GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » DÖVLƏT STATİSTİKA KOMİTƏSİ SƏDRİNİN 1-Cİ MÜAVİNİ HƏMİD BAĞIROVUN 600 MİN DOLLARI NECƏ BATIRILIB?

DÖVLƏT STATİSTİKA KOMİTƏSİ SƏDRİNİN 1-Cİ MÜAVİNİ HƏMİD BAĞIROVUN 600 MİN DOLLARI NECƏ BATIRILIB?

Tarix: 9-04-2021, 20:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 584
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ SƏDRİNİN 1-Cİ MÜAVİNİ HƏMİD BAĞIROVUN 600 MİN DOLLARI NECƏ BATIRILIB?


«Taimex» şirkətinin koronadan dünyasını dəyişən rəhbəri Tahir Yusifovun kimlərə pul atdığı bəlli oldu...

Şikayətçilər: «Tahir Yusifov Ağsuda «Qradus-40» şərab zavodu açdı, bizi aldadaraq külli miqdarda pulumuzu sərmayə adı altında mənimsədi…»
«Təzadlar»a müraciət edən bir qrup sahibkarın problemi yenə də etibardan sui-istifadə ilə külli miqdarda ziyana düşmələri, müflis vəziyyətə salınmaları barədədir. Maraqlıdır ki, bu dəfə də onları işə salan tanınmış «Taimex» biskivit şirkətinin təsisçisi və rəhbəri Tahir Yusifov olmuşdur.
Zərər çəkmiş sahibkarlardan redaksiyaya daxil olmuş şikayəti araşdırarkən isə maraqlı faktlar üzə çıxdı. Sən demə iki ay əvvəl koronavirusdan dünyasını dəyişən Tahir Yusifov reanimasiyada olarkən və canı ilə əlləşərkən onun adına olan bütün mülkiyyət hüquqları kimlərinsə təsir və təzyiqi ilə Zarema adlı bir qadının Tamerlan adlı oğlunun adına rəsmiləşdirilib. Hətta bunun üçün xəstəxanaya notarius da dəvət edilibmiş və s.

Bəs Tahir Yusifov öz ətrafını-səhmdar sahibkarları necə tora salıb?

Onu da qeyd edək ki, "Tatan" ləqəbli iş adamı Tahir Yusifov 23 yanvar 2021-ci ildə müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib. O, "Taimex” şirkətinin və Ağsudakı «Qradus-40» araq zavodunun sahibi, Tovuzun «Turan» futbol komandasının rəhbəri olmuşdur.
***
Beləliklə, zərərçəkənlərdən biri Hüseyn Səfərovla əlaqə saxladıq… O, bizimlə söhbətində bildirdi ki, bir müddətdir Tahir Yusifovla tanış olub: «…Tahir mənə təklif etdi ki, Ağsuda araq zavodu açıb, sənədləri ilə məni tanış etdi, sonra zavodun fəaliyyəti ilə tanış oldum. Bildirdi ki, zavodun genişləndirilməsi və modernləşdirilməsi üçün ayrı-ayrı sahibkarlar pul yatırır, mənfəətdən dividentlər alacaqlar. Mən də bir neçə dostlarımın maddi vəsaitlərini götürüb yatırım etdim… Az keçmiş məlum oldu ki, Tahir Yusifov bizi aldadıb…».

DÖVLƏT STATİSTİKA KOMİTƏSİ SƏDRİNİN 1-Cİ MÜAVİNİ HƏMİD BAĞIROVUN 600 MİN DOLLARI NECƏ BATIRILIB?


Həmsöhbətimiz məsələnin artıq hüquq mühafizə orqanları səviyyəsində çözüləcəyini bildirdi: «Biz məcbur olub aidiyyəti dövlət qurumlarına şikayət verdik. Çünki yatırım etdiyimiz zavod böyük istehsalat sahəsidir və ən azı, ya əmlakı satılıb bizlərin pulları qaytarılmalıdır, ya da zavodu idarəçiliyə götürən şəxs bu problemi yoluna qoymalıdır».
Apardığımız araşdırmalarla müəyyən edildi ki, Tovuzun «Turan» Komandasının rəhbəri olmuş tanınmış iş adamı Tahir Yusifov iş adamları Yasir Sultanova 150 min manat, hazırda Dövlət Statistika Komitəsinin birinci müavini olan (Tovuzun sabiq İcra başçısı) Həmid Bağırova 600 min dollar, Nüsrət adlı şəxsə 50 min dollar, Hüseyn Səfərova 95 min manat, Elvin adlı iş adamına 450 min dollar, İlham Namazova 20 min manat və s. pul atıb. Borc sahiblərinin sayı təxminən 50 nəfərdir.
***
Digər iş adamları ilə söhbətimizdən isə məlum oldu ki, ötən ilin dekabrın 10-da koronadan xəstələnən Tahir Yusifov əvvəlcə yaxşılaşıb, lakin naməlum səbəbdən halı qəflətən pisləşib. Ən diqqəti çəkən isə budur ki, o, ağır vəziyyətdə olarkən bütün əmlakları ailə üzvlərinin deyil (3 qızı olduğunu bildirdilər), Zarema adlı xanımın Tamerlan adlı oğlunun adına keçirib. Əslən Zarema xanım əvvəllər turizm sahəsində çalışıb. Oğlu Tamierlan isə Macarıstanda təhsil alıb. Onların Macarıstanda turizm şirkəti olub. «Məndə olan məlumata görə, onlar həmin şirkəti keçmiş maliyyə naziri Fikrət Yusifovdan alıblar… Və onu da öyrənmişəm ki, Tahir Yusifov Zarena xanımın iştirakçılığı ilə Macarıstanda özünə bir neçə iri ticarət obyekti və turizm şirkəti, mənzillər və s. alıb. Və bizi narahat edən budur ki, həmin Zarema adlı xanım indi bizim pullarımızı verməmək üçün müxtəlif yollara əl atır. Gah deyir ki, guya yüksək rütbəli məmurlara yaxın qohumdur, kimsə ona bata bilməz… Gah da…».
***
Redaksiya araşdırmalarla onu da təxmin etdi ki, Zarema adlı xanım özünü Prezidentin İşlər İdarəsinin sabiq müdiri Oqtay Şahbazovun (2016-ci ildən 2021-ci ilin yanvarın 26-dək Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb) yaxın qohumu kimi təqdim edərək bildiyini edir, borcun qaytarılmasını yayındırır. Məsələn, o, Bayılda mənzil tikintisi ilə məşğul olan və Volodya kimi çağrılan şəxslə əlaqəyə girərək pulun Paşabanka köçürüldüyünü deyir. Hətta Volodya bəzi borcluların adına həmin tikilməkdə olan binadan mənzil də sənədləşdirib. Və həm də uydurulub ki, guya Volodya Rusiyanın nüfuzlu banklarından birindən təminat («qarantiya») məktubu alaraq Kapitalbank-a külli miqdarda pul köçürtdürür, borclar tezliklə qaytarılacaq və s.
Şikayətçilər isə birmənalı olaraq deyirlər ki, bu məsələdə onu himayə edənlər bilməlidir ki, məsələ bu yolla deyil, qanuni formada həll edilməlidir, əks halda biz müvafiq tədbirlərin görülməsi üçün dövlət orqanlarına fərqli formada müraciət edəcəyik.
Məsələ ilə bağlı «Taimex» Şirkəti ilə əlaqə saxlayıb Zarema xanımla danışıb bəzi suallara cavab tapmağa çalışdıq. Lakin hələki bu cəhdimiz baş tutmur…
Mövzuya qayıdılacaq.
«Təzadlar»ın Araşdırma Qrupu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tahir Kərimov Azərbaycanı tərk etdi

    Tahir Kərimov Azərbaycanı tərk etdi ...

    11-08-2017, 16:58

  • 
  • SOCAR-ın vəzifəli əməkdaşına qarşı dələduzluq

    SOCAR-ın vəzifəli əməkdaşına qarşı dələduzluq ...

    18-04-2017, 09:47

  • 
  • Bakıda mənzildən külli miqdarda pul oğurlanıb

    Bakıda mənzildən külli miqdarda pul oğurlanıb ...

    14-08-2014, 11:54

  • 
  • Tikinti şirkətinin təsisçisi həbs edildi

    Tikinti şirkətinin təsisçisi həbs edildi ...

    24-10-2013, 17:37

  • 
  • Həbs olunan şair oğlunun əmlakı hərraca çıxarılır - HÖKM

    Həbs olunan şair oğlunun əmlakı hərraca çıxarılır ...

    23-11-2013, 15:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
jogos de cassino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu