Berlində sürətli şahmat üzrə dünya çempionatının qalibləri müəyyənləşib.
Azərbaycan təmsilçisi Teymur Rəcəbov çempionatın bürünc medalını qazanıb.
Goal.az xəbər verir ki, 46 ölkədən 158 şahmatçının qələbə uğrunda mübarizə apardığı çempionatda ölkəmiz Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Namiq Quliyev tərəfindən təmsil olunub.
Turnirin qalibi adını 15 turdan sonra aktivinə 11,5 xal yazdıran Norveç təmsilçisi, klassik şahmat üzrə dünya çempionu Maqnus Karlsen qazanıb. Təmsilçimiz Teymur Rəcəbov, rusiyalı Yan Nepomniatçi və Kuba şahmatçısı Perez Leyner Dominqez hərəyə 10,5 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər.
Azərbaycan qrossmeysteri əlavə göstəricilərə görə, bürünc medala sahib olub. Şəhriyar Məmmədyarov 10 xalla 5-12-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 10-cu yeri tutub. Qədir Hüseynov 9,5 xalla 24-cü, Rauf Məmmədov 8 xalla 52-ci, Eltac Səfərli isə 54-cü pillədə qərarlaşıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?