Çinin Vuhan kəndində ortaya çıxan və bütün dünyayı təlaşa salan korona virusu səbəbiylə ölənlərin sayı 106-ya yüksəlib.
Yanvarın 27-də olan son məlumata görə Çində virusa yoluxduğu aşkarlanan xəstələrin sayı 4 min 515 nəfərdir. Əlaqədar qurumlar isə əhali arasında təşviş yaranmasın deyə xəstələrin 2 min 835 nəfər olduğunu açıqlayıb. Ümumdünya Səhiyyə Təşkilatı isə Çindən başqa digər ölkələrdə də 47 təsdiqlənmiş virus olduğunu açıqlayıb. Almaniyanın Bavariya əyalətində virusa yoluxan bir xəstə olduğu bildirilib. Almaniya da daxil olmaqla Avropada dörd müxtəlif virus aşkarlanıb. Çin istisna olmaqla başqa ölkələrdə korona virusuna görə ölüm hadisəsi qeydə alınmayıb. Bəs korona virusu nədir? Korona virusu heyvanlar arasında yayılan bir xəstəlikdir. Alimlər onu bəzi hallarda “zoonotik” olduğunu bildirirlər. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinə görə “zoonotik” ifadəsi virusların heyvandan insana keçə bilməsi deməkdir. Virusun xüsusi bir müalicəsi yoxdur və çox vaxt simptomlar özü-özünə keçib gedir./Moderator.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?