GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycan dövlətinə ləkə gətirən dələduzluq: saxtakar hakim, himayədar Ədliyyə nazirliyi sahibkarı əsir götürüb

Azərbaycan dövlətinə ləkə gətirən dələduzluq: saxtakar hakim, himayədar Ədliyyə nazirliyi sahibkarı əsir götürüb

Tarix: 7-05-2021, 15:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 555
Azərbaycan dövlətinə ləkə gətirən dələduzluq: saxtakar hakim, himayədar Ədliyyə nazirliyi sahibkarı əsir götürüb


Fikrət İbrahimov adlı şəxs tərəfindən aldadılan vətəndaş Sakin Ağayev üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransında İbrahimov Fikrət Vəli oğlunun qanunsuz əməlləri və ona havadarlıq edən dövlət məmurları barəsində geniş məlumat verən S.Ağayev bildirib ki, Qazaxstan Respublikasında yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus olan «Töleş Manğıstau» MMC-nin 51%  hissəsini 14 iyun 2014-cü il tarixdə Aktau şəhərində imzalanan 14-02 saylı alqı-satqı müqaviləsi əsasında 1.250.000 (Bir milion iki yüz əlli min) ABŞ dollarına digər Azərbaycan vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satmışdır. Bu müqavilənin şərtlərinə görə F.İbrahimov aldığı pay hissəsinin dəyərini 2014-cü ilin sonuna qədər ödəməli idi, lakin göstərilən vaxtda vəd edilən məbləğ ödənilməmişdir. Bunun ardınca 2015-ci il fevaral ayında F.İbrahimov iki dəfəyə hər birində 350.000 ABŞ dolları olmaqla ümumi 700.000 ABŞ dollar müqavilədə göstərilən bank hesabına köçürmüş, hesaba köçürülən pulu hesaba mədaxil etmək üçün bankdan müqavilə tələb olunduqda V.Rəhimli yuxarıda göstərilən 14-02 saylı müqavilənin nüsxəsini banka təqdim etmiş, lakin bankdan müəyyən olunmuşdur ki, qeyd edilən vəsait həmin müqavilə əsasında deyil, başqa bir adla hansısa başqa saziş əsasında metal tədarükü məqsədi ilə ödənilmişdir. V.Rəhimlidə metal tədarükü təyinatlı bir müqavilə olmadığına görə, ödəniş səbəbi yanılış göndərildiyi üçün Bank vəsaiti hesaba mədaxil etmədən geri qaytarmışdır. Bu barədə F.İbrahimov məlumatlandırmış və ödənişin təyinatını düzgün, yəni tərəflər arasında bağlanan (yuxarıda göstərilən) müqavilə əsasında yenidən köçürülməsi xahiş olunmuşdur. Bir müddət sonra İbrahimov F. telefonla R.Vüsalənin həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğluna zəng vurub bildirmişdir ki, pulu bank hesabına göndərə bilmir və onu nəğd olaraq Bakıda vermək istəyir. Qazaxstanda banka olan borclarını tezliklə bağlamaq üçün V.Rəhimli buna razılıq vermiş, həmən məbləği öz həyat yoldaşı Sakin Ağayevin Bakıdakı bank hesabına qoymağı və ordan Qazaxstana göndərilməsinə razılıq vermişdir. Bakıdakı bank hesabından əməlyatlar aparmağa Sakin Ağayevin birinci nigahından olan qızı Ağayeva Dilarədə etibarnamə mövcud olduğunu nəzərə alaraq onun vasitəsi ilə bu əməliyyatı həyata keçirməyə qərar verilmişdir. Beləliklə, Fikrət İbrahimov iki dəfə (20.02.2015 və 25.02.2015-ci il tarixlərində) hər dəfə 349000 ABŞ dolları olmaqla (hər dəfə həmin məbləğlərdən 1000 ABŞ dolları nəğdləşmə faizi çıxmaqla) ümümi 698000 ABŞ dolları Ağayeva Dilarə vasitəsi ilə R.Vüsalənin həyat yoldaşı S.Ağayevin bank hesabına qoymuş, hər iki əməliyyatla bağlı o Dilarə Ağayevadan bu pulun onun tərəfindən qəbul edilməsinə dair qəbz almışdır. Birinci dəfə ödənişi F.İbrahimov, ikinci dəfə isə onun oğlu Şahin İbrahimov həyata keçirmişdir. Ancaq borcun qalan 550000 ABŞ dolları hissəsi isə ödənilməmiş qalmışdır.

Bundan sonra F.İbrahimov zənglərə cavab verməmiş və onunla uzun müddət əlaqə saxlamaq mümkün olmamışdır. Aaydın olmuşdur ki, F.İbrahimov borcun qalan hissəsini, yəni  550000 ABŞ dolları ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrlə qarşı tərəfə təzyiqlər göstərməyə başlamışdır. Ona görə V.Rəhimli 2016-cı ilin iyun ayında Qazaxstan Respublikasının 2 saylı Aktau şəhər Məhkəməsində «borcun ödənilməsi» tələbi ilə bağlı F.İbrahimova qarşı iddia qaldırmışdır. Qazaxstanda məhkəmə prosesləri uzun müddət davam edərək Ali Məhkəməyə qədər çıxmış və sonda Qazaxıstan Respublikası Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixdə F.İbrahimovun 14 iyun 2014-cü il tarixli 14-02 saylı alqı-satqı müqaviləsi əsasında R.Vüsaləyə olan 1.250.000 (Bir milion iki yüz əlli min) ABŞ dollar məbləğində borcdan qalan 550.000 ABŞ dolları və 68.000 ABŞ dolları məhkəmə xərclərinin ödənilməsinə dair 4799-18-00-2a/547 saylı Qətnamə çıxarılmışdır. Məhkəmə qərarı elan olunduğu gündən qüvvəyə minmiş və Qazaxstan Respublikası Aktau şəhər Məhkəmə İcraçıları tərəfindən icraya yönəldilmişdir. V.Rəhimliyə olan borcu ödəmədiyinə görə hal-hazırda F.İbrahimov Qazaxstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.  F.İbrahimov açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş borcunu ödəməkdən yayınaraq Azərbaycana qaçdığı üçün V.Rəhimli AR Ali Məhkəməsinə müraciət edərək qanuni qüvvəyə minmiş Qazaxıstan Respublikası Manqistau Vilayət məkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-002a/547 saylı qətnaməsinin AR ərazisində tanınması və məcburi icraya yönəldilməsi barədə Beynəlxalq Konvensiya qanunlarına uyğun şəkildə vəsadət qaldırmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyası (hakimlər Hacıyev Sənan Firudin oğlu – sədrlik edən, Əsgərov Qurbət Ağa oğlu və Vəliyevə Elşanə Raffiq qızı) F.İbrahimov havadarlarnın təsiri altında heç bir qanuni əsas gətirmədən 27.12.2018 -ci il tarixdə 10(102)-142/2018 saylı Qərardadları ilə bu vəsadətin təmin edilməsindən imtina etməklə nəinki Azərbaycan qanunlarını, hətda ölkəmizin qoşulduğu Beynəlxalq Konvensiya qanunlarınıda kobudcasına tapdalayaraq dövlətmiz adına ləkə gətirən qərar qəbul etmişlər. Bu qanunsusluğu aradan qaldırmq üçün V.Rəhimli Avropa məhkəməsinə müraciət etmək məcburiyyətində qalmış və Avropa məhkəməsi tərəfindən bu iş artıq icraata qəbul olunaraq qovluq nömrəsi verilmişdir.

Qazaxstan məhkəmələrində fırıldaqçılığı ifşa olunan F.İbrahimiv 2017-ci ildə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu ilə cinayət əlaqələsinə girərək V.Rəhimli və onun ailə üzvlərimə qarşı saxta məhkəmə qətnaməsi çıxardırmaq barəsində sövdələşir.  Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu, yəni 11 nəfər tanınmış hüquq müdafiəçisi  dövlət rəhbərliyinə müraciət ünvanladı, ardınca Qazaxıstanda Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə video müraciətlə çıxış etdi.Bütün bu məktublara, müraciətlərə baxmayaraq, vətəndaş Sakin Ağayevə qarşı saxtakarlıq və dələduzluq etmiş Fikrət İbrahimovla bağlı heç bir addım atılmayıb. İndiyə qədər Pirallahı rayon məhkəməsinin saxta müqaviləyə istinad edərək çıxardığı sifarişli qətnamə, bu qərarı qüvvədə saxlayan Ali Məhkəmə, habelə Sakin Ağayev barəsində əsassız yerə cinayət işi açan Ədliyyə Nazirliyi, F.İbrahimovu himayə edən qüvvələrlə bağlı heç bir reaksiya verilməyib.  Bundan başqa  qanunsuzluqları aradan qaldırmaq üçün S.Ağayev Avropa məhkəməsinə müraciət etmək məcburiyyətində qalmış və Avropa məhkəməsi tərəfindən bu iş artıq icraata qəbul edilərək qovluq nömrəsi verilmişdir. F.İbrahimov bu saxta qətnamənin tanınması və icrası üçün V.Rəhimli və S.Ağayevin yaşadığı Qazaxstan Respublikasına göndərmiş, qətnamənin tam qanunsuz olmasına baxmayaraq Qazaxstan Respublikasının məhkəmə orqanları Beynəlxalq konvensiyaya uyğun oilaraq onu təftiş etmədən tanıyaraq icraya yönəltmişlər. Aktau şəhər Məhkəmə İcraçıları V.Rəhimli və S.Ağayevin əmlakına və bank hesablarına həbs tətbiq etməklə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 26.07.2017-ci il tarixdə çıxardığı 2(094)-396/2017 saylı Qətnaməsinin icrasına başlamışlar.  Qazaxıstan Respublikasında F.İbrahimova qarşı məhkəmə qərarının icra edilməsinə baxmayaraq artıq üç ilə yaxındır ki, vətəndaş Sakin Ağayev və qızı Dilarə Ağayeva haqqında onların Azərbaycandan çıxışına qadağa qoyulub.

S.Ağayev deyir ki, onun, ailə üzvlərinin hüquqları bir fırıldaqçının sifarişi və Ədliyyə Nazirliyinin vəzifəli şəxsinin ona havadarlığı ilə məhkəmə ilə ədliyyə orqanları tərəfindən kobudcasına tapdalanır. “Bütün bu ədalətsizliklər və saxtakarlıqların açıq-aydın ortalıqda olmasına və onların kütləvi informasiya mənbələrində işıqlandırılmasına, həmçinin bu barədə hüquq-mühafizə orqanları və ölkə rəhbərliyi adına etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq artıq üç ildir ki bu qanunsuzluqlar aradan qaldırılmır”, – deyə vətəndaş bir daha səsinə səs verilməsini istəyir. Onun sözlərinə görə, Fikrət İbrahimov etibarından sui-istifadə edərək həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızının əmlakını mənimsəyib.  O, qaçıb Azərbaycanda gizləndiyinə görə həyat yoldaşı dəymiş ziyanın ödənilməsi üçün qanunauyğun şəkildə məhkəməyə müraciət edib . Qazaxıstanda açıq məhkəmə çəkişməsində F.İbrahimovun bütün yalanları ifşa olunaraq qanunsuz əməlləri sübuta yetirilib və onun V.Rəhimliyə borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilib. “Qətnamə qanuni qüvvəyə mindikdən sonra həyat yoldaşım Beynəlxalq Konvensiyaya uyğun şəkildə Azərbaycan Ali Məhkəməsinə müraciət edərək Qazaxıstan  Məhkəməsinin qətnaməsinin Azərbaycan ərazisində tanınması və məcburi icraya yönəldilməsini barədə vəsatət qaldırıb. Gördüyünüz kimi, Ali Məhkəmə Beynəlxalq Konvensiya qanunlarını da kobudcasına pozaraq heç bir qanuni əsas gətirmədən Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina edib”, – deyə S.Ağayev bildirir.

Haqqı tapdanan S.Ağayev sual edir ki, görəsən, bu Ə.Qəhrəmanov nəyə arxalanaraq qanunları bu cür kobudcasına pozub: “Bəs bu saxtakarlıqların açıq-aydın ortalıqda olduğu halda nə üçün ölkəmiz adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Birtərəfli qaydada imzalanan kağız parçasına necə «müqavilə» adı ilə hüquqi sənəd kimi istinad edilə bilər?” Şikayətçi qeyd edir ki, bundan əlavə hazırda barəsində Pirallahı rayon Məhkəməsinin Qətnaməsinin icra olumaması adı ilə CM-nin 306-cı maddəsinə (məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmə) əsasən Ədliyyə Nazirliyinin İstintaq idarəsində cinayət işi başlanıb, işin baxılması müstəntiq Malik Səfərovun icraatına verilib: “ Bu qətnamə Qazaxıstanda tam icra olunduğu üçün İstintaq idarəsinə cinayət işinin icraatına xitam verilməsi barədə ərizə ilə müraciət olunub.

Lakin Fikrət İbrahimova havadarlıq edən Ədliyyə Nazirliyi məmurunun təsiri altında İstintaq İdarəsinin müstəntiqi Malik Səfərovun 26 avqust 2020-ci il tarixli qərarı ilə  cinayət işinin icraatına xitam verilməsi barədə vəsatətimiz heç bir qanuni əsas gətirilmədən rədd edilib. Sual olunur, əgər bu istintaq işi məhkəmə qətnaməsinin icra olunmaması adı ilə açılıbsa və artıq həmin icra işi üzrə icra işi tam başa çatıbsa, İstintaq idarəsi nəyin istintaqı davam etdirilir, niyə istintaq işinə xitam vermir? Yəni Ədliyyə Nazirliyi strukturları F.İbrahimovun maraqlarını təmin etmək üçün hər bir qanunsuzluqlara əl ataraq mənə və ailə üzvlərimə qarşı törədilən bu haqsızlıqları davam etdirirlər. Artıq üç ildir ki, Ədliyyə Nazirliyi məni girovluqda saxlayır”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ““El”i Eldar Namazodan alacam” – Əflan İbrahimov

    ““El”i Eldar Namazodan alacam” – Əflan İbrahimov ...

    27-08-2013, 11:55

  • 
  • Nazim İbrahimov bu gün torpağa tapşırılacaq

    Nazim İbrahimov bu gün torpağa tapşırılacaq ...

    2-09-2019, 11:27

  • 
  • Pirallahı Məhkəməsinin hakimindən prezidentə ŞİKAYƏT

    Pirallahı Məhkəməsinin hakimindən prezidentə ...

    11-07-2019, 14:35

  • 
  • Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ağır cəza

    Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ...

    5-10-2017, 16:24

  • 
  • Nazim İbrahimov prezidentə məktub yazdı

    Nazim İbrahimov prezidentə məktub yazdı ...

    14-12-2012, 13:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu