Gundemxeber.az bikdirir ki, dosye.org saytın elektron ünvanina Bakı şəhər sakini Həsənov Nicat Eldar oğlu tərəfindən şikayət məktubu daxil olub.
Vətəndaş şikayət məktubunda göstərir ki, özünü polis əməkdaşı kimi təqdim edən Rəcəb Rəcəbov tərəfindən dələduzluğa məruz qalib. Belə ki, dələduzluqda adi hallanan R. Rəcəbov polis mayorudur. Vətəndaş N. Həsənov şikayət məktubunda daha sonra vurğulayır ki, R. Rəcəbov özünü 25-ci polis bölməsinin əməkdaşı kimi təqdim edərək bütün problemli məsələlərdə ona yardımçı olacağını vəd edib. Elə söhbət əsasında şikayətçi Rəcəbdən dostuna yardımçı olmağını xahiş edir. O da müqabilində "yuxarılarla” danışacağını və istənilən halda köməklik göstərəcəyini bildirir. Danışıqlardan sonra güya R. Rəcəbov Nicatin yaxin dostuna kömək edəcəyini deyərək adı hallanan şəxsdən 14000 AZN alir. Bir müddət keçdikdən sonra məlum olur ki, R. Rəcəbov onları aldadıb, eyni zamanda pulu mənimsəyib. Baş verən olaylardan sonra dələduzluğa məruz qalan N. Həsənov "polis mayorunu” axtarmağa başlayır. Məlum olur ki, R. Rəcəbov bir neçə vətəndaşı aldadaraq onlardan da pullar qoparıb. Şikayətçi daha sonra əlavə edir ki, bu barədə prokurorluğa və Daxili Işlər Nazirliyinə məlumat məlumat verir. Lakin prokurorluğdan bildirilib ki, işın araşdırılması 25-ci polis bölməsinə həvalə olunub. Iş materialı Bəkir adlı tədqiqatçın nəzarətində olduğu üçün onunla görüşməli olub. N. Həsənov əlavə edir ki, sən demə R. Rəcəbov polis orqanlarından qovulub. Əvvəllər isə tədqiqatçı Bəkirlə birlikdə işləyiblər. Dosye.org-ın apardığı araşdırmalara görə, polis adından məharətlə istifadə edən Rəcəb Rəcəbov, Samir Qubadov adlı vətəndaşı aldadaraq ondan 50.000 AZN alaraq, həbsdə olan yaxınını güya azadlığa çıxaracaq. Bunlardan əlavə muğənni Ibrahim Borçalının etibarından sui-istifadə edərək ondan da küllü miqdarda pul mənimsəyib. Keçmiş polis əməkdaşının fırıldağlığı bununla bitmir. Adını hallanmağnı istəməyən daha bir vətəndaşdan SOCAR-a işə düzəltmək adı ilə ondan 20.000 AZN alib. Əslində, R. Rəcəbovun atdığı addım və polis adından istifadə etmə halları hüqüq mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Belə bir şəxsin polis adından sui-istifadə etməsi yolverilməzdir. Əlbətdə ki, asayışımızı qoruan polislərimiz sözün həqiqi mənasında alqışa layiqdir. Kimliyindən aslı olmayaraq heç bir şəxs polis adına xələl gətirə bilməz və buna cəsarəti də çatmaz. Çox istərdik ki, məsələ ilə bağlı aidiyyətli qurumlar dərindən araşdırmalara start versinlər. Nəzərinizə çatdıraq ki, polis adından istifadə edən Rəcəb Rəcəbovla bağlı Baş Prokurorluğa və Daxili Işlər Nazirliyinə müraciət ünvanlanacaq. Bir daha diqqətinizə çatdıraq ki, R. Rəcəbovun qardaşı Rəfail Rəcəbovda 3-cu polis bölməsinin əməkdaşıdır. Mövzuya yenidən qayıdacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?