GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Onun üçün vəzifə bütün dəyərlərdən üstündür... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Onun üçün vəzifə bütün dəyərlərdən üstündür... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Tarix: 28-04-2021, 10:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 469
Onun üçün vəzifə bütün dəyərlərdən üstündür... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


"Dövlət başçısı dəfələrlə televiziyada deyib ki, müharibə veteranları və qazilərə hörmətlə yanaşılmalıdır, amma biz hələ layiq olduğumuz dəyəri heç kimdən almamışıq".

Gundemxeber.Az bildirir ki, bu sözləri Arqument.az-a II Qarabağ müharibəsinin iştirakçısı Həmid Həmidli deyir.

1995-ci il təvəllüdlü Həmid Həmidli Zərdabın Otmanoba kənd sakinidir.

2020-ci il 29 sentyabrda müharibəyə gedən Həmid Həmidli Zəngilan, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.

Dediyinə görə, göstərdiyi şücaətə görə medallarla təltif edilsə də, nəinki medalları, heç veteranlıq kağızını da ala bilməyib.

"Deyirlər ki, sənədlərin itib"

Müharibə veteranı Dövlət Məşğulluq İdarəsinə sənədlərini təqdim etsə də, idarənin onun sənədlərini itirdiyini deyir: "Zəngilan, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdəki xidmətlərimə görə üç medalım var, amma ortada nəsə yoxdur. Nə veteranlıq kağızını verirlər, nə də sənədləri. Bütün rayonlarda verilib, təkcə bizim Zərdabdan başqa. Veteranlıq kağızı ilə bağlı İcra Hakimiyyətinə yaxınlaşsam da, oradan mənə bildirdilər ki, bu məsələyə biz baxmırıq".

"2021-ci il yanvarın 5-i evə gəlmişəm. Həmin ayın 25-i əməliyyat olunmuşam. Əməliyyat olunduqdan sonra Dövlət Məşğulluq İdarəsinə sənəd vermişəm. Sənədlərimi lazımi yerə təqdim etsəm də, daha sonra məlum oldu ki, sənədlər idarədən itib", - Həmid Həmidli belə deyir.

44 günlük müharibənin 42 gününü döyüş bölgəsində keçirdiyini deyən Həmidin sözlərinə görə, indi kimsə nə onunla, nə də ailəsiylə maraqlanır.

"Övladım xəstədir, maraqlanan yoxdur"

Onun fikrincə, Zərdabın icra başçısı kreslosunu yerli əhalinin problemlərini həll etməkdən daha üstün tutur: "Zərdab sakinlərinin gün-güzəranı icra başçısı üçün əhəmiyyət kəsb etmir. Dəfələrlə icraya gedib-gəlməyimə baxmayaraq, problemlərimlə heç kim maraqlanmır. Görüş üçün İcra Hakimiyyətinə getdim, icra başçısı iki nümayəndəsini həyətə göndərib mənimlə görüşməkdən imtina etdi, səbəb kimi də pandemiyanı göstərdi".

"Məni necə işdən çıxarıb döyüşə aparıblarsa, eləcə də işə bərpa etsinlər"

Atası II qrup əlil olan Həmidli Həmid bildirib ki, onun üçün ayrılan təqaüdü də 3 aydır ala bilmir.

O, biganəlikdən əziyyət çəkdiyini, maddi durumunun ağır olduğunu deyir: "Övladım xəstə, atam isə ikinci qrup əlildir. Atamın təqaüdünü kəsdikləri üçün dolana bilmirik. İcra nümayəndəsi ilə əlaqə saxlayıb dedim ki, vəziyyətim çox pisdir, özüm də müharibədən gəlmişəm. Dedi ki, bunun bizə aidiyyatı yoxdur. Dövlətə müraciət edirəm ki, necə məni işimdən müharibəyə aparıb o cür də məni işlə təmin etsin".

İcra başçısının köməkçisi: "Görüşdən imtina olunmayıb, əksinə görüşüb istiqamət vermişik"

İcra başçının köməkçisi Səməd Cəfərov Arqument.az-a deyib ki, Həmin Həmidlinin durumundan məlumatlıdırlar və ona işlə bağlı dəstək veriləcək: "İcra başçısının onunla görüşdən imtina etməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Pandemiya ilə əlaqədar görüşlər binada deyil, müavinlər və müvafiq şöbə müdirləri səviyyəsində həyətdə keçirilir. Gedib vətəndaşlarla görüşürük, onları dinləyib problemlərinin həlli istiqamətində addımlar atırıq. Həmid Həmidli ilə də görüşüb ona izah etmişik ki, işlə təminolunma növbəli şəkildə həyata keçirilir".

"Ona dedik ki, DOST Mərkəzində işlə təmin olunmaq üçün Məşğulluq İdarəsində qeydiyyata düşsün, sənədlərini ora təqdim etsin. O da müraciət edib, ona görə də burada görüşdən imtinadan söhbət gedə bilməz. Bilirsiniz ki, öncə qazilər, müharibədə yaralanan şəxslər işlə təmin olunur, sonra da digər müharibə iştirakçıları. Həmin Həmidli həmkəndlimdir və problemlərini də bilirik, amma növbəli sistemə də əməl olunmalıdır. Növbəsi çatanda onu da işlə təmin edəcəyik", - başçının köməkçisi deyib.

İcra başçsının köməkçisi müharibə iştirakçısının sənədlərinin Məşğulluq İdarəsində itməsini də təkzib edib: "İndiyə qədər belə bir şey olmayıb ki, kiminsə idarədə sənədləri itsin. Bütün qeydiyyat elektron sistem əsasında aparılır".

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində 2020-ci il sentyabrın 27-də döyüşlər başlayıb. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib.

44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Ancaq bu günədək Azərbaycan tərəf nə qədər itki verdiyini, neçə nəfər hərbçinin yaralandığını açıqlamayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata müharibə zamanı 2881 nəfərin şəhid olub, 28 nəfərin itkin düşüb.

Müharibə bitdikdən 4 ay sonra hərbi xidmətdən yenicə qayıdan bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.

Onlar dövlət qurumlarının səriştəsizliyi və onlara diqqətsiz yanaşmadan şikayətlənərək işsiz olmaqlarına etiraz ediblər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan

    Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan ...

    6-04-2016, 21:10

  • 
  • “Müalicəmə baxan yoxdur, yalnız ailəm edir” - Yaralı Qazimizi bezdirirlər...

    “Müalicəmə baxan yoxdur, yalnız ailəm edir” - ...

    8-01-2021, 15:07

  • 
  • Müharibə veteranları 700 manat alacaqlar

    Müharibə veteranları 700 manat alacaqlar ...

    24-04-2013, 11:23

  • 
  • “Ya mənimlə sevgili ol, ya da...” - 22 yaşlı gənc özünü öldürmək istədi

    “Ya mənimlə sevgili ol, ya da...” - 22 yaşlı gənc ...

    29-11-2017, 13:55

  • 
  • Əməkdar jurnalisti  Telli Pənahqızı  gənc müğənni Həmid Sultanla bir yerdə

    Əməkdar jurnalisti Telli Pənahqızı gənc müğənni ...

    25-11-2013, 15:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu