GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kəbirə Məmmədovadan DTX sədri Əli Nağıyevə şikayət var

Kəbirə Məmmədovadan DTX sədri Əli Nağıyevə şikayət var

Tarix: 8-04-2021, 15:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 718
Kəbirə Məmmədovadan DTX sədri Əli Nağıyevə şikayət var


Tanınımış işadamı Kəbirə Məmmədova tərəfindən aldadılaraq, 220 000 (iki yüz iyirmi min) dollar pulunu vermədiyi ağsaqqal, açbirçək ər-arvad Nəsib və Suqra Daşdəmirovlar 6-ci dəfə ölkə başçısı, cənab İlham Əliyevə, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə şikayət məktubu ünvanlayıblar.

Şikayət məktubunun bir nüsxəsi də saytımızın redaksiyasına göndərilib. Zərər çəkən Nəsib və Suğra Daşdəmirovların şikayətində deyilir:

Hörmətli, cənab Prezident,

Sizin xalqımızın dünəni, bu günü və sabahı üçün həyata keçirdiyiniz işləriniz heç bir ölçüyə, idraka sığmır. Prezidentliyiniz illərində uzaqgörən müdrik siyasətiniz nəticəsində müasir tələblərə uyğun 3 mindən artıq məktəb, 100-lərlə səhiyyə müəssisələri, idman kompleksləri və çoxlu sayda sosial təyinatlı digər obyektlər tikilib istifadəyə verilmişdir.

Cəsarətlə deyə bilərik ki, Azərbaycan bu gün həqiqətən Cənubi Qafqazın ən güclü dövlətidir. Onu da əlavə edək ki, sadalanmasına zaman lazım olan digər uğurlarınız da yalnız Sizin düşünülmüş və gərgin zəhmətiniz sayəsində mümkün olmuşdur,

Hörmətli, cənab Prezident,

Düşüncələrimizə görə ən böyük uğurumuz, sərvətimiz isə əsası unudulmaz Heydər Əliyev tərəfindən qoyulan və tərəfinizdən qorunub saxlanılan ictimai-siyasi sabitliyimiz və əmin-arxayın yaşamağımızdır.

Hörmətli, İlham müəllim,

Sizin prezidentliyiniz dövründə həyata keçirdiyiniz, dəyəri milyardlarla ölçülən işlərinizdən sutkalarla danışmaq mümkündür və bu işlərin iqtisadi səmərəsini hesablamaq üçün böyük iqtisadçılar dəstəsi lazım gələ bilər. Əldə edilən uğurlarımızı hətta tarixi düşmənimiz ermənilər də etiraf etmək məcburiyyətindədir.

Hörmətli, cənab Prezident,

Hər bir şairin, yazıçının, bəsətəkarın və ya heykəltaraşın ən gözəl əsərlərindən biri müəllifinin şah əsəri adlanır.

Siz ölkə başçısı olaraq yüzlərlə uğurlara imza atmısınız. Lakin 44 gün ərzində Qarabağı çox az itgilərlə erməni faşistlərindən azad etməyiniz sözün əsl mənasında Sizin şah əsərinizdir.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və Sizi daha da şöhrətləndirən bu zəfəriniz sübut etdi ki, Siz uzaqgörən sərkərdə, savadlı diplomat, aparat rəhbəri və müdrik siyasətçisiniz. Bu gün Sizi əvəz edən lider yoxdur. Düşüncələrimizə görə heç qarşıdakı on illiklərdə də heç olmayacaq.

Hörmətli, cənab Prezident,

El ağsaqqalı, ağbirçəyi olaraq ər-arvad ömrümüzün qürub çağlarını yaşayırıq. Heç kimdən asılacağımız yoxdur. Quru canımızı bizi xalq edən Allah Taalaya borcluyuq.

Amma ədalət naminə Sizin uğurlu kadr siyasətinizə nəzər yetirəndə bəlli olur ki, Sizin ikinci şah əsəriniz istər gündəlik fəaliyyətində, istərsə də keçirdiyi əməliyyatlarda Sizə aramsız sədaqət nümunələri göstərən, sağlam düşüncəli, sağlam əqidəli, işini dərindən bilən məmləkətimizi rüşvətxorlardan, talançılardan qətiyyətlə təmizləyən Əli Nağıyevdir.

Hörmətli, möhtərəm Prezidentimiz,

İzn verin, tanınmış iş adamı, yüzlərlə kiçik sahibkara qan udduran, hiylə yolu ilə insanları aldadaraq malını, pulunu ələ keçirib mənimsəyən, o cümlədən bizim də 220 000 (iki yüz iyirmi min) dollarımızı alıb verməyən Kəbirə Məmmədovanın çirkin əməlləri ilə əlaqədar cənab Əli Nağıyevə Müraciət edək:

Hörmətli, DTX sədri Əli Nağıyev,

Sizi səmimiyyətimizə inandırmaq istəyirik ki, biz bu günlərimizə qədər heç bir ali hakimiyyət və ya hüquq mühafizə orqanına şikayət yazıb göndərməmişik.

Lakin tanınmış iş adamı Kəbirə Məmmədovanın başımıza gətirdiyi müsibətlər bizi üsyankar etmiş, əlimizə qələm alaraq Sizlərə müraciət etməyimizi qaçılmaz etmişdir.

Biz onunla müddətsiz müqavilə imzalayaraq özümüzə xoş güzəran qurub yaratmaq üçün Moskvada yaşayan oğlumun göndərdiyi 220 000 (iki yüz iyirmi min) Amerika dolları verib onun rəhbəri olduğu Binə Ticarət Mərkəzində 5 mağaza almışdıq. Lakin mağazaların yerinə baxış keçirdikdə gördük ki, Kəbirə Məmmədova bizi aldadıb söz verdiyi ərazidən yox, ildə bir dəfə insan ayağı dəyməyən ərazidən təmirsiz, üstəgəl müqavilədə göstərilən kvadraturadan da qat-qat az olan mağazalar verib.

Biz onunla yenidən görüşmək məcburiyyətində qaldıq. İmzalanan müqavilələrə xitam verilməsini və pulumuzun qaytarılmasını tələb etdik. Kəbirə Məmmədova nə pulumuzu qaytardı, nə də müqavilələri ləğv etdi. Həmin vaxtdan bu günə qədər süründürməçiliyə düşmüşük.

Hər dəfə gedib onunla görüşüb pulumuzu istəyirik, bizimlə kobud davranır, bizi kişi söyüşləri ilə təhqir edir, ölümlə, həbslə hədələyir.

Bizə təəccüb təsiri bəxş edən budur ki, görəsən yüzlərlə çirkin, qanuna zidd əməlləri bəlli olan, rəhbəri olduğu ticarət mərkəzində hər gün, hər saat kiçik mülkiyyətçiləri təhqir edən, hüquqlarını tapdayan Kəbirə Məmmədovanı müdafiə edən, onun toxunulmazlığına status verən kimdir?

Hörmətli, DTX sədri Əli Nağıyev,

Bizim xalq adından danışmağa səlahiyyətimiz yoxdur. Lakin, cəsarətlə demək istəyirik ki, ölkəmizi talançılardan, quldurlardan təmizləməyiniz xalqımızı məmnun edir, Sizə ucalıq, şöhrət gətirir.

Yeri gəlmişkən onu da qeyd etmək lap yerinə düşər ki, həbs edilən rüşvətxorların ən təhlükəlisi Kəbirə Məmmədovadır, lakin hələlik azadlıqdadır.

Neçə illərdir kimin və ya hansısa orqanın mənafeyinə xidmət edən bu qadın hələ də “mənəm mənəm” deyir, özünü çox ərköyün, arxayın aparır, barəsində yazılan şikayətlərlə bağlı dəvət olunduğu heç bir orqana getmir, bir çox hallarda nümayəndəsini göndərir.

Aldadıb pulunu aldığı və vermədiyi insanları ən nalayiq kişi söyüşləri ilə təhqir edir, həbslə, ölümlə hədələyir.

Dediklərimizin hamısı həqiqətdir və gözləniləndir. Çünki, Kəbirə Məmmədovanın səviyyəsi budur, neynəmək olar, onun əzəli “kamaz” sürücüsü olub.

Hörmətli, DTX sədri Əli Nağıyev,

Biz bu günlər çox acınacaqlı, yoxsul, rəzil və ən kədərli günlərimizi yaşayırıq. Xəcalətimizdən mağazaları almaq üçün Moskvadan pul göndərən oğlumuzun üzünə baxa bilmirik.

Hörmətli, DTX sədri Əli Nağıyev,

Sizdən savayı heç bir ümidimiz, pənahımız yoxdur.

Allah xatirinə, mövcud qanunlar naminə müraciətimizi xüsusi nəzarətə götürməyinizi və bizə köməklik etməyinizi səmimi qəlbdən xahiş edirik və ümidvarıq ki, ədalət şər üzərində zəfər çalacaq.

Qoy Ulu Yaradanımız Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin, dünyanı doyunca, mənalı, məzmunlu, sağlam yaşayın!

Səmimi hörmətlə:

Nəsib və Suqra Daşdəmirovlar

P.S. Aldatdığı və təhqirlərə məruz qoyulduqlarını bildirən ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirovanın şikayəti ilə bağlı tanınmış iş adamı Kəbirə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi tanınmış iş adamı Kəbirə Məmmədovanında münasibətin ictimailəşdirməyə hazırıq.//milletinsesi.info//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezidentin adına göndərilən müraciətlərə məhəl qoymur

    Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ...

    22-01-2021, 19:45

  • 
  • Kəbirə Məmmədova İTTİHAM OLUNUR - Müraciət

    Kəbirə Məmmədova İTTİHAM OLUNUR - Müraciət ...

    29-10-2018, 13:10

  • 
  • Kəbirə Məmmədova həbs oluna bilər

    Kəbirə Məmmədova həbs oluna bilər ...

    27-08-2013, 01:10

  • 
  • Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib

    Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi ...

    28-06-2019, 11:16

  • 
  • Hakim Məmməd Məmmədovdan Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə şok şikayət

    Hakim Məmməd Məmmədovdan Bakı Apellyasiya ...

    29-09-2017, 10:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu