Azərbaycan məmurlarının həddindən artıq varlanmasının yeganə səbəbi dövlət büdcəsini yalamaqdır. Hər vəzifəyə sahiblənən ilk lahiyəsini dövlətin büdcəsi üzərinə yatırır ki, onu talan etsin. Məmurların vəzifə daşıma vaxtı bitəndən sonra, heç nə olmamış kimi əlini qolunu sallayıb gedirlər. Büdcəyə də qara qəpik belə qaytarmırlar. San ki, dədələrinin qoyub getdiyi şəxsi pullarıdır. Dövlətin hüquq mühafizə orqanları da bəzi yiyəsiz sahibsiz icra başçılarını həbsə atmaqla kifayətlənir və siyasi rəhbərlikdən "zakaz" gözləməklə vəzifə borclarını yerinə yetirmiş kimi kifayətlənirlər. Beləliklə, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin apardığı qısa araşdırmanın böyük mənasını GundemXeber.Az-ın oxucularına təqdim edirik: Elmira Axundova ötən il Azərbaycanın "Ukraynadakı səfiri vəzifəsinə təyin olunanda özündən əvvəlki səfir üçün 2018-ci ildə alınmış 2008-ci il buraxılış BMW 730 markalı avtomobili bəyənməyib.
Özünü Kiyevə çatdırar-çatdırmaz son model Mercedes-Benz S 350L (2020-ci il buraxılış) sifariş verib. Avtomobil Almaniyadan sifariş olunub, dəyəri istehsalçı ölkədə 125 min avrodur (250 min manat). Son model bahalı avtomobil hazırda CDP 041 diplomatik nömrə ilə Elmira Axundovanın xidməti istifadəsindədir.
Elmira Axundova ötən ilin iyun ayında səfir vəzifəsinə təyin edilib, sifariş etdiyi avtomonil 2020-ci il dekabrın 17-də Ukrayna Dövlət Avtomobil Müfəttişliyində (Kiyev, Şevçenkivski rayonu) qeydiyyata alınıb."
Sorğu
Yeni dizaynımız necədir?