Ələt qəsəbə sakini olmuş və 1-ci Qarabağ müharibəsinin qızğın vaxtlarında döyüşlərdə iştirak edərək, şəhidlik zirvəsinə yüksəlmiş şəhid İdris Mehdiyevin adı hansısa səhlənkar və öz maddi maraqlarına xidmət edən "məmur" tayfası tərəfindən, şəhidlik siyahısından çıxarılıb.
Bu işdə əli olan hər kəs cəzalanmalı və ən ciddi şəkildə müvafiq qanunvericilik qarşısında cavab verməlidir. Hələlik ilkin ehtimal kimi məsələni işıqlandırırıq. Ən qısa zaman ərzində məsələ ilə bağlı daha geniş, daha dolğun şəkildə yazılarımız və reportajlarımız olacaq. Bu işdə əli olan hər kəs ümid edirik ki, ən qısa zaman ərzində cəzalanacaq və bu işə adiyyatı üzrə dərhal baxılacaq. Şəhid adını özünün şəxsi maraqları üçün siyahıdan çıxartmaq, ləğv etmək sözün əsl mənasında ölkə rəhbərliyinin siyasətinə birbaşa kölgə salmaq deməkdir. Məsələ ilə bağlı Azərbaycan Mətbuatına qədər müraciət edəcəyik, lazım gələcəyi halda. Postu görən, saytımızı izləyən hər kəsdən bunu paylaşıb dəstək olmasını xahiş edirik...
Paylaşaq ki, səsimizi daha yuxarı dairələrə çatdıra bilək. Biganə qalma, gördünsə paylaş və fikir bildir susma..
Sorğu
Yeni dizaynımız necədir?