Hərbi Qənimətlər Parkında ziyarətçilərə köhnə biletlər satılır. Gundemxeber.az REPORTYOR.info-ya istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Ehtimal olunur ki, bu üsulla ziyarətçi sayını az göstərilir və Parka giriş üçün ödənilən pullar mənimsənilir.
“Tənqidçi” səhifəsi bu halla üzləşən vətəndaşlardan birinin yazdıqlarını paylaşıb. Həmin paylaşımı təqdim edirik:
“Deməli, bu gün nəhayət ki, Hərbi Qənimətlər Parkına getdim. 30 dəqiqəlik növbədən sonra kassaya çata bildik. 6 bilet istədim, xanım 3-5 dəqiqə qurdalanandan sonra qarşısında qalaqlanmış biletlərdən 6 dənə seçib verdi. Bu ana qədər hər şey normal görünürdü. Amma qarşıda turniket və əllərində QR kod yoxlamaq ücün cihaz olan iki xanım gözləyirdi. Xanimlar bir-bir biletləri scan edir və cihaz hər dəfə “not found” siqnalı verir. Səbəbini soruşduqda, olur belə şey dedilər. Biletləri atmaq üçün zibil qutusu olmadığından cibimə qoydum. Daha sonra atmaq istəyərkən bizə köhnə bilet satıldığını, cihazın bu səbəbdən QR kodu tanımamasını anladım. Yəni, bileti alarkən saat 16.45-i göstərsə də, biletin üzərində saat 10.00 qeyd olunmuşdu və kassada onun çap edilmədiyini, məhz masa üzərindən seçilib verildiyinə şahidəm. Ziyarətçi sayının süni şəkildə az göstərərək kimlərinsə cibini doldurmasını iddia etmək istəməzdim, amma başqa fikir də gəlmir ağlıma?!
Toplanan vəsait Yaşat fonduna yatırıldığından buna bir açıqlama verilməsi lazımdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?