Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ev tikintisilə bağlı müxtəlif şirkətlərlə 13 müqavilə bağlayıb. Nazirliyin məlumatına görə, ölkə rayonlarında 142 ədəd 1-3 otaqlı fərdi ev tikiləcək. Həmin evlərdə 405 otaq olacaq. Bağlanan müqavilələrin ümumi məbləği 9 mln. 638 min manat təşkil edir. Tender əsasında tikiləcək evlərin podratçıları «İnkişaf Təmir Tikinti», «Arko Təmir Tikinti Şirkəti», «Tala Tikinti», «Olimp-S», «Şahbulaq Kommersiya İnşaat və Ticarət», «Arsenal-E», «Natal-İnşaat», «Perlit», «Tua-TT», «A-Construction ltd» və «MİS-T»-dir. Turan
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?