“12 oktyabrda Qarabağın azadlığı uğrunda Hadrutda gedən döyüşlərdə yaralandım. Xəstəxanada müalicə aldıqdan sonra 1 dekabrda evə buraxıldım. 1 dekabrdan bu günə kimi mənimlə heç bir dövlət orqanı maraqlanmır. Bir zəng belə edib soruşan olmadı ki, yaşayırsan?”
Gundemxeber.Az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözləri Vətən Müharibəsi qazisi Muxtar Əkbərov özünün Facebook hesabında yazaraq, paylaşıb.
O bildirib ki, bir çox problemlə üzləşib. “Mərkəzi Hərbi Poliklinikaya gedirsən ki, sənədlərini soruşasan, adam əlindən tərpənməli deyil. Hərbi hissədən isə deyilər ki, sənədlərini almaq üçün məzuniyyət kağızını özün gətirməlisən. Hərbi hissə Xocavənd rayonunda yerləşir, mən yeriyə bilmirəm və hal-hazırda ora getməyim mümkün deyil. Hər hansı bir yaxınım getməsi üçün də maşın yoxdur, taksilər isə təhlükəli olduğu üçün getmirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət komitəsinin rayon şöbəsindən isə deyirlər ki, biz də bilmirik”.
Üzləşdiyi problemdən dolayı çarəsiz qalan Qazimiz qeyd edir ki, bilmirsən müalicə alasan, yoxsa sənədlərini düzəldəsən. “Ailəm mənə baxsın, məni müayinəyə aparsın, hərbi hospitaldan sənədlərimi alsın, Hadrut qəsəbəsinə getsin? Hərbi Hospitalda sənədlərimi itirirlər, tanımadığım insan zəng edib küçədən tapdığını bildirir. Müalicəmə də baxan yoxdur, ancaq ailəmin hesabına. Pozulmuş sinirlərimizi bir də süründürməçilik ilə pozurlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?