GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rusiyanın SWIFT-dən ayrılması Avropa parlamentinin gündəmində - “Sibirin gücü” və Çin onu xilas edəcəkmi?

Rusiyanın SWIFT-dən ayrılması Avropa parlamentinin gündəmində - “Sibirin gücü” və Çin onu xilas edəcəkmi?

Tarix: 11-04-2021, 18:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 469
Rusiyanın SWIFT-dən ayrılması Avropa parlamentinin gündəmində - “Sibirin gücü” və Çin onu xilas edəcəkmi?


Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyası (EPP) sədri Manfred Veber Ukraynanın şərqində vəziyyətin gərginləşməsi və ya Aleksey Navalnının səhhətinin pisləşməsi halında Avropa İttifaqını və ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. 
 
Ovqat.com xəbər verir ki, millət vəkili bunu “Funke” media qrupuna verdiyi bir müsahibəsində bildirib.
 
Veberin iddiasına görə, Rusiya “təhlükəli təxribatlarını” davam etdirir və Ukraynanın şərqində hərbi varlığını gücləndirməklə Qərbi sınağa çəkir və ona həm Aİ, həm də ABŞ birgə cavab verməlidir.
 

"Artıq ölçülü sansiyaların dövrü keçməkdədir. Oliqarxların hesablarının geniş miqyasda dondurulması və ya Rusiyanın SWIFT-dən ayrılması kimi sərt addımlar vəziyyət gərginləşəcəyi təqdirdə real seçimlərə çevrilməlidir", - deyən fraksiya rəhbərinin fikrincə, bundan sonra “Şimal axını-2” layihəsinin vacibliyi də heç bir arqumentlə əsaslandırıla bilməz.

 
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna-Rusiya gərginliyini şərh edən Pentaqonun NATO və Avropa üzrə keçmiş köməkçisi Cim Tounsend “Ukraynanın ən yaxşı silahının ABŞ raketləri yox, beynəlxalq sanksiyalar” ola biləcəyini bildirmiş, Kiyevi düşməni ilə isti qarşıdurmalara getməkdənsə, iqtisadi sanksiyalara üstünlük verməyə və bunun yollarını axtarmağa çağırmışdı. Müasir çağımızda ən ağır iqtisadi sanksiya isə dövlətləri SWIFT sistemindən ayırmaqdır. Bu sanksiya cəzalandırılan tərəfi bank əməliyyatları aparmaqdan məhrum edir və bütün idxal-ixrac əlaqələrini kəsilir, iqtisadi böhranı qaçılmaz hala gətirir.
 
Avropalı parlamentari bununla yanaşı “Şimal axını-2” layihəsinin inşasını dayandırmaqla Rusiya iqtisadiyyatının 60%-ni təşkil edən neft-qaz alışını da bloklamağı məsləhət bilir ki, bu da Moskvanı çörəklə imtahana çəkmək mənasına gəlir.
Əslində bu perspektiv Moskva tərəfindən də gözlənilməz deyildi. Bir müddət əvvəl Çinə səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun gündəmində də alternativ bank və hesablaşma sistemi yaratmaq ideyası vardı. Pekinin razılıq vermədiyi bu təklif də əslində Rusiyanın yarasına məlhəm deyil. Çünki şimal qonşumuzun əsas ticari partnyoru Çin yox, Avropadır. Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2019-cu il statistikasına görə, Avropa Birliyi ilə ümumi ticarət həcmi də 294,2 milyard dollara çatmışdı. Bu göstərici Rusiyanın ümumi ticarət həcminin 42.8%-ni təşkil edirdi. Həmin dövrdə Çinlə isə ticarət həcmi 108 milyard dollar idi. Hər iki iqtisadi məkana Rusiya əsasən neft və qaz ixrac edir və onlardan isə sənaye malları alır. 
 
2020-ci ildə enerji daşıyıcılarının qiyməti ucuzlaşsa da, Avropa yenə də Rusiyanın əsas partnyoru olmaq xüsusiyyətini itirmədi. Çinlə Rusiya arasında ticarət həcmi 88 milyard dollara (hardasa 20 milyard dollar) endiyi halda, Rusiya ilə Avropa arasında ticarət həcmi 16.2 milyard evro azalmışdı. Faiz nisbətilə götürsək, Rusiya-Aİ arasındakı ticarət həcmi 1.7%, Rusiya-Cin ticarət həcmi isə 2.3% azalmışdır (idxalatda 4.8% düşüş, ixracatda 0.9% artış).
 
 Avropanın qaz və neft məhsulları tələbatının 40%-ni bu gün belə Rusiya qarşılayır. Moskva bu fürsəti itirsə, özünə yeni bazarlar tapması asan olmayacaq; Çin heç bir zaman Rusiya üçün Avropanı əvəz edə bilməz və Avropa bazarına satdığı qaz və neft məhsullarını Uzaq Şərqə göndərməsi üçün Moskvaya yeni kəmərlər çəkmək lazım olacaq. 
 
Maraqlıdır ki, Rusiya Ukraynanın şərqini və Krımı işğal etdiyi 2014-cü ildə bu istiqamətdə müəyyən addımlar atmağa çalışmış və “Qazprom”la Çinin CNPC kompaniyası arasında illik 38 milyard kubmetr qaz tədarükünə dair 30 illik müqavilə imzalanmışdır. Ümumi dəyəri təxminən 400 milyard dollar olan və “Sibir gücü” adlanan bu layihənin bir qismi 2019-cu ildə istifadəyə verilmişdir. Fəqət “Sibir gücü” layihəsinin tam gücü ilə işə başlaması üçün Rusiya 2025-ci ilə qədər gözləməli olacaq. Bu zamana qədər isə sözügedən kəmərlə bu il cəmi 10 milyard kub metr, gələn il isə 15 milyard kub metr qaz nəqli nəzərdə tutulur. Rusiyanın Avropaya nəql etdiyi qaz həcminin illik 230 milyard kub metr olduğunu nəzərə alsaq, “Sibir gücü”nün bu göstəricilərlə müqayisə edilə bilməyəcəyi aydındır. 
 
Üstəlik, kəmərin keçdiyi coğrafiyanın mürəkkəbliyi və hava vəziyyəti onun ildə iki dəfə - yaz və payız aylarında işini dayandırmağı və proflaktik tədbirlər görməyi şərtləndirir. Bu da Çin kimi kəsintisiz enerjiyə ehtiyac duyan sənaye ölkəsi üçün o qədər də yaxşı hal deyil.
 
Bundan əlavə, Rusiya Çinlə ticari əlaqələrini genişləndirmək üçün 2019-cu ilin sonlarında onunla “Sibir   gücü-2” adlı yeni boru xətti çəkilməsi barədə müqavilə bağlamış, ümumi həcmi illik 50 milyard kub metr olacağı gözlənilən ikinci kəmərin inşasına başlanılmışdı. Fəqət bu kəmərin tam olaraq nə zaman işə düşəcəyi də bəlli deyil. “Qazprom” prezidenti Aleksey Miller 2020-ci ilin sentyabr ayında “Sibir Gücü-2” boru kəmərinin layihələndirmə çalışmalarına başladıqlarını söyləsə də, onun çəkilməsinin uzun müddət alacağı şübhə doğurmur. Çünki bu qaz kəməri də iqlim şərtləri çətin bölgələrdən keçib Monqolistana, ordan isə Çinə uzanacaq. 

"Bu il (2020-ci il – H.O.) yeni “Sibir Gücü-2” boru kəmərinin layihələndirməsinə başladıq. Bu xəttin məqsədi ölkəmizin şərqindəki və qərbindəki qaz ötürmə sistemlərini birləşdirməkdir. Əlbəttə, bu, əlimizdəki imkanları artıracaq və Şərqi Sibir bölgələrinə qaz tədarükü üçün lazım olan bəzi şərtləri təmin edəcək", - A.Miller layihə ilə bağlı çıxışında belə deyib.
 
Hər biri hardasa 3 min km uzunluğunda olacaq kəmərlərin çəkilməsində qarşılaşılan ən ciddi problemlərdən biri də Sibir soyuqlarıdır. Qışda -620 dərəcəyə dözəcək şəkildə çəkilən qaz kəmərləri hardasa 50 milyard dollara başa gələcək. Hazırda iqtisadi böhranlarla boğuşan və bu da azmış kimi dünyanın 4 bir tərəfində “sülhməramlı müharibələr” aparan Rusiyanın bu qədər böyük məbləği təmin etməsi asan görünmür. 
 
Çinin də bu layihələrə maliyyə ayıracağı sual altındadır. Əvvəla, ona görə ki, Pekin mübahisəli layihələrə sərmayə ayıracaq qədər səxavətli deyil. O, bunu yalnız o zaman edir ki, bir müddətdən sonra “rentabelsiz” hala gətirib özü həmin layihələrə yiyələnə bilir. Layihələrə yeganə ümid yeri kimi baxan Moskvanın bu perspektivlə razılaşacağı inandırıcı deyil və Pekin də ördək gəlməyən yerə toyuq hədiyyə etməz.
 
İkincisi ona görə ki, bugünkü şərtlər həmin iki dövləti bir hədəf ətrafında birləşməyə vadar etsə də, əslində Çinlə Rusiya Avrasiyaya sahiblik uğrunda mübarizədə əsas rəqiblərdir. İndiki şəraitdə Rusiyanın zəifləməsi və Çinə yaxın ərazilərdə nəzarət imkanlarını itirməsi ən çox Pekinə sərf edir. Rusiyanın geniş torpaq əraziləri, Orta Asiya üzərində hegemonluq, Avrasiya qitəsinin super gücünə çevrilmək və s. kimi hədəflər Çinin əsas genişləmə prioritetləridir. ABŞ-Rusiya arasında savaş həddinə gələn gərginlik bu məsələdə Pekinin də işinə yarayır. 

Digər tərəfdən, dünyanın yeni ağası olmaq yarışına girən Çinin həm də Yaxın Şərqə və Afrikaya yönəlik iqtisadi layihələri var. Həmin layihələrdə bu geniş ərazilərin ən dəyərli varidatı olan enerji ehtiyatlarının mənimsənilməsi üzərində qurulub. Sözügedən ehtiyatları alaraq bölgəni özünə bağlamaq fürsəti varkən, Çinin əsas rəqibi sayılan Rusiyanı ayaqda tutacaq təkliflərə isti yanaşacağını düşünmək sadəlövhlük olardı.
 
Bütün bu ehtimalları hesaba qatanda ABŞ və Avropanın ağır sanksiyalarla çökdürməyə çalışdıqları Rusiyanın Çinə bağladığı ümidlər suda boğulanın saman çöpünə pənah aparmasından başqa bir şey deyil.
 
Heydər Oğuz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyaya qarşı sanksiyalar uzadılacaq

    Rusiyaya qarşı sanksiyalar uzadılacaq ...

    27-05-2016, 00:59

  • 
  • Avropa Rusiyanı yenə hədələdi

    Avropa Rusiyanı yenə hədələdi ...

    11-05-2014, 12:42

  • 
  • Ukrayna Ali Radasından dünyaya çağırış

    Ukrayna Ali Radasından dünyaya çağırış ...

    14-01-2015, 17:13

  • 
  • ABŞ-ın Rusiyaya qarşı elə dəhşətli sanksiyaları gəlir ki...

    ABŞ-ın Rusiyaya qarşı elə dəhşətli sanksiyaları ...

    25-12-2017, 11:41

  • 
  • Rusiyadan şok savaş təhdidi - ABŞ səfiri Moskvanı tərk etmək zorunda...

    Rusiyadan şok savaş təhdidi - ABŞ səfiri Moskvanı ...

    5-12-2014, 01:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu