələn Zaur Mikayılov köhnə işləri yenidən yoxlamağa başlamalıdır Buna görədə başda aparat rəhbəri Cahan Məmmədov olmaqla müavinlərin "kürkünə birə düşüb". Çünki Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş işlərini yoxlamağa başlasalar büdcədən ayrılan milyonların necə mənimsənildiyi ortaya çıxacaq. Bu isə əslində onların axırı deməkdir. Ona görə əlimyandıda yeni rəhbərliyə yol axtarırlar ki, taladıqları yüz milyonların toxunulmamazlığını qoruya bilsinlər. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovu videoformatda qəbul edərkən respublikada su bölümısi məsələsi ilə bağlı kəskin tənqidi fikirlər söyləyib, onların təşvişini başa düşmək olar. Teref.az olaraq məqalədə toxunulan məsələlərə aydınlıq gətirmək üçün Zaman müəllimə müraciət etsəkdə hələlik o bizim suallarımıza cavab verməyib. Məqalədə yazılanlarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandıra bilərik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?