Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin həbsi barədə xəbər yayılıb.
GundemXeber.Az bildirir ki, Gununsesi.info-nun əməkdaşı generalın oğlu Elgün Şıxəliyev ilə əlaqə saxlayıb.
Jurnalistə açıqlamasında atasının həbsini təsdiq edən Elgün Şıxəliyev onu da bildirib ki, həbsin səbəbləri ona bəlli deyil:
“Mən də evdəyəm. Niyə olunduğunu bilmirəm“.
Qeyd edək ki, Mövlam Şıxəliyev sabiq MTN şefi Eldar Mahmudovun əsas adamlarından biridir. Bir sıra cinayətlərdə.əsas adamlardan biri olsa da bu günə qədər azadlıqda qala bilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?