GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » DGK sədri Səfər Mehdiyev və “qırx quldur”

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”

Tarix: 17-05-2021, 10:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 583
DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Və yaxud Azərbaycanda aparılan islahatlar Dövlət Gömrük Komitəsindən niyə yan keçib?

2012-ci ildə ASAN XİDMƏT-in yaradılması ilə bəzi dövlət idarələrinin işi daha şəffaf mərhələyə keçirilsə də, bu proses hələ də tam bitmiş sayılmaz. Belə ki, ölkədə rüşvət bataqlığından xilas olunmasını gözləyən idarələr hələ çoxdur. Əsasən də ölkəyə gətirilən mal və məhsullara tətbiq olunan gömrük rüsumlarının yığıldığı idarələrdə. Yəni Dövlət Gömrük Komitəsində…

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Uzun zamandır Gürcütandan minik avtomobili almaq istəyirdim. Səbəb məlumdur, Azərbaycana nisbətən bu ölkədə qiymətlər daha ucuzdur. Amma Azərbaycandakı korrpusiyanın ən uca zirvəsində qərar tutmuş Dövlət Gömrük Komitəsinin sayəsində yaşadığım təcrübə həyatımın bəlkə də ən pis günlərindən biri oldu. Deyəcəksiniz necə? Aydınlıq gətirim.

Bir tanışımın vasitəsilə sifariş etdiyim “Toyota” markalı avtomobil Gürcüstandan Azərbaycana gətirildiyi gün el arasında “rastamoşka idarəsi” deyilən Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə getdim. Öncədən gətirdiyim avtomobilin qiymətini də “gömrük kalkulyatoru” vasitəsilə hesablamışdım. Dövlət nömrə nişanı və texniki pasport xərcindən əlavə, avtomobilimin qeydiyyatı üçün 3674.08 AZN rüsum ödəməli idim. Amma, necə deyərlər, sən saydığını say, gör Səfər Mehdiyev və onun “qırx qulduru” nə sayır…

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Öncə ondan başlayım ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sözün bütün mənalarında COVİD-19 “meydan sulayırdı”. Belə ki, hər bir kabinetin qapısı önündə onlarla insan növbədə dayansa da, nə məsafə gözləyən vardı, nə də maskaya diqqət edən. O cümlədən, insanların ağzına qədər dolu olduğu zalda da adam əlindən tərpənməyə yer yox idi. Hamı da bir-birinin “ağzının içində”. Amma bu, heç bir rəsmi şəxsi narahat etmirdi. Sanki, Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev COVİD-19-un “gömrükdən keçməsinə” icazə vermədiyindən, onun idarəsində virusun yayılmayacağına əmin idi.

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Elə bu səbəbdən də, idarədə belə desək, ağız deyəni qulaq eşitmirdi. İnsanları bir ödəmə əməliyyatını həyata keçirmək üçün saatlarla gözlədən idarə rəhbərliyi növbəsiz iş rejimi yaratmaq haqda heç düşünmürlər də. Ən azından zalın tutumunu, müraciətçilərin sayını nəzərə alaraq,kabinetlərin sayını artırmaqla problemi həll etmək olar. Kompyuter arxasında oturanlar isə, sanki kinoteatrda filmə baxırmışlar kimi “nazlana-nazlana” çalışırlar. Ola bilsin ki, insanların başına açılan oyunlar, süründürməçilikdən yaranan səhnələr film effekti bağışlayır. Bu səbəbdən, işlərinin ciddiyyətini, insanların ömründən, işindən gedən qızıldan qiymətli zamanını itkiyə verdiklərini dərk etmirlər. Yaxud bu, elə Səfər Mehdiyevin öz işçilərinə təqlin etdiyi, təlimləndirdiyi iş tərzidir.

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Beləliklə, təxminən 1 saatlıq növbədən sonra sənədlərimizi təqdim edə bildik. Bu zaman məlum oldu ki, öncə avtomobili laboratoriyadan keçirib, sertifikat almaq, daha sonra sənədləri təqdim etmək lazımdır. Odur ki, növbədən çıxıb, laboratoriyaya yaxınlaşdıq. Təxminən növbəti 1 saatlıq növbədən sonra avtomobili laboratoriyadan keçirdik və sertifikat aldıq. Bunun ardınca təkrar növbədə dayanıb, sənədlərimizi pəncərələrdən birinə təqdim etdik. Bu dəfə isə dedilər ki, indi də avtomobilin qiymətləndirilməsi üçün yuxarıda başdakı kabinetə getmək lazımdır. Digər otaqlar kimi, bu kabinetin qarşısında da onlarla insan növbədə dayanmışdı. Ən sonuncunun kim olduğunu soruşub, növbəmizi gözlədik. Beləliklə, qanunsuzluğun ilk mərhələsi bu kabinetdən başladı, Gürcüstandan 3200 ABŞ dollarına aldığım avtomobilə 4000 dollar qiymət qoyuldu. Sonrakı mərhələdə isə avtomobil üçün məndən 3674.08 AZN deyil, 4023AZN qeydiyyat haqqı tələb olundu.

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Əlqərəz, hansı meyara görə təyin edildiyi bəlli olmayan “rastamoşka” məbləğini təxminən 6-7 saatlıq gözləmədən sonra ödəməyə nail oldum. Ən üzücüsü isə o idi ki, hər kəs ondan artıq pul tələb olunduğunu bilməsinə rəğmən, sanki rüşvət vermək üçün yarışa çıxmışdı…

Növbəti mərhələdə maşına nömrə almaq üçün yaxınlıqdakı binaya – “QAİ”-yə getməli olduğumu söylədilər. Burada isə ilk olaraq 8-ci kabinetdən keçməliydim. Hansı ki, digər kabinetlər kimi, burada da onlarla vətəndaş növbədə dayanmışdı. Təxminən 10 dəqiqə sonra, polis əməkdaşlarından biri növbədə dayanan yeganə xanım olduğumu görüb, mənə yaxınlaşdı və növbəsiz içəri daxil olmağıma yardımçı oldu.Həmin polisin sayəsində ən azı 1 saat vaxtıma qənaət edərək, içəri keçdim və burada da 10 AZN ödəyərək qəbz aldım və yollandım nömrənin pulunu ödəyəcəyim 6-cı otağa. Düzü, burada bir qədər də üzümə salıb, növbəsiz içəri keçməyi bacardım.

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Əslində, nömrə və texpasport üçün rüsum 24 manat olsa da, Səfər Mehdiyevin obyektində dövlət yox, “Səfər Mehdiyev” qanunları işlədiyinə və həmin idarəni dərhal tərk etmək istəyimə görə, nömrə üçün 200 AZN pul ödəməyə məcbur olum. Çünki buradakı mənzərə olduqca dəhşətli idi. İnsanların bir-birini təhqir etməsi, yaxud polislə müraciətçilər arasında neqativ qışqırıq səhnələrinin yaşanması kimsəyəinsanı vahiməyə salırdı…

Saat 10-dan başlanan proses bu mərhələyə çatanda artıq saat 17.00 olmuşdu. Amma hələ bilmirdim ki, qarşıda daha bir neçə saat gözləməli olacam. Çünki burda “rüsumu” ödəyib, binanın arxasındakı texpasport və nömrə verilən yerə yollandım. Düşündüm ki, heç olmasa burada o insan izdihamına rast gəlmərəm. Amma əsl həngamə burada imiş.

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Yenə də az qala bir-birinin üstünə çıxan, korona epidemiyasına baxmayaraq basabas salaraq bir-birini təhqir edən, acıladan, salona sığışmadıqlarından pilləkənlərdə oturaraq növbə üçün mübarizə aparan insanlara rast gəldim və gözləməyə qərar verdim. Bu gözləmə müddətim 3 saatdan çox çəkdi. Sonda növbənin mənə gəlməyəcəyini görüb, texposportları təqdim edən əməkdaşdan mənim sənədimin gəlib-gəlmədiyini soruşdum.

Məlum oldu ki, sənədə hələ baxılmayıb. Təkrar 6-cı otağın yerləşdiyi salona gedərək oruclu olduğumu, təzyiqimin aşağı düşdüyü üçün halımın pisləşdiyini bildirib, şüşə arxasında çalışan xanımdan və oradakı polisdən mənim sənədimi tapıb, aşağı göndərmələrini xahiş etdim. Məni yaşadığım o günün ağırlığından nisbətən xilas edən 3 nəfərdən ikisi polis, biri sənədimi tapmağı polisdən xahiş edən xanım əməkdaş oldu.

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Nəhayət, sənədim tapılıb aşağı – maşınlara nömrə verilən salona göndərildi. Vaxtı itirməmək üçün həmin zala getdim. Sənədimi tapan polis əməkdaşı onu özü ilə bura gətirdi və mən yığnağın içindən keçərək ona yaxınlaşıb özümü yenə təqdim etdim. Sağ olsun, texpasportu hazır edib mənə verdi. Bundan sonra isə sənədi nömrənin kəsildiyi yerə verib, gözləməyə getdim. Düz saat 20:00-da nəhayət ki, nömrəni təhvil alıb, maşını dayancaqdan çıxarmaq istədim. Amma…

Səhər saat 10-da terminala daxil olan avtomobilimi çıxarmaq istəyən zaman, qapıda dayanan şəxslər qəbz tələb etdilər. Qəbz almaq üçün pəncərələrdən birinə yaxınlaşdıqda, bu sənədin 60 manata başa gəldiyini öyrəndim. Maşının bir neçə saatlıq saxlama haqqının niyə 60 AZN olduğunu soruşduqda, “gedin, İsmayıl müəllimlə danışın”, – dedilər. İsmayıl müəllim terminalın-maşın saxlanılan yerin rəisi imiş. İsmayıl müəllim 60 AZN-dən 10 AZN güzəşt edə biləcəyini, amma bu qiymətin də kim tərəfindən təyin edildiyini, niyə maşınların bu terminalda saxlamağa məcbur edildiyini izah edə bilmədi. Yəqin ki, qorxusundan.

DGK sədri Səfər Mehdiyev və “qırx quldur”


Sözün qısası, yorğunluğumdan və itirdiyim vaxta heyifslənərək həmin pulu ödəməyə məcbur oldum və əməkdaşdan ödəniş üçün qəbz verməsini tələb etdim. Əvvəl boş kağıza imza atdırmaq istədilər. Bundan boyun qaçırdıqdan sonra, İsmayıl müəllimlə uzun-uzadı məsləhətləşib, qəbzi verməyə məcbur oldular. Amma bu qəbzin nə dərəcə saxta və qanuni olması növbəti araşdırmamızın mövzusudur…

Sonda deyim ki, başıma gələni, sadəcə vətəndaşı olduğum ölkəni çılpaqlığı ilə göstərmək üçün təsvir etdim. Və bu yazını birbaşa dövlət rəhbərliyinə ünvanlayıram. Ölkəmizi hansı yolla inkişaf etdirməyi, neqativ halları, süründürməçiliyi, bu ölkənin iliklərinə işləmiş və xərçəng kimi metastaz verib içəridən çürüdən korrupsiyanı beləmi ləğv etməyi düşünürsünüz?

Bu neqativ halları ürək bulandırmaq üçün yox, ölkə ictimaiyyətinin və sizin vəziyyətdən hali olmağınız üçün işıqlandırıram. Məlumat üçün bildirim ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi sözün ən mənfi mənasında ölkənin “bədnam bərəkətli” idarəsidir. Bir bilsəniz burada nə pullar yeyilir…

Və cənab Səfər Mehdiyev, deyirsiniz ki, rəhbərlik etdiyiniz idarədə 1 manat da rüşvət alınmır. Milyonlarla məbləğin qanundankənar necə yığıldığını siz bimirdinizsə, mən sizə dedim, həm də yerli-yataqlı. Bəs, rüşvətlər milyonlara çatanda istefa təklifi gündəmdədir, ya yox?

Axı sizin obyektinizin mənə və mənim kimi minlərlə vətəndaşa yaşatdıqları sayəsində “Əlibaba və qırx quldur”un müasir versiyasını qələmə almaq və ekranlaşdırmaq olar…

Qarşı tərəf kimi  yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrük Ziya Məmmədovu “vurdu” - Yüzlərlə “London taksi”si...

    Gömrük Ziya Məmmədovu “vurdu” - Yüzlərlə “London ...

    4-09-2014, 13:29

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11

  • 
  • Mobil telefonların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

    Mobil telefonların qanunsuz yolla ölkəyə ...

    29-11-2017, 17:06

  • 
  • Bu avtomobillər gömrük rüsumundan azad edildi - Qərar

    Bu avtomobillər gömrük rüsumundan azad edildi - ...

    5-02-2020, 12:18

  • 
  • Azərbaycana idxal edilən bəzi məhsullara gömrük rüsumları artırılıb - SİYAHI

    Azərbaycana idxal edilən bəzi məhsullara gömrük ...

    2-10-2016, 14:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu