GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Çarpayılar və dərman satılır, vaksin oyunu gedir, TƏBİB isə mürgüləyir - Ölkədə KORONA BAZARI

Çarpayılar və dərman satılır, vaksin oyunu gedir, TƏBİB isə mürgüləyir - Ölkədə KORONA BAZARI

Tarix: 22-04-2021, 12:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 599
Çarpayılar və dərman satılır, vaksin oyunu gedir, TƏBİB isə mürgüləyir - Ölkədə KORONA BAZARI


Azərbaycanda əhali bilmir ki, koronavirusla, yoxsa ondan daha təhlükəli olan rüşvətxorluqla mübarizə aparsın. İndi səhiyyə mafiozları bu iki xəstəliyin sintezini də yaradıblar və hazırda infeksiya üzərindən böyük pullar dövr edir: bura çarpayıların azlığı bəhanə edilərək yerlərin xəstə yaxınlarına satılmasından tutmuş dərmanların fantastik qiymətlərinə qədər bir “korona paketi” daxildir.

Dəhşətli və əcaib mənzərə odur ki, dünyanın heç bir ölkəsində pandemiya ilə mübarizə korrupsiya elementinə çevrilməyib. Ən azı bu məsələdə üçüncü dünya ölkələri belə vicdansızlığa yol vermirlər və anlayırlar ki, bəşəriyyət üçün bir bəla gəlib, xalqı xəstəlikdən qurtarmaq, maksimum az itki ilə pandemiyadan xilas olmaq lazımdır.
Anaxeber.info-ya gələn məlumatlar, sosial şəbəkədə yayılan informasiyalar, o cümlədən mötəbər KİV-lərdə dərc olunan xəbərlər belə deməyə əsas verir ki, Azərbaycanda koronavirus alver predmetinə çevrilib, bundan varlananlar var və bu biznesin başında duranların ifşası üçün TƏBİB-lə Səhiyyə Nazirliyi tərəfindən heç bir addım atılmır.
Buradan iki nəticə çıxarmaq mümkündür: ya elə sözügedən qurumlarda vəzifəli şəxslər həmin rüşvətin, bazarın başında dayanıb, ya da TƏBİB və Səhiyyə Nazirliyi yarıtmaz, bacarıqsız, səriştəsiz, laqeyd fəaliyyət göstərirlər.
Bəs soruşula bilər ki, virusla mübarizədə özbaşınalıqlar konkret olaraq nədən ibarətdir. İlk növbədə yoluxmaların artdığı zamanda bəzi modul tipli xəstəxanalar çarpayıların azaldığını bəhanə gətirməyə başlayırlar.
Bu zaman xəstə yaxınları məcbur olaraq “makler” tapmağa, xəstəsini yerləşdirmək üçün danışıq aparmağa çalışır. Və nəticədə xəstə yaxını 1500-2000, bəzi hallarda 3000 manat verərək palatada yer ala bilir. Deməli, çarpayı yeri az deyilmiş, sadəcə virusdan da pul qazanan əqidəsizlər var. İddialara görə, belə hallar FHN-ə məxsus Zığdakı modul tipli xəstəxanada yaşanıb. Sosial şəbəkələrdə yazılanlardan və ayrı-ayrı insanların söhbətlərindən məlum olub ki, 1500-2000 manat rüşvət verməklə xəstəni yerləşdirirlər.
Həmçinin xəstə müalicə aldığı günlərdə ona qulluq edən tibb işçilərinə “hörmət” etməyəndə lazımı qayğı göstərilmədiyi deyilir. Məsələn, oksigen aparatına qoşulan xəstənin boğazı tez-tez quruyur, mayeyə ehtiyacı yaranır, amma onları vaxtı-vaxtında su damcısı ilə təmin etmirlər.
Bu məlumatlar faktiki olaraq xalq içində dolaşır və nə TƏBİB, nə rəhbəri Ramin Bayramlı, nə Səhiyyə Nazirliyi, nə onun pandemiya dövründə qəhətə çıxan rəhbəri Oqtay Şirəliyev təftiş aparırlar.
Eyni zamanda, dərmanların fantastik qiymətə satışında açıq bazar ounu gedir. Halbuki həmin dərmanları dövlət alaraq ölkəyə gətirir və vətəndaşın müalicəsi üçün təmənnasız olaraq, istifadəyə buraxır.
Deyəsən, “qara maskalı” oğlanın səhiyyə sektorunda da görünməsinə zərurət yetişir. Çünki əhalinin pandemiya dövründə maddi vəziyyətinin çətinləşdiyi zamanda, xəstəliyin tüğyan etdiyi dövrdə faşist münasibət sərgiləmək, pulu olmayanı çölə atmaq, müalicə etməmək bağışlanmaz cinayətdir. Ancaq məsələ bu tənqidlərlə həll olmur, TƏBİB rəhbərliyi hara baxır? Nə üçün modul tipli xəstəxanalarda yoluxmuş xəstələrin yerləşdirilməsinin 2000-3000 manat rüşvətlə olduğunu araşdırmır?
R.Bayramlı pandemiyanın ilk vaxtlarında Operativ Qərargahın brifinqlərində bir-iki dəfə göründükdən sonra qeybə çəkilib. Hərçənd, hər gün canlı yayıma çıxmalı, xalqa hesabat verməli, epidemiyanın tempi, bizi gözləyən təhlükələr, qarşıda dördüncü dalğanın olub-olmayacağı, vətəndaların şikayət və narazılıqları, dərmanların satılması və s. suallara cavab, izahat verməlidir. Bunu da Prezident etməlidir?
Anaxeber.info bildirir ki, başqa bir iddialar vaksinlərin vurulması prosedurunda rüşvətin ayaq açmasıdır. Belə məlumatlar gəzir ki, peyvənd olunmaq istəməyən vətəndaşlar poliklinikalarda həkimə, yaxud tibb bacısına pul verməklə bu prosesdən yayınır, vərəqədə isə onun vaksin edildiyi qeyd olunur.
Əgər bu cür cinayətlərə yol verilirsə, mütləq şəkildə hüquq-mühafizə orqanları araşdırma aparmalıdırlar. Lakin ondan əvvəl TƏBİB və Səhiyyə Nazirliyi bu iddiaları yoxlamalı, neqativləri aradan qaldırmalıdır. Hər halda belə iddialar meydana çıxıbsa, “od olmayan yerdən tüstü çıxmaz” deməkdir və R.Bayramlı “Yalandır” söyləməklə bundan boyun qaçıra bilməz.
Eynilə testlərin götürülməsində yanlış nəticələr də ciddi narazılıq yaratmaqdadır. Elə bu günlərdə Ağ partiya sədri Tural Abbaslının bir testində pozitiv, digər testində neqativ çıxmışdı. TƏBİB rəhbərliyi bu məsələlərə aydınlıq gətirməlidir.
Ümumiyyətlə, Azərbaycanın səhiyyə sisteminin çoxdan qanqrena olduğu, can verdiyi haqda yazmışıq. Sadəcə, pandemiya dövründə bu eybəcərliklər daha da qabarıq şəkildə üzə çıxdı.
Əslində heyrətamiz reallıqdır ki, səhiyyəsi təpədən-dırnağa qədər rüşvət çirkabına bulaşmış ölkədə pandemiya ilə necə mübarizə apara bilirik.
Bunun üzərinə yarıtmaz idarəçilər, mafioz şəbəkələr, etimadı doğrulda bilməyən TƏBİB və bivec Səhiyyə Nazirliyi gələndə daha fəlakətli dekorasiya yaranır.
Yeri gəlmişkən, musavat.com da koronavirus biznesi ilə bağlı ciddi iddialar yazıb və görünür ki, heç də deyilənlər əsassız deyil, artıq media həyəcan təbili çalmağa başlayır. Sayt yazır ki, səhiyyə sisteminin içində oluşan gizli bir şəbəkə pandemiyanın tüğyan etdiyi zamanlarda (indi də həmin zamandır) ixtisaslaşmış xəstəxanalardakı məhdud yerləri rüşvət müqabilində ağır xəstələrin yaxınlarına satırlar! Xəstələr çox olduğu üçün, önəmli və daha modern xəstəxanalarda, modul tipli müəssisələrdə yer məhdudiyyəti yaranır. Deməli, mürgüləyən TƏBİB və rəhbərliyi “qış yuxusundan” ayılsa, epidemiyanın yaz dalğasında nələr baş verdiyini anlayar. .Anaxeber.info.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Korona ilə bağlı dəhşətli statistika - 349 mindən çox insan öldü

    Korona ilə bağlı dəhşətli statistika - 349 mindən ...

    28-05-2020, 12:35

  • 
  • Korona virusuna görə ölü sayı 106-ya yüksəldi -SON DƏQİQƏ...

    Korona virusuna görə ölü sayı 106-ya yüksəldi ...

    28-01-2020, 12:15

  • 
  • TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib

    TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin ...

    19-01-2021, 12:29

  • 
  • Evi tərk edən daha 10 "korona xəstəsi"nə cinayət işi açıldı

    Evi tərk edən daha 10 "korona ...

    25-12-2020, 10:11

  • 
  • Son 24 saatda ABŞ-da rekord: Korona 2028 can aldı

    Son 24 saatda ABŞ-da rekord: Korona 2028 can aldı ...

    11-04-2020, 13:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu