GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO

"Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO

Tarix: 27-04-2021, 12:14 Bölmə :GündəmXəbər Baxış: 749
"Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO


DogruXeber.az-ın əməkdaşları 44 günlük Vətən müharibəsinin daha bir qəhrəmanı, Vətən uğrunda, torpaq uğrunda sağlamlığını qurban verən daha bir igidimiz, qazi eyni zamanda əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan məcburi köçkün Novruzov Novruzun müraciəti əsasında onun qonağı oldu.

Təəssüflər olsun ki, son günlər nəyinki, DogruXeber.az informasiya agentliyinin, ümumiyyətlə bütün yerli medianın əsas gündəm mövzusu Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin incidilməsi, onların hüquqlarının tanınmaması, onlara qarşı hörmətsizliklərdir.
Hansı ki, dəfələrlə də vurğuladığımız kimi şəhid ailələri və qazilərimizin problemləri bütün vətəndaşların olduğu qədər, Cənab Prezident İlham Əliyevin də diqqət mərkəzində olan, həssas yanaşdığı məsələlərdəndir. Elə bu səbəbdən də Prezident öz çıxışında da bütün dövlət qurumlarına səsləndi ki, yerlərdə ilk növbədə müharibə iştirakçıları və qazilərimiz işlə təmin olunmalıdır.

"Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO


Amma, Cənab Prezident, "siz saydığınızı sayın, görün İcra başçıları nə sayır".
Bu dəfəki mövzumuzun qəhrəmanı, Qarabağ əlili Novruz Novruzov Biləsuvar rayon ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayır. Ali təhsilli İqtisadçıdır. Təhsil aldıqdan sonra Vətən borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Xidmətdə olduğu dövrdə ikinci Vətən müharibəsi başlayıb və Novruz da döyüşlərə qatılıb. Göstərdiyi şücaətləri Prezident tərəfindən də dəyərləndirilib, "cəsur döyüşçü" medalı ilə təltif olunub. Novruz bu döyüşlərdə sağlamlığını, 1 ayağını itirsə də, şükürlər olsun ki, sağ qalıb. Onu da qeyd edək ki, Novruzun qollarında və ayaqlarında hələ də qəlpələr var. Müalicəsi davam etdirilir.
N. Novruz yaşadığı qəsəbədə hər hansı bir işlə təmin olunması üçün dəfələrlə Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət etsə də İcra Başçısı Kamal Həsənov onu qəbul edib dərdini dinləməyib. Hər dəfə də başçının müavinləri cavab verirlər ki, "iş yoxdur, gələcəkdə olarsa sizi nəzərə alarıq".
Novruzun Atası B.Malik deyir ki, "Mən dəfələrlə Rayon İcra Hakimiyyətinə ərizə ilə rəsmi müraciət göndərmişəm. Mənə gələn cavablarda belə Kamal Həsənovun özünün deyil, müavini Fəridə xanımın imzası olub. Başçı o qədər məşğuldurmu imza atmağa belə vaxtı yoxdur?”
Bəli B.Malikin yerində verilmiş sualını doğuran səbəb hər dəfə başçının qəbuluna gedərkən, “başçının qonağı var, sizinlə görüşməyə vaxtı yoxdur” cavabıdır.

"Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
"Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO


B.Malik daha sonra qeyd edirki, “hazırda rayonda bir neçə boş vakant yerləri mövcuddur. Başçının müavini Fəridə xanım mənə deyir ki, "o iş sənin oğlunluq deyil".”
Əslində Fəridə xanımın bu cavabında bir neçə məna, yaxud səbəb gizlənir.
"Sizlik deyil" yəni "öz adamımız var" mənası daha məntiqə uyğundur. Çünki, əgər işi olan ingilis dili müəllimini (hələlik naməlum səbəblərə görə) İcra Hakimiyyətinə gətirib, ona vəzifə verib, işsiz qazilərimizi isə "gələcəyə ümid" vədiylə yola salırlarsa bunu başqa cür düşünmək məntiqsiz olar.
"Müəllim" demişkən aldığımız çoxsaylı gileyli məlumatlara görə Cəbrayıl rayonunda təhsil sahəsində də vəziyyət ürəkaçan deyil. Hətta, bərbaddır desək daha dolğun ifadə etmiş olarıq. (Mövzumuz hazırda bu olmadığı üçün növbəti yayımlarımızda Cəbrayıl rayon Təhsilini də açıq və dolğun şəkildə diqqətinizə çatdıracağıq.)
Əslində qazinin iş tələbi onun haqqıdır, mümkünsüz də deyil.



Bir ayağını itirib, bu gün "qoltuq ağacı"na tutunaraq ayaq üstə duran igidimiz bütün bu çətinliklərinə baxmayaraq, yenə də özü çalışıb, öz ayağı üzərində dayanmaq istəyir. Düşünürük ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin kimlər üçünsə boş saxladıqları vakansiyalar üzrə qazi N.Novruzovu və digər qazi və şəhid ailələrini işlə təmin etsələr bu problemlər də aradan qalxmış olar.
Başqalarının qazi və şəhid ailələrinə göndərdiyi yardıma "bələdçi"lik edərkən fotosessiya edib sosial şəbəkələrdə paylaşmaq heç də sizi işində məsuliyyətli qurum olaraq göstərmir. Bu kimi saxta görüntülərə bu millətin "qarnı tox"dur. Artıq, o nağıllara inanan millət sizlərin sayəsində böyüdü. Daha hər kəs nağıl deyil, reallığı görür və haqqını tələb edir. Onların haqqını tanımaq və təmin etmək də sizin fəxr etdiyiniz, sizi "toxunulmaz" etdiyini sandığınız vəzifənizin borcudur.
Diqqətinizə çatdırırıq ki, bu Cəbrayıl rayon İcra Hakimiyyətindən olan yeganə narazılıq deyil. Dəfələrlə bu barədə redaksiyamıza mənfi məlumatlar daxil olub və yayımlanıb.



Cəbrayıl rayonunda olan bu qədər sakinlərin narazılıqları onu sübut edir ki, İcra Hakimiyyəti başçısı Kamal Həsənov ya vəzifə səlahiyyətlərinin nələrdən ibarət olduğunu bilmir, ya da bacarmır.
Bir sözlə əgər İcra Hakimiyyətinin başçısı olduğu rayonun sakinləri onun üzünü tanımırsa, bütün gün kabinetində əyləşib "çay keyfi" yaşayırsa, dərdini deməyə gələn sakinləri qəbul etməyə "ərinir"sə, İdarəçiliyində olan rayon üçün yararlı bir iş görməyibsə, bu o deməkdir bu adam özü sahib olduğu vəzifə üçün yararlı deyil.
P.S: Əlavə edək ki, N.Novruzov dəfələrlə rayon İcra Hakimiyyətinə yazılı şəkildə müraciət edib. Lakin, heç bir müsbət reaksiya görmədiyi üçün üçün daha bir ərizə yazaraq sosial şəbəkələrdə paylaşım edib. Maraqlıdır ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi onun bu paylaşımına “smile” işarəsi ilə reaksiya verib.
Özünün çarəsiz buraxdığı Qarabağ qazisinin bu addımında onlarda gülüş doğuran məqamın hansı olduğu isə həm bizə, həm də qazi N.Novruzun özün maraqlı sual olaraq qalır.

"Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO


P.S.S: DogruXeber.az İnformasiya agentliyi hər zaman olduğu kimi KİV haqqında qanunları rəhbər tutur. Elə bu qanunlara əsasən də Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənovun mobil nömrəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin telefon sönülü olduğu üçün onun məsələyə münasibətini öyrənə bilmədik. Belə olduğu təqdirdə biz İcra Hakimiyyətinin internet saytında yerləşdirilən əlaqə nömrəsi vasitəsilə Başçının müavini - İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri İbayeva Fəridə Məmmədəli qızı ilə əlaqə saxladıq.

"Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO


Fəridə xanım qazi N.Novruzun narazılığını aqressiv şəkildə təkzib etdi və bildirdi ki, "dəfələrlə şəxsən mən özüm və digər müavinlər onların evində olmuşuq, yardım göstərmişik."
Əslində Fəridə xanım bu cavabı ilə özü də bilmədən N.Novruzun fikirlərini təsdiqləmiş oldu ki, Kamal Həsənov özü deyil, müavinləri qazi ilə görüşür.
"Kamal müəllim neçə dəfə görüşüb?" sualımıza da "bir dəfə qəbrəstanlıqda görüşüb" cavabını verdi.
Bəli, Novruz da öz müraciətində təxris olunduğu gün şəhid məzarını ziyarət edərkən təsadüfən başçının da şəhidlər xiyabanında olduğunu qeyd etmişdi.
Bizim "Kamal müəllim Novruzu ziyarət edibmi?" Sualımıza isə Fəridə xanım çox aqressiv bir şəkildə şəkildə "ay xanım, o başçıdı ee. O hər yerə özü getməli deyil. Biz gedib görüşürük"cavabını verdi.
Maraqlıdır. İcra başçısı nə üçündür?
Dövlət Başçısı onları nə üçün vəzifəyə təyin edib?
Dövlət Başçısı şəxsən özü vaxt ayırıb, gedib qaziləri və yaralıları hospitallarda ziyarət etdiyi halda, onun vəzifəyə təyin etdiyi İcra Hakimiyyəti başçısının müavini deyir ki, "başçının 80 min əhalisi var, onun da filan qədər qazisi var. Başçı bir dəfə Novruzla görüşə bilər, onu da görüşüb."
Fəridə xanımın sözündən belə çıxdı ki, N.Novruzovun artıq "başçıyla görüş limiti" bitmişdir. Eyni zamanda diqqət etdinizsə bu ifadəsilə Fəridə xanım Cəbrayıl rayonunu ümumilikdə "Kamal Həsənov" adlandırdı. "Başçının 80 min əhalisi var" deməklə İcra başçısının vəzifəsini bu qədər şişirdən dövlət məmuru bu ifadəni səsləndirərkən, 10 milyonluq əhalisi olan Azərbaycanı idarə edən Dövlət Başçısını unutdu sanırıq.
Hansı ki, dövlət başçısı xalqa xidmət etmələri üçün rayonlarda İcra Hakimiyyəti başçısı təyin edir və vəzifəsinin icrası müqabilində onlara Dövlət büdcəsindən əmək haqqı ayırır.
Çox təəssüflər olsun ki, əmək haqqını "zəhmətinin haqqı" olaraq qəbul edən bir çox İcra başçıları aldıqları maaşı haqq edəcək zəhmət çəkmir, əksinə sakinlərin xidmətlərindən yararlanmağa çalışırlar.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Masallıda Novruz bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət edildi - FOTOLAR

    Masallıda Novruz bayramı münasibətilə şəhid və ...

    18-03-2021, 22:36

  • 
  • Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

    Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür ...

    24-04-2021, 13:03

  • 
  • Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq

    Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi ...

    10-02-2021, 16:14

  • 
  • Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan

    Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan ...

    6-04-2016, 21:10

  • 
  • 44 günlük Vətən müharibəsinin qəhrəman qazisi - VİDEO

    44 günlük Vətən müharibəsinin qəhrəman qazisi - ...

    29-12-2020, 13:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (300)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu