Zakir Həsənov və Xanlar Vəliyev Hərbi Polisdə ciddi yoxlamaların aparılmasına göstəriş verməlidir...
Biz bir şeyi mütləq nəzərə almalıyıq ki, Azərbaycan dövlətinin bu il 30 yaşı tamam olacaq. Yəni bu 300-500 il yaşı olan dövlət deyil. Amma bu o demək deyil ki, məmurlarımız bunu bəhanə edib neqativ hallara yol verməlidirlər. Bəli, Azərbaycanda Hərbi Polis deyilən qurum 1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən yaradılmışdır. Hərbi qulluqçuların ictimai yerlərdə, dəmir yollarında, avtovağzallarda və küçələrdə özlərini nizam intizamlı və geyim qaydasına uyğun şəkildə hərəkət etmələrinə Qarnizon Patrulları və Hərbi avtomabillərin müşaiəti və yol hərəkatı qaydalarına riayət etmələri üçün HYP (Hərbi Yol Polis) kimi bölmələri vardır. Bu bölmələr hər hansı bir ərazidə hərbi qulluqçuların etdiyi qanunsuzluqlar və ya hərbi hissələrdə baş vermiş qanunsuz hərəkətlər barədə araşdırmaların aparılmasını təşkil edir. Bununla yanaşı Hərbi Polis bölməsində əsgərlərin nizam intizamsızlıq etmələri halında ƏİT (Əlahiddə İntizam Taboru) bölməsi də vardır. Azərbaycanın da daxil olduğu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz. Lakin, əgər hərbçilər ictimai asayişə zərər vurarlarsa, yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Sözümüzün canı odur ki, bizdə çoxları Hərbi Polisin funksiyalarını bilmir. Onu da əlavə edək ki, Hərbi Polisin özünün hərbi qulluqçuları var və qurumda hərbi xidmət keçirlər. İndi isə keçək əsas mətləbə. Əsas məsələ odur ki, yuxarıda qeyd etdiyimiz kimi Hərbi Polisdə həqiqi hərbi xidmətə çağırışçılar hərbi xidmət keçirlər. Cəmiyyətimiz üçün maraqlıdır ki, N saylı hərbi hissədə neçə əsgərin qulluq keçməsi bəlli olduğu kimi, görəsən…
1. Hərbi Polisdə neçə gənc əsgər hərbi qulluq keçir ? 2. Həmin gənc əsgərlərin neçəsi məmur balasıdır ? 3. Və neçəsi imkansız ailənin övladlarıdır ? 4. Qiymətlər hansı intervalda dəyişir..? 5. Ümumiyyətlə, söhbət təkcə, Hərbi Polisdən getmir. Bəs el arasında ESKA- Mərkəzi Ordu İdman Klubunda vəziyyət necədir ?
Söhbət 1961-ci ildə Bakı şəhərində yaradılmış OİK (Ordu İdman Klubu) klubdan gedir. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin himayəsindədir. 6. Bəli, ordu İdman klubunda qiymətlər necə dəyişir ? Cəmiyyətin ciddi tələbidir ki, Müdafiə Nazirliyi və Hərbi Prokurorluq yuxarıda qeyd olunan məsələlərlə bağlı ciddi araşdırmalara başlasın. Əminik ki, ciddi araşdırmalar aparılsa, ortaya dəhşətli faktlar və cinayətlər çıxacaq. Amma söhbət ciddi araşdırmadan gedir. Əks təqdirdə biz bir media qrupu olaraq Sabunçuda satılan torpaq sahələri, Pivə zavodlarının ərazisi, N saylı hərbi hissənin ərazisinin necə satılması, şəhərin mərkəzində Nəcməddin Sadıqovun tikdiyi mülklər və s barədə bildiklərimizi ictimailəşdirəcəyik. Hesab edirik ki, müvafiq qurumlar ciddi təhqiqat aparmalı və Nəcməddin Sadıqov və onun kimilər həbs olunmalıdır. Araşdırmamız davam edir.../gundelik-baku/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?