Hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısından bu dəfə bəzi vəzifəli şəxslərin adları çıxarılıb.
Gundemxeber.Az bildirir ki, BakuPost onlardan ikisinin adını dəqiqləşdirib. Məlumata görə, Milli Məclisə III, IV və V çağırış deputat seçilən ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev bu dəfə seçki marafonuna qatılmayacaq. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da seçkidə iştirak etməyəcək. Xatırladaq ki, ötən dəfə – V çağırış parlament seçkilərində C.Qurbanov123 saylı Kəlbəcər Seçki Dairəsindən, Rövnəq Abdullayev isə 24 saylı Nizami 1-ci dairəsindən YAP-ın namizədləri olaraq seçilimişdilər.
Sorğu
Yeni dizaynımız necədir?