GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vergi və Məşğulluq xidmətlərinin “pandemik” sosial yardım” dələduzluğu

Vergi və Məşğulluq xidmətlərinin “pandemik” sosial yardım” dələduzluğu

Tarix: 6-05-2021, 16:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 513
Vergi və Məşğulluq xidmətlərinin “pandemik” sosial yardım” dələduzluğu


ƏƏSMN “işsiz” uçotunda olan xanımın 3 əmək müqaviləsini “tapıb,

İqtisadiyyat Nazirliyi heç bir müqavilə aşkar etməyib

Pandemiya dönəmində hökumətin başlıca işi əhalinin sağlamlığının tibbi yöndən qorunması ilə yanaşı, onların sosial yöndən müdafiəsinin həyata keçirilməsini təşkil etməkdir. Bu məqsədlə 600 min vətəndaşa aylıq 190 manatlıq sosial yardım verilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) dövlət büdcəsindən ayrılan vəsait hesabına iki ay təmin edib. Yardımdan qıraqda qalan vətəndaşlar elə əsassız “əsaslar” ilə üzləşib ki, adamın “əli üzündə qalır”. Təsəvvür edin, ailə qurmayan şəxsə “həyat yoldaşının işləməsi”nə görə imtina “sms”-i gəlib. Yaxud 19 yaşlı şəxsin “ 30 yaşlı övladının “ gəliri ilə yardımsız qalması “əsaslandırılıb”. Düzdür, faiz hesabı ilə götürəndə belə halları nəzərə almamaq da olar, amma, söhbət İNSANdan gedir axı! Sosial yardım məsələsində fərdi yanaşma önəm daşıyır, haqq edən bir nəfər də olsa, yardımdan qıraqda qalırsa, dövlətin və onun başçısının sosial siyasətinə “kölgə düşür “.

Vergi və Məşğulluq xidmətlərinin “pandemik” sosial yardım” dələduzluğu


Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi -18A, m.11 ünvanında yaşayan S. Hüseynovanın “sosial yardım”dan qıraqda qalması da olduqca məntiqsiz və hökumət adına utancvericidir. 2020-ci ilin aprelin 7-ə kimi Xətai rayonunda “işsiz” uçotunda olan xanım NK-nın həmin 7 aprel 2020 tarixli qərarı ilə sosial yardım verilməsi nəzərdə tutulan şəxslərin siyahısından qıraqda qalıb ki, adına aktiv əmək müqaviləsi aşkarlanıb və 7 aprel tarixindən “işsiz” statusu daşımır! (?) Özbaşınalığı təsəvvür edirsiniz? Ali təhsilli şəxs on illərdir ƏƏSMN vasitəsilə iş axtarır və. ..düz pandemiya ilə bağlı işsiz vətəndaşlara sosial yardımın verilməsi haqqında qərar qəbul olunan gün – 7 aprel 2020-ci ildə “iş tapır”, statusunu ƏƏSMN ləğv edir. “Sosial yardım” dələduzluğu göz önündə olsa da, bağlantılı qurumlar yardıma ehtiyacı olan vətəndaşın şikayətini qanuna zidd olaraq barəsində şikayət edilən Dövlət Məşğulluq Xidmətinə göndərib və hər dəfə “aşkarlanan” “aktiv əmək müqaviləsi”nin sayı artıb. Sonuncu dəfə işsiz xanıma 3 (!) yerdə işlədiyi bildirilib.

Vergi və Məşğulluq xidmətlərinin “pandemik” sosial yardım” dələduzluğu


Əlacsız və yardımsız qalan xanım İqtisadiyyat Nazirliyindən iş yerini itirməyə görə yardım ödənilməsini istəyəndə növbəti özbaşınalıqla üzləşib . DİN-dən İqtisadiyyat Nazirliyinə daxil olan şikayətə cavab olaraq yanındakı Vergi Xidməti 01.04.2021 tarixli məktubla bildirib ki, pandemiyanın ölkənin biznes mühitinə , məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əmək haqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün maliyyə dəstək proqramı hazırlanmışdır. ”Proqrama əsasən , pandemiyadan zərər çəkmiş sahələrdə ƏMƏK MÜQAVİLƏSİ ilə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi nəzərdə tutulmuşdur “. Bəs niyə bu proqramdan “3 işini” birdən itirən xanıma pay düşməyib? Sualın cavabını sonrakı qeyd açıqlayır : “ DÖVLƏT VERGİ XİDMƏTİNİN İNFORMASİYA SİSTEMİNDƏ MUZDLU İŞÇİ KİMİ QEYDİYYATINIZ AŞKAR EDİLMƏMİŞDİR “.

Vergi və Məşğulluq xidmətlərinin “pandemik” sosial yardım” dələduzluğu


Vətəndaş çaşıb, yoxsa, İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri? Biri illərdir iş axtardığı vətəndaşa bir günün içində 3 iş yeri “tapır”, o biri nəinki 3, heç bir işinin olmadığını bildirir. Belədə deyiblər, ayının min oyunu var, hamısı bir armudun başında. 2 gün qabaq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev elə cavab verib ki, əvvəlkini yalanlayır. 3-cü dərəcəli vergi xidməti müşaviri vətəndaşa bir ildən də çox vaxt keçəndən sonra 30.01.2019 tarixli VÖEN “tapıb”. Amma sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə dair qaydalara əsasən, 2019-cu ildə vergiləri, məcburi dövlət sosial sığorta , işsizlikdən sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş müəyyən edilmədiyindən “zorən sahibkar” xanıma maliyyə dəstəyi göstərilməsinin nəzərdə tutulmadığı vurğulanıb. Dövlət (xidməti ) səviyyəsində özbaşınalıq, dələduzluq göz önündədir, sadəcə hüquqi qiymət verən yoxdur. Baş prokurorluq, Bakı şəhər prokurorluğu faktla bağlı araşdırma

Vergi və Məşğulluq xidmətlərinin “pandemik” sosial yardım” dələduzluğu


aparmaq yerinə, bir ildən çoxdur gah vergi, gah məşğulluq xidmətlərinə özbaşına cavablar verməyi tapşırır. Ay məmurlar, kiminsə adına VÖEN varsa, mütləq bu barədə şəhadətnaməsi də olmalıdır. Məktubla VÖEN, şəhadətnamə verilmir! Eyni zamanda, vergiyığanlar bir gün bəyannaməni gecikdirən kimi cərimə tətbiq edirlər, dəbbə pulu hesablayırlar , həbslə hədələyirlər . İndi, necə olur, fərdi sahibkar 3-cü ildir vergi ödəmir, sığorta haqları ödəmir, heç kim ona “gözün üstə qaşın var” demir. Uzağa getməyə ehtiyac yoxdur , üç-dörd il qabaq Ağsuda soğan-sarımsaq qurudan xanımları qoçaq vergi müstəntiqləri axşama kimi “damlamışdılar” ki, vergi uçotuna dayanmadan torpağı əkib-becəriblər! (?) Yəni, elə nağıl danışın ki, bir az inandırıcı olsun. Yoxsa, “şap elə bilir şupdadı, şup elə bilir şapdadı; nə şapdadı, nə şupda”.

Heçdən üç iş yeri, üçdən heç nə “tapan” məşğulluq və vergi xidmətləri axtarışlarını sosial-iqtisadi sahənin inkişafına yönləndirsələr , belə saxta tapıntılara da ehtiyac qalmaz.

Məğrur Bədəlsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ƏƏSMN məmurları ehtiyacı olanlara ayrılan yardımları mənimsəyir

    ƏƏSMN məmurları ehtiyacı olanlara ayrılan ...

    3-07-2020, 22:21

  • 
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ev tikintisi üçün müqavilə bağlayıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ev ...

    5-08-2016, 00:23

  • 
  • Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi

    Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi ...

    26-02-2014, 15:23

  • 
  • Səlim Müslümov görünməmiş addım atdı - nazir saxtakarları üzə çıxartdı

    Səlim Müslümov görünməmiş addım atdı - nazir ...

    28-11-2013, 10:02

  • 
  • Məşğulluq Mərkəzi 3 milyonu əsassız yerə xərcləyib – Materiallar Baş Prokurorluqda

    Məşğulluq Mərkəzi 3 milyonu əsassız yerə ...

    27-03-2019, 14:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu