GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Qarabağ qaziləri” birliyi Prezidentə müraciət etdi - Bəzi ünsürlər...

“Qarabağ qaziləri” birliyi Prezidentə müraciət etdi - Bəzi ünsürlər...

Tarix: 4-05-2021, 10:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 348
“Qarabağ qaziləri” birliyi Prezidentə müraciət etdi - Bəzi ünsürlər...


“Qarabağ qaziləri” ictimai birliyi son günlər Qazilərlə bağlı Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq idarələrinin yaratdığı problemlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etdi. Müraciətdə deyilir:

“Hörmətli Prezident! Cənab Ali Baş Komandan!

“Qarabağ Qaziləri” İctimai Birliyi Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş müharibə əlillərinin sosial rifahının, maddi vəziyyətlərinin və hüquqlarının qorunması istiqamətində çalışan təşkilatdır.

Azərbaycanda təməli hələ illər əvvəl ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan – şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan insanlara dövlət qayğısı siyasəti Sizin rəhbərliyinizlə uğurla davam etdirilir.

Ölkəmizə rəhbərlik etdiyiniz müddətdə müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunmaları, şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan insanlara mənzillərin verilməsi istiqamətində sürətlənmə olmuşdur. Nəticədə xeyli sayda müharibə insanları mənzil və avtomobillərlə təmin olunurlar.

Bundan başqa bu kateqoriyadan olan insanların maddi və sosial rifahlarının yaxşılaşdırılması üçün məhz Sizin imzaladığınız fərmanla təyin olunmuş, aldıqları pensiyadan əlavə, Prezident təqaüdü onların həyat tərzini xeyli yaxşılaşdırmışdır.

Sizin apardığınız sosial siyasət bu gündə uğurla davam edir. Biz Qarabağ qaziləri bu dəstəyi öz həyatımızda hər an hiss edirik və dəstəkləyirik. Müharibə əlillərinin sosial reabilitasiya və müalicələri yüksək səviyyədə davam etdirilir.

Hörmətli Prezident!

2020-ci ilin 27 sentyabr tarixində əks hücumla başlanmış 44 günlük vətən müharibəsi Ali Baş Komandan olaraq Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində böyük bir tarixi zəfər qələbəsi ilə başa çatmışdır. Sizin də dediyiniz kimi, 44 günlük döyüşlər dünya hərb sahəsində bir təcrübəyə çevrilərək nümunə olmuşdur. Azərbaycan xalqı bu zəfər qələbəsini və sizi öz qəlbində daimi yaşadacaqdır.

Sizin və ölkəmizin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və tapşırığı ilə 44 günlük vətən müharibəsində şəhid olanların ailə üzvlərinə, müharibə əlillərinin və onlara bərabər tutulan insanlara diqqət və qayğı göstərilməkdədir. Bütövlükdə şəhid ailələrinin, müharibə əlillərinin və onlara bərabər tutulan insanlara diqqət və qayğı göstərilməsi istiqamətində yaradılmış “Yaşat Fondu”, eləcə də yerli İcra Hakimiyyəti orqanlarında şəhid ailələri və müharibə əlillərinə xidmət etmək üçün yaradılmış xüsusi şöbələr təqdirə layiq bir haldır.

Hörmətli Prezident!

Bütün bunlarla yanaşı bir çox məsələlər var ki, bu günlərdə sosial şəbəkələrdə kütləvi olaraq sosial narazılıq halları kimi yayılaraq təqdim olunur. Bu da bütün cəmiyyətimiz kimi, bizi də çox ciddi narahat edir. Sanki dövlət strukturlarında kök salmış bəzi ünsürlər Sizin, xalqımızın bu möhtəşəm qələbəsini həzm edə bilmirlər. Planlı şəkildə, Qaziləri narazı salmaqla ölkəmizdə qarışıqlıq salmaq istəyirlər. Amma biz Qarabağ qaziləri həmişə olduğu kimi, yenə Sizinləyik!

Hörmətli Prezident!

“Qarabağ Qaziləri” İctimai Birliyi Sizin tapşırığınız əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər aidiyyəti qurumların apardığı dövlət siyasətini dəstəkləyir və onlara yaxından köməklik göstərərək əllərindən gələni edirlər. Amma müəyyən məsələlər var ki, onları Sizin nəzərinizə çatdırmaq istəyirik. Müharibədə yaralanan döyüşçülərə əlillik dərəcələrinin müəyyən olunduqda xüsusi həssaslıqla yanaşılmalı və digər əlillərlə bir götürülməməlidir. Çünki, onlar müharibə görüblər, onların gözləri qarşısında döyüş dostları, ailə üzvləri, hətta övladları belə qətlə yetirilibdir. Bunlar isə əllik dərəcələri təyin ediləndə nəzərə alınmır. Bəli, başa düşürük, son illərdə xüsusi ilə də 2010-cu ildən bəri əlilliyin təyin olunmasında ciddi saxtakarlıqlara yol verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu hallar aşkar olunaraq aradan qaldırılır. Eyni zamanda, bu faktlardan istifadə edərək müharibə əlillərinin süni şəkildə incidilməsi halları bizləri narahat edir. Bunun da əsas səbəblərindən biri son illərdə Milli Məclisin əlilliyin təyin edilməsi meayarlarının müəyyənləşdirilməsi ilə bağlı qəbul edilmiş qanun və Nazirlər Kabinetinin verdiyi qərarlardır.

Bizdə olan məlumatlara görə bu məsələylə bağlı hüquqi normativ hüquqi aktlar Avropa qanunlarından istifadə edilərək hazırlanıb. Bu düzgün yanaşma deyil. Niyə Xocalı soyqırımını, Qaradağlı və digər faciələrini yaşamış, o hadisələri gözləri ilə görmüş psixoloji travmalar almış şəxslərin əlillik dərəcələrinin verilməsi 75 ildir müharibə, faciə görməyən Avropanın qanunları ilə hazırlanmalıdır?

Hansı ki, bu qərarların qəbul edilməsində müharibə təşkilatlarından olan QHT-nın üzvləri həmin qərarların qəbul olunmasında iştirak etməmişdir. Nəticədə əlillik dərəcələrinin verilməsində çox ciddi problemlər əmələ gəlmişdir. Təsəvvür edin, müharibədə iştirak edərək qollarını, ayaqlarını, hətta gözlərini itirmiş Qarabağ qazilərinin pensiyaları dayandırılır. Elə müharibə əlilləri var ki, 1 ildir, 9, 6, 5 aydır heç bir səbəb göstərilmədən pensiya təminatı dayandırılıb. Araşdırma zamanı bizə deyilən səbəblərdən heyrətə gəlirik. Bu məsələləri qaldıran da isə deyirlər ki, texniki problemdir. Əgər möcvud onlayın sistem problem yaradırsa, deməli, nəysə düz deyil və düzəltmək lazımdır. Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sonuncu qəbul olunmuş qanun və Nazirlər Kabinetinin qərarını əsas gətirir. Həmin qərar da müəyyən boşluqlar var ki, bunlar mütləq aradan qaldırılmalıdır.

Cənab Ali Baş Komandan!

Xahiş edirik bu həssas məsələlərin həll olunması istiqamətində, həmin qərarlara yenidən baxılması, mövcud boşluqların aradan qaldırılmasında köməklik edin! Ümid edirik ki, məhz Sizin nəzarətiniz və göstərişinizlə bu məsələlər öz müsbət həllini tapacaq.
Əvvəlcədən təşəkkür edir və Sizə inanırıq.” //moderator.az//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik: Sərəncam müharibə əlillərinə 400 avtomobilin təqdim olunmasına imkan verəcək

    Nazirlik: Sərəncam müharibə əlillərinə 400 ...

    21-07-2020, 20:44

  • 
  • «Qarabağ Qaziləri» İctimai Birliyi baş vermiş hadisə ilə əlaqədar açıqlama verdi - EKSKLÜZİV

    «Qarabağ Qaziləri» İctimai Birliyi baş vermiş ...

    25-12-2013, 16:01

  • 
  • Qarabağ qaziləri aksiya keçirirlər

    Qarabağ qaziləri aksiya keçirirlər ...

    26-12-2013, 12:23

  • 
  • Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 100 mənzil təqdim edildi

    Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ...

    28-05-2020, 16:34

  • 
  • Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezident təqaüdünün artırılması üçün ayrılacaq vəsait məlum olub

    Müharibə və 20 Yanvar əlillərinə, şəhid ...

    21-02-2018, 13:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu