GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xəzər Dəniz Gəmiçiliyi rəhbərindən Prezidentə ŞOK ŞİKAYƏT - “Haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin”

Xəzər Dəniz Gəmiçiliyi rəhbərindən Prezidentə ŞOK ŞİKAYƏT - “Haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin”

Tarix: 7-04-2021, 10:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 275
Xəzər Dəniz Gəmiçiliyi rəhbərindən Prezidentə ŞOK ŞİKAYƏT - “Haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin”


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin neft daşıyan gəmilərinin (tankerlər) bir qrup işçisi Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Surəti “Təzadlar” qəzetinə göndərilən müraciət-şikayətdə QSC-də baş verən və kimsənin belə təsəvvür edə bilmədiyi problemlərdən bəhs olunur. Aşağıda həmin müraciəti və əlavə olunmuş fotosübutları təqdim edirik və şikayətçilərin xahişi ilə (məktubda belə yazıblar) KİV-də işıqlandırıldığından imzalarını hələ ki təqdim etmirik:

Hörmətli cənab Prezident!
Bildiririk ki, Sizin 2021-ci il 11 fevral tarixli sərəncamınıza əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası təsis edilmişdir. Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovdur. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları hazırda Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının tranzit yükdaşımalarının həyata keçirilməsində xüsusi əhəmiyyətini daha da artırır. Eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin və beynəlxalq yük daşınmalarının həyata keçirilməsində vacib rol oynayır. Biz dənizçilər-gəminin matros və kapitanları bununla fəxr edirik. Lakin bizim iş və social şəraitimiz, əmək haqlarımız... ölkə iqtisadiyyatı qarşısında göstərdiyimiz misilsiz xidmətlərə qətiyyən uyğun gəlmir. Dəfələrlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevə müraciətlərimiz olub ki, mövcud problemlərin aradan qaldırılmasına nail olunsun. Amma heç bir xeyri olmayıb. Həmin problemlər isə bunlardan ibarətdir: Beynəlxalq Dəniz Təşkilatının (İMO) tövsiyyələri və beynəlxalq qanunlara görə biz dənizçilərə maaşdan əlavə sutkalıq əlavələr də verilməlidir. Yəni, nə qədər ki, sahilə çıxmırıq, sudayıq, bu əlavələr ödənilməlidir. Biz isə qonşu Xəzəryanı ölkələrdən, o cümlədən Qazaxıstandan, Türkmənistandan, Rusiyadan nefti gətirib boşaldırıq, bəzən günlərlə sahilə çıxmırıq. Digər yük gəlincə Türkanda reyddə qalmalı oluruq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərliyi isə təzə qayda çıxarıb ki, ayda yalnız 5 gün sutkalıq pulu verilsin. Qalanını isə vermirlər. Azərbaycan büdcəsinə yüz milyonları gətirən biz dənizçilərə bu cür münasibət nə dərəcədə ədalətlidir?
Cənab Prezident!
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərində matrosun maaşı 400 manatdır, matorçunun maaşı isə vur-tut 500 manat. Bu maaşdan isə bəhanə edib “Yaşat” Fonduna məcburi pul tuturlar. Hansı ki, QSC-nin hesabında milyonlarla sərbəst vəsait var. Lazımsız yerlərə milyonları silməkdənsə, bu Fonda pul köçürə bilərlər. “Sutka” pulu isə günə 15 dollar olmalıdır, onun isə 5 gününü verirlər, qalanını saxlayırlar. vermirlər. Gəmilər, tankerlər (13 min tonluq yük götürənlər) təxminən 15-dir, 5 min tonluq yük daşıyanlar isə təxminən 5-6, bərələr təxminən 10-12, quru yük gəmiləri isə daha çoxdur. Heç birinə sutkalıq pul vermirlər. Əvvələr verirdilər, sabiq rəis Aydın Bəşirovun vaxtında. Yəni, bu Beynəlxalq Dəniz Təşkilatının (İMO-nun) qərarıdır. Azərbaycan da İMO-nun üzvüdür.
Ən dəhşətlisi budur ki, bu qədər əziyyətlərə qatlaşan biz dənizçilərə verilən ərzaqlar da ölkənin iri ticarət mərkəzlərində satılmayan, vaxtı keçmiş, məhv edilməyə veriləsi ərzaqlardır ki, bizə verirlər (fotoşəkillərini göndədirik). Gəmilərdə bizə heç bir gigiyena, sanitar ləvazimatları da verilmir. Amma bilirik ki, bunlara kifayət qədər pul silinir. Axı biz dənizçilər bəzən 6 ay evimizdən uzaq oluruq. Dəhşətli hal həm də budur ki, gəmilərin hamısında ərzaq təchizatına Gəmiçiliyin rəisi Rauf Vəliyevin qardaşı rəhbərlik edir. Rauf Vəliyevin Zaur adlı bacısı oğlu var, onun üçün ərzaq, yemək və s. xidmətlər göstərən “Grand Catering” şirkəti yaradıblar və bütün bu korrupsiya əməlləri bu şirkətin əli ilə edilir. Əgər təftiş edilsə və audit yoxlaması aparılsa, məlum olacaq ki, bu şirkətin əli ilə biz dənizçilərin ailəsinin boğazından kəsilən pullar necə silinir. Məsələn, bir acınacaqlı fakt: bizə aprel ayının ilk günlərində fotosunu təqdim etdiyimiz xamanı veriblər. 28 mart tarixində istifadə müddəti bitmişdi, qorxumuzdan yemədik. Fotosunu təqdim etdiyimiz bu kolbasanın istifadə müddəti isə fevral ayında qurtarıb. Hətta gəmi aşpazları yeyilməsi təhlükəli olan bu kolbasaları və digər ərzaqları dənizə tullamayaraq soyuducuya yığıb itlərinə aparırlar. Novruz bayramında isə Rauf Vəliyev günlərlə dənizdə can çürüdən biz dənizçilərə Bayram payı göndərtmişdi (fotosu təqdim edilir). Hərəyə 5-6 ədəd alma, 2 ədəd apelsin, 6 ədəd kivi ruletinə bənzər nəsə. Müddəti keçdiyindən dadı zəhər kimi idi.
Cənab Prezident!
Təsəvvür edin, gəmiləri keyfiyyətli ərzaq məhsulları ilə təmin etməli olan “Grand Catering” şirkətinin Zaur adlı direktoru, dayısı Rauf Vəliyevə arxalanaraq istədiyini edir. Hətta diqqətinizə çatdıraq ki, Rauf Vəliyevin rəhbərliyi ilə 40 köhnə gəmini kəsib-doğratdırıb metallom kimi satdılar. Bütün işlərə isə, qeyd etdiyimiz kimi, Rauf Vəliyev və qardaşı rəhbərlik edirdi.
Biz dənizçilər nə istəyirik: istəyirik ki, Azərbaycanın büdcəsinə milyardlarla qazanc gətirən biz dənizçilərə insan rəftarı və münasibəti olsun, haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin. Nə vaxta kimi istifadə müddəti keçmiş ərzaqları bizə yedirdəcəklər??? Bəlkə buna görədir ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda (mətbuatdan oxumuşuq) Rauf Vəliyevin adı korrupsiyalaşmış məmur siyahısındadır. Həmin hesabatda qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan Rauf Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində “Braxon Group S.A” şirkətini yaradan dörd şəxsdən biri olub (vizual). Daha sonra şirkət Britaniyanın Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə yəqin ki Azərbaycanın hüquq mühafizə orqanları məlumat verə bilər.
Güman edirik, bu gün gəmiçilikdəki əksər problemlər doğru olmayan kadr siyasəti ilə də bağlıdır. Sosial şəbəkələrdən də oxuyuruq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə vacib postlarda çalışan şəxslərin əksəriyyəti sədr Rauf Vəliyevin yaxın adamları, qohumlarıdır. Misal kimi, onun birinci müavini Zamiq İsmayılovu, müavini Nəzrəddin Əhmədzadəni, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevi, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun baş direktoru Fazil Qəhrəmanovu, Dəniz Nəqliyyatı Donanmasının rəisi Emin Nəzərovu, Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovu, “Zığ” Gəmi Təmiri Zavodunun direktoru Rəfail Mikayılovu, İstehsalat Xidmətləri İdarəsinin rəisi Faiq Xəlilovu, Sosial İnkişaf İdarəsinin rəisi Namiq Nurməmmədovu göstərmək olar.
Cənab Prezident!
Dənizçilərin həyatı suda keçir, onların problemləri, gəmiçilikdə baş verən neqativlər sanki görünməz olur. Biz mövcut problemləri qaldırdıq ki, bu nöqsanlar aradan qaldırılsın. Siz dəfələrlə bildirmisiniz ki, mənə məlumat verin, korrupsioner məmurların barəsində ölçü götürülsün. Bu məqsədlə də Sizə müraciət etdik. İnanırıq ki, tezliklə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də və “Grand Catering” MMC-də yoxlamalar aparılacaq, ciddi tədbirlər görüləcək.
Redaksiyadan: Cənab Prezidentə ünvanlı şikayətlə əlaqədar “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Müraciətdə bəzi ciddi faktlar vardır ki, araşdırılmasına ehtiyac vardır, bunun üçün “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə və Baş Prokurorluğa, eləcə də Hesablama Palatasına rəsmi sorğu göndəriləcək.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AYDIN BƏŞİROVUN RƏHBƏRİ OLDUĞU QURUM LƏĞV EDİLDİ

    AYDIN BƏŞİROVUN RƏHBƏRİ OLDUĞU QURUM LƏĞV EDİLDİ ...

    22-10-2013, 20:25

  • 
  • Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində fəhlələrin kütəvi tətilləri gözlənilir

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar ...

    7-02-2014, 13:16

  • 
  • Kərəm Həsənovla Rauf Vəliyevin müəmmalı əməliyyatı

    Kərəm Həsənovla Rauf Vəliyevin müəmmalı əməliyyatı ...

    28-09-2015, 22:15

  • 
  • Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı cinayət işi açıldı

    Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı cinayət ...

    23-10-2013, 15:35

  • 
  • AYDIN BƏŞİROV: "MƏN İŞDƏN ÇIXARILMAMIŞAM"

    AYDIN BƏŞİROV: "MƏN İŞDƏN ...

    23-10-2013, 13:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (80)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu