GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Mahmudovçu” generalların həbsi və casus şəbəkəsi mübhəmi - SENSASİON İDDİA

“Mahmudovçu” generalların həbsi və casus şəbəkəsi mübhəmi - SENSASİON İDDİA

Tarix: 9-04-2021, 13:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 564
“Mahmudovçu” generalların həbsi və casus şəbəkəsi mübhəmi - SENSASİON İDDİA


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovun həbs edilməsinə dair daha bir sensasion iddia var.

Bəzi təhlilçilər hesab edirlər ki, sabiq səfir Eldar Həsənovun, ardınca keçmiş korpus komandiri Rövşən Əkbərovun 20 ildən sonra cinayət məsuliyyətinə cəlb edilməsi, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun şəbəkəsinə ciddi zərbə vurulmasının ardınca, MTN-in açar fiqurlarının da qandallanması təsadüfə oxşamır. İddialara görə, bu həbslərin Azərbaycanda xarici kəşfiyyata işləyən, Moskvadan təlimat alan şəbəkənin ifşasına səbəb ola biləcəyi ehtimal edilir. Yada salaq ki, generallar - Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər.

Lakin N.Şirinovun Rusiya xüsusi xidmətinə bağlı olması barədə çoxsaylı iddiaların olduğunu da xatırlamaq yerinə düşər. Üstəlik, ordudakı N.Sadıkova bağlı şəbəkənin “vurulmasından” çox keçməmiş MTN-də Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş generalın həbsə göndərilməsi müəyyən şübhələrə, mülahizə və ehtimallara yol açır.

M.Şıxəliyevə gəlincə, Baş İstintaq İdarəsinin rəisi işləyib və onun daxildə ciddi informasiyalara çıxış imkanı olub. O baxımdan hər iki generalın daxildə və xaricdə kanallarının ola biləcəyi, hərbi sirlərə çıxışı imkanları ehtimal olunaraq Moskvadan təlimat alan qruplaşmanın ifşasına yönəlik yeni proses başladıla bilər. Təhlilçilərin fikrincə, Şirinov və Şıxəliyev işdən çıxarılandan sonra ciddi nəzarət altında olublar, eyni zamanda sirləri yaymamaqla bağlı öhdəlikləri də olmamış deyil.

Lakin çox güman ki, işdən uzaqlaşdırılandan sonra hansısa fəaliyyətləri təsbit edilib, sabiq nazir Eldar Mahmudovun ətrafında yenidən təşkilatlanmağa çalışıblar. Aydındır ki, ifşa olunmuş bu qrup hakimiyyətdən narazı qalıb və heyif çıxmaq üçün müəyyən hərəkətlənmələri diqqət çəkib. Əks halda, “MTN işi” bağlandığı, Mahmudovun “sağ əli” Akif Çovdarov belə azadlığa buraxıldığı halda gözlənilmədən iki generalın həbsinə səbəb nə ola bilər? Onların malik olduğu sirlər qarşıdakı günlərdə açıla bilərmi?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı səslənən iddialar və ehtimallarla bağlı hər hansı şərh verə bilməyəcəyini vurğuladı, lakin onların cinayətə yol verdikləri üçün həbs edildiklərini qeyd etdi: “Onlara qarşı ittihamlar irəli sürülüb, konkret hansı cinayətlərlə bağlı həbs olunduqları məlumdur. Əgər ittihamlar təsdiqini taparsa, məhkəmə qərarı ilə cəzalarını alacaqlar”.

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, əvvəla, “MTN işi” bağlanmayıb, daha doğrusu, belə məsələlər qapadılmır, ifşaedici materiallar saxlanılır. İ.İsmayılın sözlərinə görə, hətta 20 il əvvəlki cinayətin istintaqı belə başlana bilir və bunu yaxın keçmişdə general Rövşən Əkbərovun həbsində şahid olduq. MTN generallarının həbsinə gəlincə, ekspert qeyd etdi ki, həm M.Şıxəliyev, həm N.Şirinovun tutduğu vəzifəyə görə hərbi qulluqçu sayılırdılar, onlarda məxfi sirlərin olması mümkündür.

İ.İsmayılın sözlərinə görə, ordu ilə bağlı məsələlərdə M.Şıxəliyevdən fərqli olaraq, N.Şirinovun bu sahə birbaşa işi olub: “Düşmənin təxribatının qarşısını almaqdan tutmuş ordudakı neqativ, pozuculuq hallarının üzə çıxarılmasına, təhlilinə qədər məlumat çatdırılmalıydı. Amma bu işlər Eldar Mahmudovun rəhbərliyi dövründə vaxtında görülməyib, ordudakılarla birlikdə rüşvətlə məşğul olublar, bir-birinin günahlarını yumaqla, ört-basdır etməklə məşğul olublar. Ona gorə onların həbsində hərbi sirrə çıxış, ordu ilə bağlı hissə varsa belə, bu, Nizami Şirinova şamil ola bilər. Bu həbslər də ehtimalıma görə, açar şəxsə çıxmaq üçün atılan addımlardan biridir”.

İ.İsmayıl istisna etmir ki, açar şəxs keçmiş nazir Eldar Mahmudovun özü də ola bilər: “Görünür ki, o, hansısa cinayət məsuliyyətindən kənarda qalıb. Ehtimal edə bilərik ki, perspektivdə Eldar Mahmudov məsuliyyətə cəlb oluna bilər. Odur ki, bu iş davam edəcək, başqaları da istintaqa cəlb oluna bilər. Rövşən Əkbərovun həbsi göstərdi ki, köhnə heç nə yoxdur, hər şeyin ortaya qoyulması iradəli qərarlardan asılıdır”.

Qeyd edək ki, 2021-ci ilin geridə qalan 4 ayı ərzində vaxtilə yüksək vəzifəsi olmuş bir neçə şəxs dəmir barmaqlıqlar arasına salınıb. Bunlar arasında hətta keçmiş nazirlər də var. Məsələn, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov. DTX tərəfindən saxlanılan sabiq nazir barəsində həbs-qətimkan tədbiri seçilib. İki ay öncə saxlanılan Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Əhməd Əhmədov da hazırda həbsdədir. Mənimsəmədə ittiham olunan sabiq nazir barədə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsindən sonra muxtar respublikanın keçmiş təhsil naziri Məmməd Qəribov da saxlanılıb. O da yeyintidə ittiham edilib. M.Qəribov 2016-cı ilin fevral ayında təhsil naziri təyin edilib, 2018-ci ilin iyul ayında vəzifədən çıxarılıb.

Cari ildə daha bir general isə fərqli səbəbdən həbs edilib. Söhbət general-leytenant Rövşən Əkbərovdan gedir. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən sabiq birlik komandiri Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilir. İttihama görə, Rövşən Əkbərov Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, iş adamı Əliyev Elçin Fəday oğlunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu öldürüb.

2021-ci ildə həbs edilən yüksək vəzifəli məmurlardan biri də “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovdur. Sonunculardan isə MTN-in sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş təhlükəsizlik zabitlərindən ŞOK açıqlamalar - İLGİNC

    Keçmiş təhlükəsizlik zabitlərindən ŞOK ...

    7-04-2021, 12:19

  • 
  • Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI

    Azərbaycanda iki MTN generalının həbsinin ...

    6-04-2021, 10:47

  • 
  • Eldar Mahmudovun adamı ilə bağlı QƏRAR - əmlakının müsadirə edilməsini dayandırılıb

    Eldar Mahmudovun adamı ilə bağlı QƏRAR - ...

    1-05-2019, 22:32

  • 
  • MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisinin həbsini oğlu təstiqlədi

    MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisinin ...

    5-04-2021, 22:45

  • 
  • “Nə etmişəmsə, tapşırıq alaraq etmişəm”

    “Nə etmişəmsə, tapşırıq alaraq etmişəm” ...

    20-06-2017, 13:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu