GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Saleh Məmmədovun tenderlerərinin tək qalibi “ATF” MMC ... - Şirkətlə agentlik rəhbərini nə birləşdirir?

Saleh Məmmədovun tenderlerərinin tək qalibi “ATF” MMC ... - Şirkətlə agentlik rəhbərini nə birləşdirir?

Tarix: 21-05-2021, 13:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 587


Uzun illərdir ki, Azərbaycanda ən korrupsiyalaşmış və ən çox dövlət vəsaitinin mənimsənildiyi sahələrdən biri yol tikintisi hesab edilir. Təsadüfi deyil ki, məhz buna görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov ölkənin ən imkanlı, varlı məmurlarından sayılır.

Mətbuatda dəfələrlə onun rəhbərlik etdiyi qurumdakı korrupsiya, müxtəlif növ qanun pozuntuları, həmçinin də agentlik sədrinin şəxsi biznesi, varidatı, mal-mülkü barədə məlumatlar dərc edilib...

Gundemxeber.az bildirir ki, PİA.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyəti və “tender oyunları” barədə şikayət məktubu daxil olub. Göyçay rayonu Çərəkə kənd sakini Kərimov Samir Adil oğlu tərəfindən göndərilən məktubda 17 saylı Yol İstismar İdarəsinin və Göyçayda yerləşən "ATF" MMC-nin “əl-ələ verərək” büdcə vəsaitlərini taladığı və digər qanun pozuntularına yol verdiyi iddia olunur: “"ATF" MMC Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında yaranmış bu şirkət nəinki Göyçayda, Azərbaycanın müxtəlif yerlərində - İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Goranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görür.
Yol tikintisi üçün ayrılan milyonlarla manatı rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, ancaq "ATF" MMC şirkəti “udur”. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə "ATF" MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları "ATF" MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə qanunsuz olaraq cəlb edilib. Bu isə korrupsiya cinayətidir ki, başında Saleh Məmmədov dayanıb.”



Məlumat üçün qeyd edək ki, söhbət 2019-cu ildə böyük əks-səda doğuran, Göyçay çayının üzərindəki körpünün uçmasında əsas günahkarlardan sayılan şirkətdən gedir. Həmin vaxt körpünün uçmasının əsas səbəbi kimi məhz “ATF” şirkətinin çayın məcrasında kor-təbii şəkildə çınqıl-beton zavodları inşa etməsi göstərildi.

Buna görə, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Rəhbərlikdə isə onu qardaşı əvəzlədi. Ancaq buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyi” davam etdirdi və “ATF” yenə qurumun tenderlərini “uddu”.

Şikayətçi yazır ki, bütün tender maxinasiyaları bir tərəfə, 17 saylı Yol İstismarı İdarəsində və "ATF" MMC-də heç olmasa işçilərin adi əmək hüquqlarına da məhəl qoyan yoxdur: “Mən 03 dekabr 2013-cü il tarixdən 17 saylı Yol İstismarı İdarəsində(Yİİ) sürücü vəzifəsində işləmişəm. İşimdə heç vaxt nöqsana yol verməmişəm. "ATF" MMC-nin İsmayıllı rayonunun Basqal kəndində apardığı yol tikintisi işlərinə cəlb edilsəm də, yüksək qan təzyiqim olduğuna görə orada işləyə bilmədiyim üçün Tehran Muradov 31 avqust 2020-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70 -ci maddəsinin "Ç" bəndi ilə məni işdən çıxardı. Ancaq Əmək Məcəlləsinin tələblərinə görə, mənə son haqq-hesab pulu ödənilməli olduğu halda, indiyə qədər bu ödəniş edilməyib. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Nazirlik mənə cavab verdi ki, sizə qarşı qanunsuzluq edilib, qanuna müvafiq qaydada tədbir görüləcək. Ancaq heç bir tədbir görülmədi.



17 saylı Yİİ-də texnikalar xarab olanda onu sürücü öz vəsaiti hesabına təmir etdirir. Dövlətin bunun üçün ayırdığı vəsaiti isə Tehran Muradov talan edir. Hansı qanuna əsasən dövlətin idarəsi olan 17 saylı Yİİ-nin texknikaları "ATF" MMC-nin apardığı yol tikintisi işlərinə cəlb edilib? Hansı yüksək göstəricilərə görə bir çox yerlərdə yol tikinti işlərinin tenderini ancaq "ATF" MMC udur? Ağdaş, Ucar, İsmayıllı, Göyçay, Yevlax, Balakən, Zaqatala, Şəki və digər rayonlarda "ATF" MMC tərəfindən çəkilmiş yollar tez bir zamanda bərbad vəziyyətə düşüb.

"ATF" MMC-nin rəhbərliyi işçilərin əməyini istismar edir, onların pulunu kəsir, insanları gün ərzində 15 -16 saat işlədir. Hətta şənbə və bazar günləri də işçilər işə cəlb edilirlər. Mənim kimi etiraz edənlər isə qanunsuz olaraq işdən çıxarılır və onlara son-haqq hesab pulu ödənilmir.”

Şikayətçi bildirir ki, Muradov qardaşları etdikləri qanunsuzluqlara görə şikayət edəcəyi təqdirdə, onu “narkotiklə şərlətdirib tutduracaqları ilə hədələyirlər”.

Sonda Samir Kərimov ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edərək, sözügedən şirkətin, eləcə də 17 saylı Yİİ-nin yol verdiyi qanunsuzluqların araşdırılmasını və onun hüquqlarının bərpasını xahiş edir.

Şikayətdə adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu ilə bağlı daha bir ŞOK

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ...

    27-06-2019, 22:33

  • 
  • Saleh Məmmədovun yaxın qohumu Zərdabda cinayətlər törədir - ŞOK ITTIHAM

    Saleh Məmmədovun yaxın qohumu Zərdabda cinayətlər ...

    1-05-2020, 15:35

  • 
  • Saleh Məmmədov dövlət vəsaitini necə talayır? - ŞOK İTTİHAM

    Saleh Məmmədov dövlət vəsaitini necə talayır? - ...

    2-02-2021, 10:56

  • 
  • Ağsu rayon icra başçısının tender biznesi (FOTO)

    Ağsu rayon icra başçısının tender biznesi (FOTO) ...

    27-05-2019, 14:44

  • 
  • Prezident bu dəfə Saleh Məmmədova irad tutdu - ŞİŞİRTMƏ RƏQƏMLƏRİ...

    Prezident bu dəfə Saleh Məmmədova irad tutdu - ...

    29-10-2019, 11:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu