Azərbaycanda xidməti silahını götürərək hərbi hissədən qaçan əsgər tapılıb. Ağstafa Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, əsgər Cəmil Hüseynzadə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə ələ keçib. Onun hansı şəraitdə yaralanması isə hələlik məlum deyil.
Müdafiə Nazirliyinin Tovuz rayonundakı “N” saylı hərbi hissəsində qulluq edən 19 yaşlı Cəmil Hüseynzadə oktyabrın 26-da hərbi hissəni özbaşına tərk edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?