Siyasi işlərdə əli olduğuna dair məlumatlar tapan hakimiyyət onu vergidən yayınma adı ilə zindana salacaq
«Binə» Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın yaxın günlərdə həbs ediləcəyinə dair məlumatlar var. Jam.az-a verilən məlumata görə, ötən günlərdən etibarən ona qarşı qaldırılmış vergidənyayınmaya dair cinayət işi də elə bu prosesin tərkib hissəsidir.
Məlumatda vurğulanır ki, «Binə»də indiyə qədər yoxlama aparmayan Vergilər Nazirliyinin qəfil belə bir işə qol qoyması Kəbirə Məmmədova ilə bağlı əldə edilmiş informasiyalar olub. Mənbə bildirir ki, bazarın rəhbərinin adı bəzi siyasi işlərə qarışıb və bu barədə məlumatlar da yuxarı dairələrə sızıb. Nəticədə, məsələni dəqiqləşdirən yuxarılar ortadan həm külli miqdarda pulun yoxa çıxdığına, həm də Kəbirə Məmmədovanun bu və ya digər formada siyasətə qatıldığına əmin olublar. Ardından isə onu vergidənyayınma maddəsi ilə həbs etdirmək fikrindədirlər ki, bununla da problemi çözsünlər.
Qeyd edək ki, ona qarşı digər ağır cinayət maddələri də qaldıra bilərdilər. Amma indiki məqamda böyük bir bazarın rəhbərinin hakimiyyət əleyhinə hansısa qüvvələrlə əlbir olmasına dair məlumatın üzə çıxması iqtidarın özünə də sərf etmir. Ona görə də, ən rahat yol kimi vergi məsələsini nəzərdə tutublar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?