GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tərtər qətliamı ilə bağlı təhqiqata niyə başlanılmır?

Tərtər qətliamı ilə bağlı təhqiqata niyə başlanılmır?

Tarix: 10-04-2021, 23:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 223
Tərtər qətliamı ilə bağlı təhqiqata niyə başlanılmır?


Bu ay Tərtər qətliamının törədilməsinə başlanmasının 4 ili tamam olur. Xatırladım ki, həmin qanlı cinayət (həm də xəyanət) haqda bütün bu müddətdə yüzlərlə yazı, müsahibə, hesabatlar və s. dərc olunub.

Odur ki, mövzunun guya Qarabağ Savaşından sonra gündəmə gətirilməsi iddiaları ağ yalandır, böhtandır, manipulyasıyadır və məqsədi də insanları çaşdırmaq, mövzunu gündəmdən çıxarmaqdır. Bütün bu çirkli işdə iştirak edənlər də həmin qanlı cinayətə şərik çıxanlardır, çünki cinayəti gizlətməyin özü də cinayətdir.

Dediyimə sübut kimi şərhdə Azadlıq radiosunun 2017-ci il mayın 9-da yaydığı videomaterialı diqqətinizə çatdırıram.

Tərtər qətliamı ilə bağlı təhqiqata niyə başlanılmır?


Bundan başqa, Oqtay Gülalıyev və bir neçə digər hüquq müdafiəçisi bu məsələni daim gündəmdə saxlayıblar ki, buna görə də Oqtay bəy dəfələrlə xəbərdarlıqlar alıb, təhdid olunub. Nəticəsi də bəllidir.

Bu yerdə haşiyə çıxım ki, Oqtay bəyə qarşı törədilən də Tərtər qətliamını gündəmdən çıxarmağa hesablanmış cinayət əməlidir və o da əsaslı şəkildə araşdırılmalıdır. O cümlədən də Oqtay bəyin ətrafına xüsusi məqsədlə yerləşdirilmiş şəxslərin hər biri ciddi araşdırılmalıdır. Belələri də olub...

İstənilən cinayətin araşdırılması onun səbəb və motivlərindən başlamalıdır. Tərtər qətliamına start verən ilk addım 2017-ci il mayın 7-də Azərbaycan Respublikası Baş Prokurorluğunun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin cəbhənin Tərtər istiqamətində baş verən təxribatlarla bağlı yaydığı bəyanat olub. (link şərhdə)

Tərtər qətliamı ilə bağlı təhqiqata niyə başlanılmır?


Həmin bəyanatda bu da bildirilir ki, toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, MN, DİN və DTX əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Tarixlərlə zərərçəkmişlərin ifadələrində göstərdiyi tarixlər arasında mühüm bir fərq var: kütləvi işgəncələr artıq 2017-ci ilin aprelində başlamışdı və bu bəyanata qədər azı 3 nəfər də qətlə yetirilmişdi. Odur ki, Tərtər qətliamı ilə bağlı yeni istintaq bütün bu qurumların o dövrdəki rəhbərlərinin sorğulanmasından başlanmalıdır.

Belə bir bəyanatın yayılması üçün əldə ciddi əməliyyat məlumatları omalı idi ki, onlar da məlumat mənbələrinin, qeydiyyat tarixlərinin, nömrələrinin, onları tərtib etmiş şəxslərin imzaları əks olunmuş sənədlər şəklində istintaqa təqdim olmalıdır.

Aydınlaşdırılmalı digər bir məqam isə həmin bəyanatın imzalanması və ictimaiyyətin diqqətinə təqdim olunması təklifinin və ya tapşırığın kimin tərəfindən gəlməsidir, çünki məhz bu şeylər cinayətin motivlərinin və səbəblərinin üzə çıxarılmasına xidmət edə bilər.

Məsələ burasındadır ki, mayın 7-də məlum bəyanatı imzalayan prokurorluq, DİN, MN və DTX rəhbərləri artıq törədilmiş cinayətlər haqda məlumatlı olmalı idilər və əgər belədirsə, demək, bəyanatın da məqsədi Azərbaycan Ordusunun hərbçilərinə qarşı törədilmiş həmin qanlı cinayətə bəraət qazandırmaq olub. Bu isə cinayətdir.

Görünür, elə bu səbəbdən də hakimiyyət Tərtər qətliamının araşdırılmasına tələsmir, çünki bu cinayətdə xeyli dövlət və hakimiyyət orqanlarının rəhbərləri birbaşa və ya dolayısı ilə təqsirlidilər. Hətta həmin bəynatadək törədilmiş qətllər və yüzlərlə işgəncə faktı barədə məlumatlı olmamaq məsuliyyətdən azad etmir.

Görünür, elə bu səbəbdən də bizdə olan məlumata görə, həmin bəyanatı yaymış qurumlardan ikisinin rəhbəri yox, onların müavinləri imzalayıblar. Bu faktın özü və onun təsdiqlənəcəyi halda səbəbi də istintaqın predmeti olmalıdır.

Deməli, Tərtər qətliamı da yalnız ciddi ictimai təpki olduğu halda araşdırılacaq. Belə istək hakimiyyət tərəfdən hələ görünmür. Əks halda həm zərərçəkmişlərin, həm də mövzunu gündəmdə saxlayanların ünvanına böhtan yazdırmağa ehtiyac olmazdı. Amma bunun da öz xeyri var. Ən azı kimin kim olduğu üzə çıxacaq və artıq çıxır da.

Mən də öz növbəmdə mövzunu davam etdirəcəyəm, çünki:
1. Xalq onun dövlətinə, ordusuna xəyanət edən düşmənləri tanımalıdır;
2. Cinayətkarların yeri yüksək dövlət kabinetləri yox, həbsxana kameraları olmalıdır.


Ərəstun Oruclu
Hüquq Müdafiəçisi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən çıxışına icazə verilib

    Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən ...

    21-08-2018, 11:20

  • 
  • Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur

    Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur ...

    20-11-2019, 13:32

  • 
  • Hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də komadadır

    Hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də ...

    9-12-2019, 18:01

  • 
  • "Nərgiz mükafatı" hüquq müdafiəçisi Oqtay Gülalıyevə verildi - VİDEO

    "Nərgiz mükafatı" hüquq müdafiəçisi ...

    29-12-2019, 11:40

  • 
  • Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı

    Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı ...

    1-08-2014, 00:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu