GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudovun hərəkət trayektoriyası MƏHDUDLAŞDIRILDI

Eldar Mahmudovun hərəkət trayektoriyası MƏHDUDLAŞDIRILDI

Tarix: 22-04-2021, 10:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 320
Eldar Mahmudovun hərəkət trayektoriyası MƏHDUDLAŞDIRILDI


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik arxa plana keçmək üzrədir. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyi bir neçə dəfə çox ciddi şəkildə müzakirə mövzusu olub. Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ “MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi. Bu iddiaların heç biri rəsmi şəkildə təkzib olunmayıb.

Onun azadlıqda qalması istər ictimaiyyətdə, istərsə də hakimiyyət daxilində ciddi narazılıq yaradıb. İctimaiyyət, xüsusən də bu və ya digər şəkildə yolu “mahmudovçularla” kəsişmiş sahibkarlar, məmurlar onun cəzasız qalmasını özlərinə təhlükə olaraq hiss etməkdədirlər. Eldar Mahmudovun həbsə aldığı Səid Dadaşbəyli və onunla birgə həbs edilənlər da bu sıradadır. Dadaşbəyli hazırda Eldar Mahmudova qarşı şikayət hazırladığını açıqlayıb.

Hakimiyyətdə də bunu bilməmiş deyillər. Üstəlik, böyük bir güc nazirliyini rüşvət və korrupsiya yuvasına çevirmiş, dövlətin onurğa sütununa zərbə vurmuş bir nazirin azadlıqda qalması ilk növbədə dövlətin ziyanına işləyən amildir. 2017-ci ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb. Sonradan Vüqar Mahmudov həbsdən azad edildi. Bundan sonra hər kəsdə əminlik vardı ki, bir daha Eldar Mahmudov mövzusu gündəmə gəlməyəcək. Amma aprelin əvvəlində Eldar Mahmudovun komandasının ən önəmli fiqurları, sabiq idarə rəisləri, generallar Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilib qandallandılar.

Bundan sonra sabiq MTN şefinin başı üzərindəki qara buludlarının asanlıqla çəkilməyəcəyinə yəqinlik yaranıb. Artıq məlumatlar var ki, Eldar Mahmudov nəzarətə alınıb, hərəkət trayektoriyası məhdudlaşdırılıb. Generallarının bu dəfə onu ələ verəcəkləri istisna deyil. Çünki bir neçə il sonra yenilənmiş istintaq yalnız iki generalın həbsi ilə məhdudlaşmaya bilər.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun həbsi üçün əsaslar illərdir ki, ortadadır: “Yəni onun ən yaxın çevrəsinə daxil olan 2 generalın həbsinə qədər də, 2015-ci ildə də istintaqa cəlb etmək mümkün idi. İndiki halda həbs edilən hər iki general, xüsusilə İstintaq Baş İdarəsinin rəisi ”açar fiqur"dur. Siyasi qərar varsa, Eldar Mahmudovun həbsi qaçılmazdır".

Ekspert deyir ki, Eldar Mahmudovun və onun komandasına daxil olan şəxslərin həbsində istintaq müddətinin bitməsi o dərəcədə əhəmiyyətli deyil: “Azərbaycanda 5-10 il əvvəl baş verən, istintaqa cəlbetmə müddəti bitən cinayətlər olub ki, belə işlər üzrə şəxsləri həbs ediblər. General Rövşən Əkbərovu 20 il əvvəl törətdiyi cinayətə görə həbs etdilər. Eldar Mahmudovla bağlı da proses məntiqi sonluğuna doğru gedir”.

Ekspert Səid Dadaşbəyli və onunla birgə məhkum edilən şəxslərin müraciətləri əsasında da Eldar Mahmudova qarşı ittihamı irəli sürülməsini istisna etmədi: “Belə bir şikayət-müraciət olarsa, Hərbi Prokurorluq Eldar Mahmudova qarşı cinayət işi başlaya bilər. Cinayət işini ona görə Hərbi Prokurorluq aparmalıdır ki, bu adamlar həmin işləri edəndə hərbçi olublar. Səid Dadaşbəylinin mətbuat üzərindən müraciətləri ilə yanaşı rəsmi qaydada şikayətləri də olmalıdır. Düzdür, KİV-də gedən materiallara istinad edib araşdırma apara, cinayət işi başlaya bilərlər”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu

    Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu ...

    26-10-2015, 12:54

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI

    Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI ...

    20-06-2016, 21:28

  • 
  • Eldar Mahmudovun yeznəsi televiziyadan uzaqlaşdırıldı

    Eldar Mahmudovun yeznəsi televiziyadan ...

    14-11-2015, 12:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu